18:11
10°C
Bakı
"Real Madrid"in gənc ulduzu Arda Gülər zədələnib.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bu gün klubun həkimlərinin tibbi baxışı zamanı onun sağ ayağının femoral biseps əzələsində zədələnmə olduğu aşkar edilib. Futbolçunun vəziyyəti nəzarət altındadır", - deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, daha əvvəl Arda Gülərin əzələsində yaranan problem səbəbindən "Real Betis"lə keçiriləcək oyunun məşqinə qatılmadığı və 21 yaşlı futbolçunun meydana çıxıb-çıxmayacağının sual altında olduğu bildirilmişdi.