Azərbaycan cüdoçuları Böyük Dəbilqəni bir medalla başa vurublar - YENİLƏNİB
İdman
1768
25 Jun 2023 | 15:24

Azərbaycan cüdoçuları Böyük Dəbilqəni bir medalla başa vurublar - YENİLƏNİB

Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan Böyük Dəbilqəni bir medalla başa vurublar.
 
Moderator.az-ın məlumatına görə, yarışın sonuncu günündə tatamiyə çıxan beş idmançıdan ikisi medal görüşündə qüvvəsini sınayıb.
 
100 kq-da Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri bürünc mükafat qazanmaq şansını əldən verib.
 
Onlar 3-cü yer uğrunda qarşılaşmada, müvafiq olaraq, rusiyalı Arman Adamyan və monqolustanlı Tsetsentsengel Odxuuya uduzublar.
 
Qeyd edək ki, Azərbaycan cüdoçularından yalnız Yaşar Nəcəfov (66 kq) medala sahib çıxıb. O, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
 
11:08
 
 
Azərbaycan cüdoçusu Uşangi Kokauri Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunan Böyük Dəbilqədə yarımfinal görüşünü keçirib.
 
100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı neytral statusda çıxış edən rusiyalı cüdoçu İnal Tasoyevlə üz-üzə gəlib.
 
Rəqibinə məğlub olan Kokauri bürünc medal uğrunda monqolustanlı Tsetsentsengel Odxuuya rəqib olub.
 
100 kq-dakı Zelim Kotsoyev üçüncülük qarşılaşmasında digər rusiyalı Arman Adamyanla qarşılaşacaq.
 
Bu gün tatamiyə çıxan Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi 90 kq), Camal Qamzatxanov (+100 kq) əvvəlki raundlarda medal şanslarını itirib.
 
Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medala sahib çıxıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər