Vəzifədən azad edilən baş memarın mülkləri - SƏNƏDLƏR
787
13:36, Bu gün

Vəzifədən azad edilən baş memarın mülkləri - SƏNƏDLƏR

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vəzifəsindən azad etdiyi Baş memar Rəşad Əhmədəliyevin bəzi mülklərinin siyahısı ortaya çıxıb.

Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, Əhmədəliyev həmin mülkləri özünün və atasının adına rəsmiləşdirib.

Siyahını təqdim edirik:

Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilənlər: 

Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80 - 43,80 kvadratmetr;

Sumqayıt şəhəri, Bulvar küçəsi, qeyri-yaşayış binası, 102 -  333,70  kvadratmetr;

Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80  - 29,40  kvadratmetr;

Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfü Hacıyev küçəsi, qeyri-yaşayış binası, giriş 105C  - 20,70  kvadratmetr;

Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, torpaq sahəsi, 104 - 0,06 hektar;

Rəşad Elşad oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, torpaq sahəsi, 4A-cı məhəllə - 0,0507 hektar;

Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, Əli Mustafayev küçəsi 197, fərdi yaşayış evi - 86,50 kvadratmetr.

Sabiq baş memar zənglərə cavab verməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər