Kolumbiya prezidenti Ekvador liderini məhkəməyə verəcək
Dünya
205
09:32, Bu gün

Kolumbiya prezidenti Ekvador liderini məhkəməyə verəcək

Kolumbiya dövlət başçısı Qustavo Petro narkokartellə ehtimal olunan əlaqələri barədə böhtan atdığı üçün ekvadorlu həmkarı Daniel Noboanı məhkəməyə verəcəyini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Petro özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
 
"Mənə qarşı səsləndirdiyi böhtana görə prezident Noboanı məhkəməyə vermək qərarına gəldim", - deyə qeyd edib.
 
Xatırladaq ki, bir müddət əvvəl Noboa Kolumbiyanın "Semana" jurnalına müsahibəsində bildirib ki, Petro 2025-ci ilin mayında Ekvadorun Manta şəhərinə səfəri zamanı yerli "Vətəndaş inqilabı" müxalifət partiyasının nümayəndələri ilə görüşüb. İddiaya görə, bu şəxslərin bəziləri 2024-cü ilin yanvarında həbsxanadan qaçan və 2025-ci ilin iyununda yaxalanan "Los-Çoneros" narkokartelinin başçısı, "Fito" ləqəbli Adolfo Masiasla əlaqəlidir. "Onların Fito ilə təkbətək görüşüb-görüşmədiyini indi iddia edə bilmərəm. Amma, belə deyək, o, eyni mühitdə və eyni məkanda olub", - deyə Noboa vurğulayıb.
 
Petro isə Mantada olduğu müddətdə Ekvador hərbçiləri və şəxsi mühafizəsi tərəfindən müşayiət olunduğunu bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər