Xocalıda yanğına səbəb olan ŞƏXS SAXLANILDI - FOTO
1606
05 Aug 2025 | 12:54

Xocalıda yanğına səbəb olan ŞƏXS SAXLANILDI - FOTO

Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
 
Bildirilib ki, araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.
 
Hadisə nəticəsində təxminən 500 kvadratmetr sahədə kol-kos yanıb.
 
M.Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Link kopyalandı!
Son xəbərlər