Bakıda qatar yoluna çıxan gənc öldü
Hadisə
249
09:43, Bu gün

Bakıda qatar yoluna çıxan gənc öldü

İyunun 1-də saat 11:13 radələrində Nərimanov-Böyükşor sahəsində hərəkətdə olan Bakı-Sumqayıt qatarının qarşısına gənc çıxıb.
 
Bu barədə Moderator.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
 
Məlumata görə, maşinist təcilli tormozlama aparsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub, nəticədə 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev həyatını itirib.
 
"Bir daha vətəndaşları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırırıq. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət bəzən arzuolunmaz hallara səbəb olur. Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır", - deyə səhmdar cəmiyyəti bəyan edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər