140
15:38, Bu gün

"Xarakterini qorumaq hər kəsin işi deyil"

"Həyat sizi sınaqlara çəkəndə və hər kəs təslim olanda siz sona qədər dik durun. Zərbə almaqdan qorxmayın".
 
Moderator.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabında yazıb.
 
Aktrisa yeni fotolarını yayımlayaraq, bunları əlavə edib:
 
"Zərbələr sizi əzmək üçün deyil, nə qədər möhkəm olduğunuzu sübut etmək üçündür. Düz olanın kölgəsi də düz olar. ​Əyilmiş bir mismar bəlkə rahat yaşayar, amma heç vaxt öz vəzifəsini yerinə yetirə bilməz. Zərbə altında xarakterini qorumaq hər kəsin işi deyil. Zərbələr dik duruşu dəyişməməlidir. Hər kəsə bənzəməyi rədd etdiyiniz gün özünüz olduğunuz gündür".
 
Qeyd edək ki, aktrisa bir müddət əvvəl öz istəyi ilə illərdir çalışdığı Akademik Milli Dram Teatrından ayrılıb. /Musavat.com/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər