Azərbaycan XİN rəhbəri Banqkokda səfərdədir - FOTO
192
08:25, Bu gün

Azərbaycan XİN rəhbəri Banqkokda səfərdədir - FOTO

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyasında iştirak etmək üçün Tailand Krallığının paytaxtı Banqkokda səfərdədir.
 
Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
 
"Heç kimi geridə qoymamaq: Asiya və Sakit Okean regionunda inklüziv cəmiyyətlərin qurulması" mövzusu ilə keçiriləcək sessiya, layiqli iş, bütün yaşlar üçün tam və məhsuldar məşğulluq, qadınların iqtisadi imkanlarının gücləndirilməsi, ümumi sosial inteqrasiya da daxil olmaqla, cari və inkişaf etməkdə olan demoqrafik tendensiyaların və sosial-iqtisadi prioritetlərin müzakirəsi üçün platforma təmin edəcək.
 
Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovun 20 apreldə Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər