"Qərb də, Rusiya da “Azərbaycan” deyir" - erməni müəllif Avropa mediasında elə şeylər yazdı ki...
Oxunub: 1411
23 Oct 2023 | 19:22
Gürcüstan və Ukraynanı məyus edən NATO bizi səsləyir
 
Bugünlərdə Qərb mətbuatında gedən “Why Azerbaijan should join NATO” (Azərbaycan niyə NATO-ya üzv olmalıdır?) adlı məqaləsi barədə yazmışdım. Kanadanın “geopoliticalmonitor.com” saytında çıxış edən George Monastiriakos belə bir fikir irəli sürür ki, Rusiyanın Ukraynada apardığı müharibə fonunda Vaşinqton və Brüssel NATO-nu daha da gücləndirməyə çalışır. Finlandiya artıq NATO-ya qoşulub, İsveç isə qəbul ərəfəsindədir. Müəllif təkidlə bildirir ki, Azərbaycanın NATO-ya qoşulmasına ciddi ehtiyac var. Özü də təkcə Azərbaycanın yox. Orta Asiyadakı Türk Dövlətləri də NATO-nun üzvü olmalıdır. Avropa ilə Çin arasında Türk Dünyası təbii bir maneədir. Bu maneəni daha da gücləndirmək lazımdır. Yəni Türk Birliyinə dəstək vermək Qərbin strateji maraqlarına uyğundur: “Türkiyənin görə biləcəyi ən yaxşı iş Türk Orta Asiyasında NATO və Çin arasında bufer zona yaratmaqdır”. Sözünün canı o idi ki, dünyaya hökm etmək uğrunda ciddi mübarizə gedir. Türklər bu mübarizədə Qərbin yanında olsa Qərb, Çinin yanında olsa Çin qalib gələcək.

Alternativ hərbi-siyasi ittifaqa Türkiyə və mümkün müttəfiqlər  hazırdırmı?”- deputatın baxış bucağı

Müəllif birmənalı şəkildə yazmışdı ki, Qərbin əsas düşməni Rusiya və İrandır. Hər iki cəbhədə Azərbaycan Qərb üçün vazkeçilməz müttəfiq ola bilər: “Azərbaycanın NATO-ya üzvlüyü Alyansa anti-Qərb mövqeyində olan Rusiya və İranın arxa bağçasında lövbər salmağa imkan verəcək. Bu, Alyansa Xəzər dənizində dəniz donanmasını saxlamağa, gücünü Mərkəzi Asiyanın dərinliklərinə daşımağa və NATO-nu İranla 600 kilometrdən çox, Rusiya ilə isə 300 kilometr uzunluğunda olan sərhədə nəzarətlə təmin edə bilər”.

George Monastiriakos yazırdı ki, Azərbaycanın NATO-da olması Qərbin maraqlarından irəli gəlir və bu, tələbata çevrilib. Qərb isə, daha doğrusu Qərbin erməni lobbisinin donorluğu ilə maliyyələşən bəlli dairələri Qərbin maraqlarına arxa çevirərək, onu bir ovuc erməninin marağına sataraq anti-Azərbaycan mövqeyindən çıxış edir. Müəllif Fransanın Ermənistana silah satmağa hazırlıqla bağlı gördüyü işləri də tənqid etmişdi...

Lütfən, diqqət edin. Bütün bunları erməni məsələsinə görə Azərbaycana az qala Fransa kimi münasibət bəsləyən Kanada mətbuatı yazır. Niyə NATO üçün Azərbaycan bu qədər önəmli bir ölkəyə çevrilib? Bəlkə də biz fərqində deyilik. Azərbaycan son illərdə həm iqtisadi, həm də hərbi baxımdan ciddi şəkildə güclənib və bu inkişaf prosesi davam edir. Hətta mən deyərdim ki, getdikcə daha da sürətlənir...

SENSASİYA! “Azərbaycan niyə NATO-ya üzv olmalıdır?” -Türkiyə bufer zonası  yarada bilər

Azərbaycan-NATO münasibətləri bədnam qonşumuz tərəfindən də yaxından izlənir. Bu məqalədə Ermənistanın Azərbaycan-NATO münasibətinə diqqət edəcəyik, bu kontekstdə bəzi önəmli məqamları incələməyə çalışacağıq. Bu məqsədlə Ermənistanın beyin mərkəzlərindən biri kimi tanınan “evnreport.com” saytında gedən “Beyond an Entente Cordiale: Azerbaijan’s Strategic Partnership With NATO” (“Entente Cordiale” xüsusi bir ifadədir. Daha çox bir neçə ölkənin qeyri-rəsmi ittifaqı anlamını verir. Yəni belə bir ittifaqın arxasında qalan, görünməyən ancaq mövcud olan Azərbaycan-NATO strateji tərəfdaşlığı) adlı məqaləyə istinad edəcəyik. Müəllif Tigran Yegavian elə məqalənin başlığında bəyan edir ki, Azərbaycan-NATO tərəfdaşlığı strateji xarakter daşıyır və bu münasibətlərin görünməyən tərəfləri daha çoxdur: “Azərbaycan-NATO tərəfdaşlığı strateji əhəmiyyətə malikdir və bu barədə çox az məlumat var. Bu tərəfdaşlıq Bakıya Rusiyaya münasibətdə strateji mövqelərini gücləndirmək üçün bir vasitə rolunu oynayır. Bu da son nəticədə Ermənistanın zəifləməsinə gətirib çıxaracaq, xüsusən də Ermənistan Qərbdən gözləyə biləcəyi məhdud dəstəyklə razılaşmasa, bu, onun üçün daha pis olacaq”.

Açıq şəkildə müəllif deyir ki, Azərbaycan-NATO münasibətləri rəsmi Bakıya Rusiya qarşısında güclü mövqedən çıxış etməyə imkan verir. Eyni zamanda, Azərbaycan-NATO münasibətlərinin güclənməsi Ermənistanın zəifləməsinə gətirib çıxarır. Yəni bu məsələlər bir-birinə bağlıdır, biri digərinə təsir edir.

Erməni müəllifin təqdim etdiyim aşağıdakı fikri isə böyük həqiqətin etirafı baxımından çox önəmlidir: “Bakının enerji sərvətləri və regionda rus imperializminə qarşı pantürkizmin qızğın tərəfdarı kimi çıxış edən Böyük Britaniyaya tarixi yaxınlığı hamıya məlumdur”.

Gördüyünüz kimi, müəllif deyir ki, Böyük Britaniya Azərbaycanın yanındadır və Turan dövlətinin yaranmasının qızğın tərəfdarıdır. Böyük Britaniya Cənubi Qafqazdan Rusiyanın sıxışdırıb kənara atmaq üçün pantürkizmə dəstək verir.

Böyük Britaniya ilə əməkdaşlığa davam POLİTOLOQ ŞƏRH ETDİ

Birin qoyub o birinə keçirəm. Hal-hazırda İran yanlısı HƏMAS ilə İsrail arasında şiddətli döyüşlər gedir. Azərbaycanın strateji müttəfiqi olan İsrail də Turan dövlətinin qurulmasına ciddi maraq göstərir. Bu məsələyə başqa bir vaxt daha ətraflı toxunarıq. Yenidən Böyük Britaniya məsələsinə qayıdıram. Britaniya son 500 ildə dünyaya nizam verən ölkədir. O da sirr deyil ki, dünyada ABŞ başda olmaqla xeyli ingilis dövləti var. Azərbaycanın məhz belə bir dövlətlə ittifaqda olması son dərəcə önəmlidir. Hazırda vəziyyət belədir ki, Böyük Britaniya Azərbaycan üzərindən Cənubi Qafqazda öz maraqlarını həyata keçirir. Fransa isə eyni məqsədə Ermənistan üzərindən nail olmağa çalışır. Siyasətdən xəbərdar olanlar yaxşı bilir ki, Böyük Britaniya olan yerdə Fransanın atı işləməyəcək. O da şübhəsizdir ki, hal-hazırda Cənubi Qafqazda mövcud olan reallıqda Britaniya-Fransa rəqabətinin də barmaq izləri var.

Tigran Yegavian

Tigran Yegavian

Tigran Yegavianın məqaləsinin bu hissəsi isə Azərbaycan iqtidarını Rusiyaya işləməkdə günahlandıran yerli müxalifətin arqumentlərini darmadağın edir: “Gürcüstan və Ukrayna kimi digər postsovet dövlətləri fəal şəkildə NATO-ya üzv olmağa can atsalar da, Azərbaycanın yolu Qərbyönlü Müstəqil Dövlətlər Birliyi tərəfdaşlarından (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) uzaqlaşdı. Bakı heç vaxt NATO-ya üzv olmaq istəməyib, əvəzində rəqib bloklardan (NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nəzərdə tutulur) “bərabər məsafə” saxlamaq siyasəti yürüdüb. Bu balanslaşdırma siyasəti Azərbaycanın manevr qabiliyyətini və çevikliyi qorumaq üçün nəzərdə tutulmuşdu. Bu da Azərbaycana Gürcüstan və Ukraynanın NATO-ya doğru hərəkət trayektoriyasına kəskin reaksiya verən Kremli qıcıqlandırmadan Rusiya və Qərb arasında artan qarşıdurmada manevr etməyə imkan verdi”.

Bəli, Rusiya NATO-ya can atan Gürcüstan, Ukrayna və Moldovanı bu və ya digər şəkildə cəzalandırıb. Çünki rəsmi Moskva bu canlatmanı öz mövcudluğuna təhlükə sayıb. Elə bu səbəbdən də ilyaramdan çoxdur ki, Ukraynada müharibə gedir.

Rusya: NATO güçlerinin Bulgaristan ve Romanya'dan çekilmesini istiyoruz

Bu məqama da diqqət etməkdə fayda var. Müəllif buyurur ki, Qərbyönlü Müstəqil Dövlətlər Birliyiində yer alan Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova Qərbyönlü ölkələrdir. Gördüyünüz kimi, Azərbaycanı da Qərbyönlü ölkə kimi təqdim edir. Təbii ki, bizim müxalifət erməninin də etiraf etdiyi həqiqətlə barışmayacaq. Çünki bununla barışmaq onları ideoloji baxımdan tərk-silah edərdi...
Azərbaycan iqtidarı müxalifətin təkidlə səsləndirdiyi anti-Rusiya isterikasına qoşulsaydı, NATO-ya üzv olmaq eşqinə düşsəydi hazırda ölkəmiz də Gürcüstan və ya Ukrayna kimi rus ayısının pəncəsi altında çapalayırdı. Bu, həm də Azərbaycanın iri şəhərlərinin tar-mar edilməsi və on minlərlə soydaşımızın qətlinə səbəb olacaqdı...

Azərbaycan erməni müəllifin də etiraf etdiyi kimi daha praqmatik yol tutdu və iki rəqib düşərgə arasında manevr etməklə öz dövlət maraqlarını həyata keçirdi. O da təsadüfi deyil ki, son zamanlarda Rusiya bir çox məsələlərdə rəsmi Bakının maraqlarından çıxış edir və bunu heç gizlətmir də. Bu amil də George Monastiriakosun təbirincə desək, bir ovuc erməniyə görə Qərbin maraqlarına arxa çevirən ağlıkəm siyasətçiləri Azərbaycana qarşı daha təmkinli mövqedən çıxış etməyə, öz iddialarına çəki-düzən verməyə məcbur qoyur.

Səbəb də çox sadədir: Həm Qərb, həm də Rusiya Azərbaycanı öz yanında görmək istəyir. Biz də tərəflərin bu istəyini nəzərə alaraq mövcud vəziyyətin verdiyi çərçivədə ölkəmizin bugünü və gələcəyi üçün gərəkən işləri görürük.

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb »  Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Müəllif mövzu ilə bağlı konkret faktlara da müraciət edir: “Son illərdə Azərbaycan ilə NATO arasında qarşılıqlı səfərlər daha intensiv xarakter alıb. 2021-ci ilin dekabrında İlham Əliyev NATO-nun mənzil-qərargahında olub və Azərbaycanın “NATO ilə yüksək səviyyədə qarşılıqlı fəaliyyətindən” məmnunluğunu bildirib. “Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut etdi”, deyib. Baş katib Yens Stoltenberq isə buna cavab olaraq Azərbaycanı dəyərli tərəfdaş kimi xarakterizə edib. Bu yaxınlarda, 2023-cü ilin mayında Əliyevin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev Brüsseldə NATO rəsmiləri ilə görüşüb.

NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina 2021-ci ildən bəri Azərbaycana dörd dəfə səfər edib. Bu da əməkdaşlığın genişlənməsindən xəbər verir”...

Erməni müəllif məqaləsini belə bitirir: “NATO-nun yüksək rütbəli rəsmisinin sözlərinə görə, Azərbaycan NATO-nun əməkdaşlıq imkanlarından səmərəli istifadə edir və onun əməliyyat imkanları, zabit hazırlığı, planlaşdırma və minalardan təmizləməni əhatə edən proqramlarında ən fəal ölkələr sırasında yer alır. Azərbaycanın Türkiyə və NATO ilə hərbi əməkdaşlığı Moskvadan uzaqlaşmasına paralel olaraq inkişaf edir”.

Türkiyə NATO-dan yox, Rusiya ilə hərbi müqavilələrdən çıxmalıdır" -  Təhlükəsizliyə TƏHDİD » Cenub.az - Regional Qazet

Dolayısı ilə deyir ki, tendensiya ondan ibarətdir ki, Azərbaycan tədricən, məhz tədricən, yəni qapını çırpıb getmədən, Rusiyadan uzaqlaşır və müvafiq olaraq Türkiyə və NATO-ya doğru irəliləyir.

Yuxarıda vurğuladığım bir məqama dönürəm: Həm Qərb, həm də Rusiya Azərbaycanı öz yanında görmək istəyir. Deməli, adın unutduğum XVII əsr italyan psixoloqu yazıb ki, insanlar cəmiyyətdə öz mövqelərin itirdikdən sonra unudulurlar. Bu isə onları ciddi şəkildə sarsıdır. İnsan elə yaşamlıdır ki, digər insanların ona həmişə ehtiyacı olsun. Başqa insanların bu və ya digər dərəcədə sənə ehtiyacı yoxdursa, özündən küsməlisən. Səni itirib-axtaran olmayacaq. Bu fikir dövlətlər üçün də keçərlidir. Dünyanın güc mərkəzlərinin Azərbaycana ehtiyacı olamsa, bizimlə kimsə hesablaşmayacaqdı. Görürsünüzmü, Ermənistan qabağına hər çıxan ölkəyə Azərbaycandan şikayət edir. Ancaq bu şikayətlərə önəm verən də yoxdur...

Azərbaycan isə Qərbin maraqlarını konkret olaraq həyata keçirir. Məsələn, erməni müəllifin yazısında da qeyd olunduğu kimi, Azərbaycanın NATO-ya töhfəsi 2002-ci ildə 22 sülhməramlı ilə başlayıb və 2021-ci ilin yayına kimi onların sayı 120-yə çatıb. Azərbaycan bölmələri quru dəstəyi ilə yanaşı, müttəfiq qüvvələr üçün Əfqanıstana maddi-texniki təchizat, tranzit marşrutlarının təhlükəsizliyini təmin edib. Alyansın Əfqanıstana daşınan əsas hərbi yüklərin təxminən 40 faizi Azərbaycan üzərindən aparılıb.

Yadınızdadırsa, ABŞ Əfqanıstanı tərk edəndə Türkiyə və Azərbaycan əsgərləri birlikdə Kabil Hava Limanına nəzarət edirdi və bu xidməti mükəmməl şəkildə başa vurdular...

Dünyanın isə bizimlə hesablaşması üçün Azərbaycan güclü və etibarlı bir ölkəyə çevrilməli idi. Şükür ki, Azərbaycan olaraq biz bunu bacardıq...

Elbəyi HƏSƏNLİ, SÜRİX
//evnreport.com/opinion/beyond-an-entente-cordiale-azerbaijans-strategic-partnership-with-nato/

Oxşar xəbərlər
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
GÜNLÜK
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb