“Böyük beşlik”də ən çox oyunda qol vuran futbolçuların adlarını açıqlanıb
İdman
3259
25 Apr 2023 | 10:25

“Böyük beşlik”də ən çox oyunda qol vuran futbolçuların adlarını açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ən çox çempionat oyununda qol vuran futbolçuların adlarını açıqlayıb.

Araşdırma “böyük beşlik” ölkələrinin (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa) yüksək liqalarına şamil edilib.

Siyahıya Fransanın PSJ klubunun hücumçusu Lionel Messi başçılıq edir. Apreldə Paris təmsilçisinin heyətində Liqa 1-in iki oyununda fərqlənən argentinalı ulduz futbolçu liderliyi ələ keçirib. 36 yaşlı ön xətt oyunçusu karyerası ərzində 319 liqa matçında qol vurmağa müvəffəq olub. Həmin qarşılaşmaların 300-ü sabiq komandası İspaniya “Barselona”sının, 19-u isə hazırkı klubunun heyətində reallaşıb.

İkinci pillədə karyerasını Səudiyyə Ərəbistanında davam etdirən Kriştianu Ronaldu qərarlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər