Goranboyda qəzaya düşən mikroavtobus aşdı - 7 qadın yaralandı - FOTO
220
10:55, Bu gün

Goranboyda qəzaya düşən mikroavtobus aşdı - 7 qadın yaralandı - FOTO

Goranboy rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, Rəhimli kəndində “Ford” markalı avtomobillə mikroavtobus toqquşub. Zərbənin təsirindən mikroavtobus yolun hərəkət hissəsində aşıb.
 
Nəticədə, mikroavtobusda olan 40 yaşlı X.Cəfərova, 44 yaşlı S.Quluyeva, 51 yaşlı Ş.Abdullayeva, 64 yaşlı N.Mustafayeva, 54 yaşlı Z.Məmmədova, 37 yaşlı A.Şirinova və 53 yaşlı Y.Məmmədova xəsarət alıb.
 
Onlar əkin sahəsində çalışan fəhlələr olub.
 
Araşdırma aparılır. /qafqazinfo.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər