Bizi sosial şəbəkələrdən izləyin:
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu 22 may saat 11:00-da Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində baş tutacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Ağstafa, Qazax və Tovuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional Qaz İstismarı İdarəsinə (tel: (050) 845 77 11; (050) 845 77 00) müraciət edə bilərlər.