Nazirliyin mətbuat xidmətinin rəhbəri baş redaktor təyin edildi - FOTO
217
12:11, Bu gün

Nazirliyin mətbuat xidmətinin rəhbəri baş redaktor təyin edildi - FOTO

"Şərq qapısı" qəzetinə yeni baş redaktor təyin olunub.
 
Moderator.az "Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.
 
Sərəncama əsasən, qəzetin baş redaktoru vəzifəsinə Rəmzi Tahirli gətirilib.
 
O, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
 
Qeyd edək ki, "Şərq qapısı" Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin rəsmi mətbuat orqanıdır. R.Tahirlidən əvvəl qəzetin baş redaktoru vəzifəsini tutan Sara Əzimova bu gün işdən azad olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər