Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşüb - FOTOLAR
204
14:35, Bu gün

Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşüb - FOTOLAR

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xankəndidə bu şəhərdən, eləcə də Xocalı, Ağdərə və digər rayonlardan olan vətəndaşları qəbul edib.
 
Moderator.az bu barədə agentliyə istinadən xəbər verir.
 
Məlumata görə, qəbulda qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
 
Müraciətlər əsasən suvarma suyu ilə təminat, subartezian quyularının qazılması, təmiri, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər