Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO
250
11:26, Bu gün

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO

Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin rəsmi qarşılanma mərasimi olub.
 
Moderator.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb
 
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşılayıb.
 
Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verib.
 
Latviyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
 
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçib.
 
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər