Avropa çempionatı: Azərbaycanın 3 qadın güləşçisi bürünc medal uğrunda görüşə çıxacaqlar
İdman
305
23 Apr 2026 | 20:35

Avropa çempionatı: Azərbaycanın 3 qadın güləşçisi bürünc medal uğrunda görüşə çıxacaqlar

Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda yarışacaqlar.

Moderator.az-ın məlumatına görə, yarımfinalda Jalə Əliyeva Elvira Akamaloğluya (Türkiyə), Birgül Soltanova isə Alina Kasabiyevaya (UWW) uduzub.

Ruzana Məmmədova (62 kq) da daxil olmaqla hər üç idmançı bürünc medal uğrunda görüşdə mübarizə aparacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər