Xəbər verdiyimiz kimi, dövlət başçısı Xankəndinin mərkəzi meydanına Zəfər meydanı adını verdi, bu meydanda Novruz tonqalı qaladı.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Xalqımız xoşbəxtdir ki, bütün ərazilərimiz işğaldan azad olunub. Bu gün keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Dövlət başçımız dördücü ildir ki, Novruz bayramı tonqallarını işğaldan azad edilmiş ərazilərdə yandırır. Bu ilin Novruz tonqalını da Xankəndinin mərkəzində yandırılması əlamətdar hadisədir və bayram sevincimizi daha da artırıdı.
Dövlət başçımızın bayram çıxışında Xankəndinin mərkəzi meydanını Zəfər meydanı adlandırması bayramımıza bayram qatdı. Ölkə başçımızın bu qərarı hamımızı sevindirdi. Çünki bu gün Zəfər meydanı adlandırdığımız ərazi separatçıların yuvası idi. Separatçılar Azərbaycan dövlətinə və xalqına qarşı öz çirkin niyyətlərini bu meydanda səsləndirirdilər. Məhz bu meydanda erməni separatçıları dırnaqarası separatçı qurumun tədirlərini keçirirdilər. Məhz bu meydanda ermənilər xaqlımızın ünvanına çirkin arzularını ifadə ediblər. Bu gün bütün bunlar keçmişdə qaldı. Azərbaycanın qəhrəman əsgəri keçən ilin sentayabrında keçirdiyi 23 saatlıq əməlliyyatla Xankəndi düşmənlərdən azad olundu.
Xankəndi Azərbaycanın əzəli şəhəridir. Bu şəhərin memarları azərbaycanlılar olublar. Ermənilər isə Xankəndini işğal etdiyi dövrdə mərkəzi meydanda dırnaqarası qurumun dırnaqarası deputatların quşxanasını tikmişdilər. Təbii ki, dövlət başçımızın tapşırığı ilə ermənilərin quşxanaları dağıdıldı və onların yerində gözəl bir meydan tikilir. O meydan Zəfər meydanıdır. Bundan sonra Xankəndinin Zəfər meydanında Qələbə paradları, bayram şənlikıləri keçirəcəyik, Novruz tonqalları yandıracağıq.
Zəfər meydanında yandırılmış Novruz tonqalı bütün Qarabağa işıq saçır və 30 il soyumuş torpaqları yenuidən qızdırır. Bu il Xankəndi də digər yaşayış məntəqələrimiz kimi öz doğma sakinlərini qarşılayacaq. Beləliklə Xankəndi, Xocalı və digər ərazilərimiz yenidən canlanancaq və 30 il ağrılı, acılı bir həyatını yaşamış keçmiş məcburi köçkünlərimiz öz ata yurdlarına qayıdaraq fiaravan hıyatlarını yaşamaqda davam edəcəklər”.
Seymur ƏLİYEV