Bizi sosial şəbəkələrdən izləyin:
Bəhruz Nəzərov Tərtər Peşə Məktəbində inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Bu barədə Moderator.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bəhruz Nəzərov əmək fəaliyyətinə Laçın rayonu əsaslı kənd orta məktəbində biologiya müəllimi kimi başlayıb. Daha sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər bölgə Təcrübə Stansiyasında elmi işçi, Becərmə texnologiyası şöbəsinin müdiri vəzifələrində çalışıb.
Fəaliyyəti dövründə Tərtər Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzində, Aqrar Xidmətlər Agentliyinin Bərdə Regional Təlim Mərkəzində direktor, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində direktor müavini və maliyyə-təsərrüfat sektorunun müdiri, eləcə də Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bərdə Regional Mərkəzində direktor vəzifələrində çalışıb.
2024-cü ildən etibarən Bərdə Dövlət Peşə Təhsil Mərkəzində Təhsilalanlarla iş şöbəsinin işəgötürənlərlə iş üzrə mütəxəssisi kimi fəaliyyət göstərib, eyni zamanda “Aqronom texnik” ixtisası üzrə qısamüddətli kurslarda təlimçi müəllim kimi çalışıb.