316
12:10, Bu gün

"Teleradio"ya yeni rəhbər təyin edildi - FOTO

"Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC-nin (Teleradio) rəhbəri dəyişib.

Moderator.az xəbər verir ki, qurumda baş direktorun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib.

Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub.

Qeyd edək ki, Ə.Əliyev eyni zamanda, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) marketinq və ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.

Qeyd edək ki, T.Əsgərzadə isə bu vəzifəyə ötən ilin yanvar ayında təyin edilmişdi.

Fotoda Əlibaba Əliyev

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər