Adil Qeybulla: “Kütləvi idman cəmiyyətin sağlamlığı üçün vacibdir”
“Ölkəmizdə kütləvi idmana qarşı sanki bir kompleks var. Hansı ki, kütləvi idman fərdlərin və cəmiyyətin sağlamlığı üçün vacibdir”.
Bunu Moderator.az-a açıqlamasında professor Adil Qeybulla bildirib. Professor qeyd edib ki, bütün qabaqcıl dövlətlərdə kütləvi idman ciddi populyarlığa malidkir və sağlam həyat tərzi baxımından çox böyük fayda verir:
“Bu gün dünyanın istənilən qabaqcıl dövlətinə baxsaq görərik ki, bu ölkələrdə kütləvi idman çox ciddi populyarlığa malikdir. Çindən, Yaponiyadan tutmuş Qərbi Avropa və Amerikaya qədər onlarla ölkədə kütləvi idman əsas həyat tərzinə çevrilib. İnsanlar çox böyük həvəslə kütləvi idmanla məşğul olurlar.
Azərbaycanda da idmanın kütləviləşməsi, kütləvi idmanın inkişafı olduqca vacibdir. Bu, xəstəliklərə qarşı effektiv vasitə olmaqla yanaşı, zərərli vərdişlərə qarşı da təsirli mübarizə vasitəsidir”.
Seymur ƏLİYEV