Məktəbdə nəm salfetdən yaranan allergik hala görə araşdırma başladılıb
Hadisə
124
18:40, Bu gün

Məktəbdə nəm salfetdən yaranan allergik hala görə araşdırma başladılıb

Xətai rayonunda yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Moderator.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.

Araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər