İdman
273
12:18, Bu gün

"Qarabağ" cari mövsümdə heç nə ilə yadda qalmayan futbolçu ilə maraqlanır

İsveçin "Malmö" klubunun hücumçusu Salifu Suma "Qarabağ"ın maraq dairəsinə düşüb.
 
Moderator.az İdmanxeber.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 22 yaşlı forvardı əvvəlcə icarəyə götürmək niyyətindədir. Lakin İsveç klubu oyunçunu yalnız birdəfəlik satmağa hazırdır və onun üçün 1.3 milyon avro tələb edir.
 
Hazırda Polşanın "Radomyak" komandasında icarədə çıxış edən Sumanın transferi ilə başqa klublar da maraqlanırlar. Futbolçunun "Malmö" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
 
23 yaşlı futbolçu cari mövsüm Polşa klubunda 12 oyunda meydana çıxıb və heç nə ilə yadda qalmayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər