Azərbaycan xanlıqlarından top istehsal edənləri də var idi…-Tariximizə fərqli baxış…    
Elm və Təhsil
Oxunub: 3600
22 May 2024 | 21:09
Azərbaycan xanlıqlarından top istehsal edənləri də var idi…-Tariximizə fərqli baxış…    
“Azərbaycan ədəbiyyatında iki cərəyan - xalq və saray ədəbi cərəyanları mövcud idi. Birinci cərəyanın nümayəndələri xalqın istək və arzularını əks etdirdiyi halda, ikinci cərəyan hakim təbəqələrin həyatını mədh edirdi…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:)
 
Xanlıqlarından top istehsal edənləri də var idi…
 
Xanlıqların ictimai-iqtisadi, siyasi quruluşu və mədəni həyatı.
 
 XVIII əsrin ikinci yarısında ümumilikdə Azərbaycanda məhsuldar qüvvələr zəif inkişaf edirdi. Kənd təsərrüfatı ağır vəziyyətdə idi. Torpağın becərilməsində ibtidai alətlərdən istifadə edilirdi. Xarici basqınlar, ara müharibələri süni suvarma şəbəkəsini dağıtmış, mal-qaranın sayının azalmasına səbəb olmuşdu. Lakin buna baxmayaraq ayrı-ayrı xanlıqlarda əkinçilik və maldarlıq dirçəlir, suvarma şəbəkələri bərpa edilir. Pənahəli və İbrahimxəlil xanın dövründə Mildə olan suvarma arxlarınm bərpasına təşəbbüs edildi [9, s.224-225]. Azərbaycan əhalisi əsasən taxılçılıq, maldarlıq, bağçılıqla məşğul olurdu. Quba, Dərbənd, Bakı xanlıqlarında boya bitkisi, zəfəran və s. yetişdirilirdi. Şəki və Şirvan ipəkçiliyin əsas mərkəzi olaraq qalırdı. Salyanda Kür çayı hövzəsində balıq ovu genişlənmişdi. Balıq ovu ildə 50 min gümüş manat gəlir verirdi [14, s.21, 32, 53].
 
 Əvvəlki torpaq mülkiyyət formaları qalmaqda idi. Xanlıqlarda bütün torpaqlar xana məxsus idi. Divan torpağı ilə xanın şəxsi torpağı arasında fərq yox idi. Xanın ayrı-ayrı şəxslərə verdiyi torpaq - tiyul adlanırdı. Tiyuldar xanın fərmanı ilə ona verilən torpağın və kəndlilərin sahibi idi. Tiyul torpaqları ancaq xanın fərmanı ilə irsi keçə bilərdi. Tiyuldan fərqli olaraq mülk sahibləri xana xidmət etməyə borclu deyildi. Onlar xanın xəzinəsinə müəyyən miqdarda vergi verirdi. Mülklər alınıb-satıla bilərdi [5, s.155-158].
 
 Kəndlilər bir neçə qrupa bölünürdü. Onların əsas hissəsini rəiyyət təşkil edirdi. Kəndlilər icmalarda birləşir, divan, vəqf, sahibkar torpaqlarını becərirdilər. Nisbətən azlıq təşkil edən qrup rəncbərlər idi. Onlar xanın və naiblərin təsərrüfatlarında işləyirdilər. Əhalinin müəyyən hissəsini elat təşkil edirdi. Onlar vergilərdən azad edilir, xanın hərbi qüvvələrində iştirak edirdilər. XVIII əsrin ikinci yarısında Azərbaycanda yenə də məhsul rentası əsas yer tuturdu. Lakin bununla yanaşı rentanın işlə və pulla ödəmə forması da var idi. Rəiyyətdən alınan əsas vergi məlcəhət adlanırdı. Müxtəlif xanlıqlarda onun həcmi müxtəlif idi. Otlaqlar üçün çöpbaşı, bağbaşı, dini bayramlar üçün bayramlıq, ağanın ailəsində toy olarkən toy xərci alınırdı. Bundan başqa bir çox vergi növləri vardı. Qarabağ xanlığında 17 növ vergi var idi. Bununla yanaşı rəiyyət biyar və əvrəz (iməclik) adlı mükəlləfiyyətlər yerinə yetirməli idi [10, s.73].
Azərbaycanın iqtisadiyyatında sənətkarlıq mühüm yer tuturdu. Şəhər və kəndlərdə əmək alətləri, dəri məmulatı, ev əşyaları hazırlayan sənətkarlıq emalatxanaları var idi. Şamaxı özünün ipək parçaları ilə şöhrət tapmışdı. Şirvanda mis qab-qacaq və silah hazırlanan mərkəz Lahıc idi. Burada kiçik həcmli toplar da tökülürdü. Quba, Qarabağ, Naxçıvanda xalça istehsalı geniş şəkil almışdı. XVIII əsrin ikinci yarısında Azərbaycanda ümumilikdə şəhər həyatı durğunluq keçirirdi. Ancaq bu və ya digər xanlıqların mərkəzinə çevrilən Şamaxı, Quba, Şuşa, Təbriz, Şəki və s. şəhərlər inkişaf edirdi. Şəhərlərin görünüşündə elə bir dəyişiklik olmamışdı. Şəhər əhalisinin bir hissəsi sənətkarlıq və ticarətlə məşğul olsa da, kənd təsərrüfatından tam ayrılmamışdı. Xəzər dənizində mühüm liman olan Bakının 3 min əhalisi var idi. Onun iqtisadiyyatının əsasını neft və duz təşkil edirdi. Şamaxıda 5 min əhali yaşayırdı. Xanlıqlar dövründə ticarət xeyli zəifləmişdi. Azərbaycan şəhərlərini əsasən quru ticarət yolları birləşdirirdi. Xarici ölkələrə əsasən neft, ipək, duz, balıq, zəfəran, mahud və s. ixrac edilirdi.
 
Bir sıra xanlıqlar müstəqil dövlət qurumlarına çevrildilər. Xanlıqların dövlət quruluşu xeyli sadələşdi. Xanlığın ali hakimi xan idi, hər bir xanlığın özünəməxsus dövlət quruluşu və məhkəmə sistemi var idi. Xanlıqlarda (məs., Qarabağ) dövlət  dövlət şurası (divan), inzibati, vergi və hərbi idarələrdən ibarət idi. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Onları xanın təyin etdiyi naib idarə edirdi. Naibin ixtiyarında darğa, yüzbaşı, kəndxuda vardı. Məhkəmə işləri ruhanilərin əlində idi. Ölüm hökmünü xan çıxarırdı. Xanın qoşun hissələrinin əsasını piyada və süvarilər təşkil edirdi [13, s.35-40].
 
 Xanlıqların mərkəzi olan şəhərlər sənətkarlıq və ticarət mərkəzləri olmaqla yanaşı mədəni mərkəzlər idilər. Şəhərlərdə olan mədrəsələrdə ərəb və fars dillərində dərslər aparılırdı, əsas yeri dini fənlər tuturdu. Mədrəsələrdə təhsil alan Azərbaycan ziyalıları içərisində şeirə maraq daha güclü idi. Elm sahəsində elə bir irəliləyiş nəzərə çarpmır. Görkəmli coğrafiyaşünas - səyyah Zeynalabdin Şirvani [8, s.117] və tarixçi Əbdülrəzzaq bəy Dümbili [11, s.204-208] bu dövrdə yaşayıb yaratmışlar.
 
 Azərbaycan ədəbiyyatında iki cərəyan - xalq və saray ədəbi cərəyanları mövcud idi. Birinci cərəyanın nümayəndələri xalqın istək və arzularını əks etdirdiyi halda, ikinci cərəyan hakim təbəqələrin həyatını mədh edirdi. Şifahi xalq yaradıcılığı və aşıq şeri inkişaf edirdi. Azərbaycan ədəbiyyatı və dili tədricən xarici sözlərdən təmizlənirdi. Füzuli ənənələrini davam etdirən, aşıq yaradıcılığından bəhrələnən bir sıra şairlər yetişirdi. XVIII əsrin II yarısında görkəmli şairlər - Arif Təbrizi [1, s.13], Arif Şirvani [2, s.37-38], Nəbi [6], Xəstə Qasım [12] və başqaları olmuşlar. Arif Təbrizi Təbrizdə və Şuşada yaşamış lirik bir şair idi. Arif Şirvani Lahıcda yaşamış, çoxlu qəzəl və həcvlərin müəllifıdir. Nəbi Şəkidə baş verən kəndli çıxışlarına şeirlərində geniş yer vermişdir. Xəstə Qasım qoşma və gəraylı formasında yazmışdır. O, həm də Dədə Qasım adı ilə tanınırdı, Təbrizdə doğulub, yaşayıb, sonra Şamaxıya köçmüşdü. XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Vidadi və Vaqif olmuşdur. Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. O, Poylu və Şıxlı kəndlərində müəllimlik etmiş, Qarabağ xanının və II İraklinin saraylarında yaşamışdır. Şair 1807-ci ildə vəfat etmişdir. Vidadinin yaradıcılığında şifahi xalq yaradıcılığı və aşıq poeziyası birləşmiş, onun əsasən lirik şeirləri vardır. Onun «Vaqif», «Çoxdandır», «Durnalar», «Ağlarsan» və s. şeirləri yayılmışdı [4].
 M.P.Vaqif 1717-ci ildə Qazax mahalında anadan olmuş, ilk təhsilini orada almışdı. O, ailəsi ilə birlikdə əvvəl indiki Tərtər (Tərtərbasar) bölgəsinə, sonra isə Şuşaya gəlmiş, burada məktəbdə dərs demişdi. O, İbrahim xan tərəfındən saraya dəvət edilmiş, burada eşik-ağası və vəzirliyə qədər yüksəlmişdi. Vaqifin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edir. O, realizm ədəbi cərəyanı səviyyəsinə qədər yüksəlmişdi. Vaqif yaradıcılığında əsas yeri məhəbbət mövzusu tuturdu [3].
 
 XVIII əsrdə Azərbaycanda incəsənətin musiqi, rəssamlıq, memarlıq sahələri inkişaf etmişdi. Aşıq yaradıcılığı yüksək mərhələyə qalxmışdı. Bu dövrdə ən çox istifadə edilən musiqi aləti saz, tar, balaban, zurna, tütək, nağara, dəf olmuşdur. Azərbaycanda bir sıra memarlıq abidələri yaradılmışdı. 1762-ci ildə Şəki xan sarayı tikilmişdir. Şuşada bir sıra maraqlı memarlıq abidələri inşa edilmişdir.
 
 Qarabağ tarixçisi Mirzə Camal Cavanşirin yazdığına görə, İbrahimxəlil xan qalanı möhkəmləndirmək üçün 1783-1784-cü illərdə onun ətrafına 3,7 km uzunluğunda müdafıə hasarı çəkdirmişdi. Üç tərəf təbii sərhəd olduğuna görə həmin yerlərdə müdafiə divarları tikmək lazım gəlməmişdi. Qala divarlarının eni 2 metr 20 sm, hündürlüyü isə 8 metr olmuşdu. Hər 50 metrdən bir iri və əzəmətli bürclər ucaldılmışdı. Qalanın girəcəyində - şimal tərəfə «Gəncə qapısı», qərb tərəfə isə «İrəvan qapısı» adlanırdı [7, s.162]. Bütün bunlar Azərbaycanın xanlıqlar dövründə inkişaf etdiyini, yeni tarixi dövrə uyğun tendensiyaların yarandığını, müxtəlif istiqamətlərdə nəticələrin əldə olunduğunu göstərirdi.
 
 Ədəbiyyat:
 
1. Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi. Bakı, “Maarif”, 1993.
 
2. Azərbaycan Milli Ensiklopediyası, II cild, Bakı, Azərbaycan Milli Ensiklopediyası NPB, 2010.
 
3. Cəfərov N. Molla Pənah Vaqif. Bakı, “Renessans-A”, 2017.
 
4. Dünyamalıyeva T. Molla Vəli Vidadi. Bakı, “Yazıçı”, 1987.
 
5. Əmrahov M., Çingizoğlu Ə., Həsənov H. Qarabağ xanlığı. Bakı, “Mütərcim”, 2008.
 
6. Xəlilzadə F. Qədim Şəkinin ədəbiyyat dastanı.- “Azərbaycan” qəzeti, 2009, 21 avqust, s.5.
 
7. Qarabağnamələr, I kitab. Bakı, “Şərq-Qərb”, 2006.
 
8. Qasımova A. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı, “Nurlan”, 2006.
 
9. Qəniyev H. Azərbaycan tarixi. Bakı, “Elm və Təhsil”, 2019.
 
10. Mustafazadə T. Qarabağ xanlığı. Bakı, “Sabah”, 2009.
 
11. Tərbiyət M. Danişməndani-Azərbaycan. Bakı, “Mücrü”, 2022.
 
12. Vahid T. Aşıq Xəstə Qasım haqqında.- “Mədəniyyət” qəzeti, 2012, 14 dekabr, s.15.
 
13. Мильман А.Ш. Политический строй Азербайджана в XIX-начале XX веков. Баку, Азербайджанское гос. изд., 1966.  
 
14. Мустафаев Дж. Северные ханства Азербайджана и Россия: конец XVIII-начало XIX в. Баку, «Элм», 1989.
 
 
Oxşar xəbərlər
15 Jun 2024 | 23:59
Səhərlər bu mürəbbəni yeyənlər xəstəlik üzü görmür - İmmuniteti gücləndirir
15 Jun 2024 | 23:43
Azərbaycanda bədbəxt hadisə: metal qarmaq ürəyinə batdı
15 Jun 2024 | 23:37
Qərbi Azərbaycan Xronikası: “Aşıq Ələsgər yurdunun tarixi və irsi” - FOTO/VİDEO
15 Jun 2024 | 23:32
Qurban bayramını sağlam keçirmək üçün 10 kritik qayda
15 Jun 2024 | 23:30
Kürdə dəhşət: qayıq yandı, çox sayda xəsarət alan var
15 Jun 2024 | 23:25
"Çingizin gətirildiyi qanlı xərəyi götürüb..." - ŞOK FAKTLAR + FOTO
15 Jun 2024 | 23:21
Atəşkəs pozulur: Bakıya bu təklifi verməyə hazıram - Paşinyan
15 Jun 2024 | 23:13
Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH
15 Jun 2024 | 23:10
Səni nə gözləyir? - Bu şəkillərdən birini seç
15 Jun 2024 | 23:00
Gövhər Ağa məscidindən sonra Şuşada bu məscidlər inşa ediləcək
15 Jun 2024 | 22:52
Diliniz sarıdırsa, bunu qətiyyən içməyin
15 Jun 2024 | 22:42
Babası yaşında kişi ilə evləndi - Dünyanı heyrətləndirən CÜTLÜK
15 Jun 2024 | 22:33
Azərbaycanlı həkimin hotel tikdirmək arzusu ürəyində qaldı - 333 min manat necə mənimsənildi?
15 Jun 2024 | 22:25
Almaniya Avropa çempionatından nə qədər qazanacaq? - Fantastik MƏBLƏĞ
15 Jun 2024 | 22:17
Türkiyənin 2 universiteti ilk 10-luğa daxil oldu
15 Jun 2024 | 22:10
Rusiya da iştirak etsəydi, daha yaxşı olardı - Fidan
15 Jun 2024 | 22:03
Ölüm riskini 33% AZALDAN PƏHRİZ - Xərçəngin inkişaf riskini də aşağı salır
15 Jun 2024 | 21:56
Qazaxda 26 yaşlı oğlanı cərəyan vurub öldürüb
15 Jun 2024 | 21:48
Sağlamlığın keşiyində duran çay - 7 faydası
15 Jun 2024 | 21:41
Bakıda binalar niyə rənglənir?
15 Jun 2024 | 21:33
Kartla ödəniş qəbul etməyən taksi sürücüləri barədə VACİB AÇIQLAMA - Bundan sonra…
15 Jun 2024 | 21:21
İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO
15 Jun 2024 | 21:06
Vaxtından əvvəl qarpızın yeyilməsi BU XƏSTƏLİKLƏRƏ SƏBƏB OLUR  
15 Jun 2024 | 20:56
Hansı heyvanlardan qurban kəsmək olar?
15 Jun 2024 | 20:50
Çimərliklərdə qiymətlər yenə qalxdı: Giriş 30 manat... 
15 Jun 2024 | 20:44
Məlahət Abbasovanın ailəsinə ağır itki - FOTO
15 Jun 2024 | 20:31
Ərdoğan Azərbaycan xalqını təbrik edib
15 Jun 2024 | 20:27
Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarılıb
15 Jun 2024 | 20:19
"Cəbrayıl" I Liqaya yüksəlib - VİDEO
15 Jun 2024 | 20:11
Kənd ərazisindən insan kəlləsi tapıldı
15 Jun 2024 | 19:50
Yadplanetlilər mövcuddur? - Kosmosdan qəribə siqnallar alındı 
15 Jun 2024 | 19:36
29 saniyədə nə qədər dondurma yeyə bilərsiniz? - gözlənilməz REKORD
15 Jun 2024 | 19:12
ABŞ bu miqrantlara hüquqi status verəcək
15 Jun 2024 | 19:08
Etibar edə bilməyəcəyiniz 5 İNSAN TİPİ
15 Jun 2024 | 18:51
Azərbaycanda DƏHŞƏT: sevgilisinin dodağını siqaretlə yandırdı, sonra küçədə...
15 Jun 2024 | 18:40
“Sədərək” ticarət mərkəzində yanğın
15 Jun 2024 | 18:31
Vüsalə Əlizadə, Nanə... toylara görün neçəyə gedirmiş - MƏBLƏĞİ
15 Jun 2024 | 18:25
Nazir üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü
15 Jun 2024 | 18:20
Qarğıdalı hansı xəstəlikləri aradan qaldırır?
15 Jun 2024 | 18:15
Ordumuzda Milli Qurtuluş Günü belə qeyd edildi - FOTO/VİDEO
15 Jun 2024 | 18:10
ATV-nin tanınmış aparıcısı özünə TOGG alıb? - FOTO
15 Jun 2024 | 18:05
"Milli Qurtuluş Günü ilə bugünkü uğurumuzun və qalibiyyətimizin əsası qoyuldu"
15 Jun 2024 | 18:00
İsti havalarda necə qidalanmalı?
15 Jun 2024 | 17:55
Tariximizə qızıl hərflərlə yazılan gün - TƏHLİL + FOTO
15 Jun 2024 | 17:50
Ağcaqanadlardan necə qorunmaq olar - Ən  sadə üsul 
15 Jun 2024 | 17:46
"Şimali Koreya Rusiyaya 5 milyon artilleriya mərmisi tədarük edib" - Cənubi Koreyanın müdafiə naziri
15 Jun 2024 | 17:40
Azərbaycanda hansı deputatlar ictimai nəqliyyatdan istifadə edirlər? - SORĞU + FOTO
15 Jun 2024 | 17:36
"Bu dövlətin uzun əsrlərdən bəri Azərbaycan türkləri tərəfindən idarəçiliyinə son qoyuldu...”
15 Jun 2024 | 17:35
Bakının Xocalı prospekti istiqamətində yol hərəkəti yenidən təşkil edilir
15 Jun 2024 | 17:30
Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanıldı - VİDEO
15 Jun 2024 | 17:25
Bakıdakı erməni oliqarx üçün tualet kağızı: Vardanyanın ailəsi BMT-yə müraciət etdi
15 Jun 2024 | 17:20
Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Bakıda mənzillər UCUZLAŞACAQ - Vaxt AÇIQLANDI
15 Jun 2024 | 17:15
"Onu, sadəcə, Kremlin agenti kimi yola saldılar..."
15 Jun 2024 | 17:10
Avro-2024: Macarıstan-İsveçrə oyunu başladı - Canlı
15 Jun 2024 | 17:05
"İlqarənin atası məni qaçırıb" - Aygün Kazımova
15 Jun 2024 | 17:00
Məşhur futbolçu VƏFAT ETDİ - FOTO
15 Jun 2024 | 16:55
Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarıldı
15 Jun 2024 | 16:50
Toplum TV-nin təsisçisi barədə yeni qərar
15 Jun 2024 | 16:46
Çayda batan şəxslərin axtarışı davam edir - VİDEO
15 Jun 2024 | 16:40
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Avstriyaya TƏHVİL VERDİ
15 Jun 2024 | 16:37
"Mənimlə oynamaq olmaz" - Manafdan Leylaya
15 Jun 2024 | 16:34
Şuşa Bəyannaməsinin yaratdığı reallıqlar...
15 Jun 2024 | 16:27
“Gənc istedadlar” liseyinin şagirdləri Respublika fənn müsabiqələrində böyük uğur qazanıblar
15 Jun 2024 | 16:21
Meyiti tapılan Ermənistan hərbçisinin qətlə yetirildiyi məlum oldu
15 Jun 2024 | 16:16
Sakinlər suya həsrət qalıblar: Şikayətlərə nə cavab verildi? - VİDEO
15 Jun 2024 | 16:10
Xudatda narkotik dövriyəsində şübhəli bilinən iki nəfər saxlanıldı
15 Jun 2024 | 16:06
BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
15 Jun 2024 | 16:00
Vüqar Rəhimzadə: "Bir millət, iki dövlət, bir yumruq!.."
15 Jun 2024 | 15:55
"Rusiya Ukrayna üzrə ikinci sülh sammitində iştirak edə bilər" - Ukrayna prezidentinin Ofisi
15 Jun 2024 | 15:48
Azərbaycanda yay turizm mövsümünə start verilib - FOTO
15 Jun 2024 | 15:41
Ramil Əhmədov yenə qalib oldu - FOTOLAR
15 Jun 2024 | 15:35
“Kiber sığortanın olması zəruridir” - bank kartlarımızdan pulların oğurlanmasına son qoyulur - FOTO
15 Jun 2024 | 15:28
“Qiyməti ən azı 3500 manatdır, dəvəni, adətən, imkanlılar kəsir” -  Maştağadakı dəvə fermasından REPORTAJ - FOTO
15 Jun 2024 | 15:20
Yeni Günəşlidə sakinlər liftdən şikayətçidirlər: "Pul yığıb, çıxıb getdilər" - VİDEO
15 Jun 2024 | 15:14
"Rusiya danışıqlarda maraqlı olduğunu imitasiya edir" - ISW
15 Jun 2024 | 15:07
ULU ÖNDƏRİN MÜHAFİZƏÇİSİ: “Heydər Əliyevin ən böyük silahı xalq idi” - FOTO + ÖZƏL 
15 Jun 2024 | 15:01
Polis gücləndirilmiş iş rejimində çalışır - FOTO/VİDEO
15 Jun 2024 | 14:57
Stalinin əfv etdiyi əsir general – o, haqqı olduğu qəhrəman adını 1993-cü ildə alıb  
15 Jun 2024 | 14:50
Sahil Babayev Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşdü - FOTO
15 Jun 2024 | 14:44
Hakan Fidan Azərbaycanı təbrik etdi - FOTO
15 Jun 2024 | 14:39
Əli Əsədov və Sahibə Qafarova Fəxri xiyabanda - FOTO
15 Jun 2024 | 14:33
Tezliklə əlinə çoxlu pul gələcək 4 BÜRC açıqlandı
15 Jun 2024 | 14:28
Qurbanlıq heyvanların qiyməti neçəyədir? Hər kəsə lazım olan REPORTAJ - FOTOLAR
15 Jun 2024 | 14:21
Azərbaycan və Çin hərbi təhsil sahəsində birgə tədbirlər planlaşdırır
15 Jun 2024 | 14:14
Gəncədə nişanlandığı iddia olunan 14 yaşlı qızın valideynləri polisə çağırıldı
15 Jun 2024 | 14:08
Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçirdi - FOTO
15 Jun 2024 | 14:01
Aktam Xaitov: "Şuşa Azərbaycanın Qarabağ ərazisini qaytardığını təsdiq edən müqəddəs məkandır"
15 Jun 2024 | 13:56
“Allah Naxış xalanın şəhidlik tariximizə vurduğu ORİJİNAL NAXIŞA rəhmət eləsin!..”
15 Jun 2024 | 13:54
Sel və daşqınlarla əlaqədar əhaliyə çağırış edildi
15 Jun 2024 | 13:48
Nazir: "Dünya İqtisadi Forumu startaplarımızı yüksək qiymətləndirib" - FOTO
15 Jun 2024 | 13:42
Tarixçi: "Heydər Əliyevin Bakıya dəvət edilməsi mühüm tarixi hadisə idi" - ŞƏRH + FOTO
15 Jun 2024 | 13:35
Berti Foqts: "Gözüm hər zaman “Qarabağ”ı axtarır" - VİDEO
15 Jun 2024 | 13:27
Azərbaycanlı zəvvarlar Həcc ziyarətinin əsas ayinlərinin icrasına başlayıblar
15 Jun 2024 | 13:24
Azərbaycanın taleyini dəyişən zəfər tarixi
15 Jun 2024 | 13:20
“Son zəng”lə bağlı təlimatları pozan məktəblər CƏZALANDIRILACAQ
15 Jun 2024 | 13:14
“Şuşanın dağıdılmış 200-dək abidəsindən 18-i bərpa edilib”
15 Jun 2024 | 13:08
Şəkidəki dəhşətli qəzanın anbaan görüntüləri ortaya çıxdı - VİDEO
15 Jun 2024 | 13:02
İsveçrədəki sülh sammitinə kimlər getdi? - FOTO
15 Jun 2024 | 12:56
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat
15 Jun 2024 | 12:51
Lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanıldı
GÜNLÜK
15 Jun 2024 | 08:20
Qarabağ Universitetinin ilk tələbəsi kim oldu?
15 Jun 2024 | 10:45
Xocalı aeroportuna onun adı verilsin – TƏKLİF
15 Jun 2024 | 09:57
Xuraman Muradova: "15 iyun Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə Günəş kimi parladığı gündür..."
15 Jun 2024 | 08:00
Bakıda 18 yaşlı gəncin başını kəsdilər: Hadisə yerindən GÖRÜNTÜLƏR
15 Jun 2024 | 06:31
Dəyişiklik küləyi əsəcək: bu BÜRCLƏR iyunda həyatın yeni səhifəsini açacaq
15 Jun 2024 | 07:06
Bakıda müəmmalı hadisə: Axşamlar qapıları döyür, səs gələndə uzaqlaşırlar - İnsanlar təşvişdə - VİDEO
15 Jun 2024 | 09:29
“Həyat yoldaşım mənə qardaşımın arvadı ilə xəyanət etdi“ – Aktrisadan efirdə ŞOK AÇIQLAMA
15 Jun 2024 | 11:38
Köhnə avtomobillərə əlvida - Bazarda nə gözlənilir?
15 Jun 2024 | 07:31
Azərbaycandan Avropaya viza müraciətlərinin çoxalmasının SƏBƏBİ NƏDİR?
15 Jun 2024 | 06:43
15 İyun -Azərbaycanın taleyini dəyişən zəfər tarixi
HƏFTƏLİK
09 Jun 2024 | 11:58
Qardaşı “İstanbul NS” klinikasında öldürülən şəxs Prezidentə müraciət etdi - Bizə kömək edin!
12 Jun 2024 | 15:48
Müharibə iştirakçılarının müavinəti artırılacaqmı?- Millət vəkili AÇIQLADI 
09 Jun 2024 | 07:24
Günəşdən Yerə ağır zərbə: Nadir kosmik hadisə baş verdi
12 Jun 2024 | 09:10
Xuraman Muradovanın “Əsrə bərabər 20 il” kitabı təqdim edildi- FOTOLAR 
13 Jun 2024 | 12:01
Pensiya ilə bağlı mühüm xəbər: Məbləğ artır... - Yeni sistem belə olacaq
12 Jun 2024 | 16:33
"Rusiyalıları ölkəmizdən qovmağın zamanı yetişib"
13 Jun 2024 | 22:04
“Bakı ən az 15 faiz bizim ömrümüzü qısaldır” — Paytaxtın köçürülməsi təklif edilir
12 Jun 2024 | 14:18
Bakıda dəhşətli qətl: Oğul evdə dözülməz əxlaqsızlıq etdi, atası... – ŞOK TƏFƏRRÜAT
09 Jun 2024 | 09:59
“Paşinyan da Sərkisyan kimi pul qazanar, qumar oynayardı, amma o, dövlət qurur...”
12 Jun 2024 | 14:35
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - 15 iyundan...
AYLIQ
15 Jun 2024 | 08:20
Qarabağ Universitetinin ilk tələbəsi kim oldu?
15 Jun 2024 | 10:45
Xocalı aeroportuna onun adı verilsin – TƏKLİF
15 Jun 2024 | 09:57
Xuraman Muradova: "15 iyun Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə Günəş kimi parladığı gündür..."
15 Jun 2024 | 08:00
Bakıda 18 yaşlı gəncin başını kəsdilər: Hadisə yerindən GÖRÜNTÜLƏR
15 Jun 2024 | 06:31
Dəyişiklik küləyi əsəcək: bu BÜRCLƏR iyunda həyatın yeni səhifəsini açacaq
15 Jun 2024 | 07:06
Bakıda müəmmalı hadisə: Axşamlar qapıları döyür, səs gələndə uzaqlaşırlar - İnsanlar təşvişdə - VİDEO
15 Jun 2024 | 09:29
“Həyat yoldaşım mənə qardaşımın arvadı ilə xəyanət etdi“ – Aktrisadan efirdə ŞOK AÇIQLAMA
15 Jun 2024 | 11:38
Köhnə avtomobillərə əlvida - Bazarda nə gözlənilir?
15 Jun 2024 | 07:31
Azərbaycandan Avropaya viza müraciətlərinin çoxalmasının SƏBƏBİ NƏDİR?
15 Jun 2024 | 06:43
15 İyun -Azərbaycanın taleyini dəyişən zəfər tarixi