02:37
9°C
Bakı
Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, bir neçə nəfər dəm qazından zəhərlənib.
Hadisə nəticəsində bir nəfər həyatını itirib. Zəhərlənən digər şəxslər isə təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Onlara zəruri tibbi yardım göstərilir.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.