Şəhid Elçin Kərimbəylinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib - FOTO
318
12:33, Bu gün

Şəhid Elçin Kərimbəylinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib - FOTO

Nərimanov rayonunda "Azfar" şirkətlər qrupunun stadionunda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Elçin Kərimbəylinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdə şəhid Elçin Kərimbəylinin atası Əli Kərimbəyli, qardaşı Samir Kərimbəyli, rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin bədən tərbiyəsi müəllimləri və futbol komandaları iştirak ediblər.
 
Turnirin sonunda qalib komandalara şəhid ailəsinin iştirakı ilə müvafiq dərəcəli diplom, şəhidin atası Əli Kərimbəyliyə isə turnirin xatirə diplomu təqdim edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər