Avropa Oyunları: Azərbaycan badmintonçuları məğlub olub xa0- YENİLƏNİB + FOTO
İdman
1883
26 Jun 2023 | 17:31

Avropa Oyunları: Azərbaycan badmintonçuları məğlub olub xa0- YENİLƏNİB + FOTO

Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuradmadhoni Polşada təşkil olunan III Avropa Oyunlarında kişilərin qoşa kateqoriyasında ilk görüşünü keçirib.
 
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançıların B qrupunda Böyük Britaniya təmsilçiləri Ben Leyn-Şon Vendi tandemi ilə üz-üzə gəlib.
 
Qarşılaşma rəqibin 2:0 (21-8,21-10) hesablı qələbəsi ilə bitib.
 
14:57
 
Azərbaycanın daha bir badmintonçusu Polşada təşkil olunan III Avropa Oyunlarında qələbə qazanıb.
 
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Keyşa Fatimə Zəhra D qrupunda litvalı Samanta Qolubikaite ilə üz-üzə gəlib.
 
Azərbaycan təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.
 
14:15
 
Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.
 
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı fərdi mübarizədə G qrupunda ilk görüşünü ispaniyalı Luis Enrike Penalveə qarşı keçirib.
 
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1
 
Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər