Abşeronda yanğın törədən şəxs SAXLANILDI
Hadisə
1501
20 Aug 2025 | 11:01

Abşeronda yanğın törədən şəxs SAXLANILDI

Avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
 
DİN-in Mətbuat Xidmətindən Moderator.az-a bildirilib ki, araşdırmalarla yanğının 1992-ci il təvəllüdlü Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.
 
Hadisə nəticəsində quru ot və kol-kos yanıb.
 
Əməli törədən L.Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
 
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər