Mingəçevir su anbarında balıq torları məhv edildi
Hadisə
141
15:07, Bu gün

Mingəçevir su anbarında balıq torları məhv edildi

Mingəçevir su anbarının Yevlax rayonu Xanabad kəndi ərazisinə düşən hissəsində ekoloji hüquqpozmalara qarşı növbəti tədbir keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbir Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə Kənd Təsərrüfatı Nazirliyinin “Balıqçılıq və Akvakultura Mərkəzi”nin nümayəndələrinin iştirakı ilə birgə təşkil olunub.
 
Keçirilən nəzarət və profilaktik tədbirlər zamanı su hövzəsində qanunsuz balıq ovu məqsədilə quraşdırılmış sintetik torlar aşkar edilib. Həmin torlar müvafiq qaydada götürülərək zərərsizləşdirilib. 
 
Araşdırmalar davam etdirilir.
 
Qeyd edək ki, bu cür qanunsuz balıqovlama vasitələri balıq ehtiyatlarına ciddi ziyan vurur və ekoloji tarazlığın pozulmasına səbəb olur. Su polisi tərəfindən su hövzələrində bioloji resursların qorunması və qanunsuz ov hallarının qarşısının alınması məqsədilə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər