ULU ÖNDƏRİN MÜHAFİZƏÇİSİ: “Heydər Əliyevin ən böyük silahı xalq idi” - FOTO + ÖZƏL 
Ekskluziv
Oxunub: 2604
15 Jun 2024 | 15:07
ULU ÖNDƏRİN MÜHAFİZƏÇİSİ: “Heydər Əliyevin ən böyük silahı xalq idi” - FOTO + ÖZƏL 
15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyulub. 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən  Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçili. Bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb. 15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur. Xalqın çətin günündə ona dayaq duran ulu öndər Heydər Əliyevi o illərdə qoruyan, könüllü mühafizəsini təşkil edən şəxslərdən biri də Mübariz Pənahov olub.
 
O, Moderator.az-a müsahibəsində Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
 
-Mübariz müəllim, siz ümummilli lider, Ulu Öndər Heydər Əliyevin mühafizəçisi olmusunuz. Sizi ona ən sadiq şəxs kimi tanıyırıq. Hansı şərait, hansı vəziyyət səbəb oldu ki, ümummilli lideri könüllü mühafizə edəsiz?
 
 
-Heydər Əliyev dünyada tanınmış liderlərdən biridir. Hər kəs istəyərdi ki, onu yaxından tanısın, ona qulluq etsin, tapşırıqlarını yerinə yetirsin. O istər Azərbaycana rəhbərlik etdiyi dövrdə, istərsə də Moskvada çalışdığı illərdə xalqın rəğbətini qazanıb. Moskvada işləyəndə Qarbaçov hakimiyyətinin, ermənilərin əli ilə oradan uzaqlaşıb Bakıya gəldi. Bakıda da öz kadrlarından, nankorlardan Heydər Əliyevə qarşı düzgün mövqe tutmayanlar oldu. Heydər Əliyevin Naxçıvana, öz doğulduğu torpağa gəlməsi üçün isə artıq zəmin yaranmışdı. İnsanlar orada ona qucaq açdılar. Biləsiniz ki, bütün dövrlərdə Naxçıvanın 80 faizi Heydər Əliyevə qucaq açıb. Hətta o vaxtkı müxalif qrupların da ümummilli liderə qarşı münasibəti yaxşı olub. Sonra Xalq cəbhəsi partiyası iqtidara gələndən sonra Naxçıvanda hər şey əksinə oldu. Buradakı dırnaqarası “rəhbərlər” Heydər Əliyevi oradan uzaqlaşdırmaq üçün əllərindən gələn hər şeyi etdilər. Cəhdlərin ardı-arası kəsilmirdi. Belə bir vaxtda, 1991-ci ildə dahi şəxsiyyətlə görüşüb tanışmaq mənə qismət oldu. O Naxçıvana gəldi, bir ucu Ordubad, Sədərəyə qədər bütün qəsəbələrdəki, rayondakı insanlarla tanış oldu. O zaman Heydər Əliyevin heç bir vəzifəsi yox idi. Belə bir dövrdə onu tanıdıq. O dövrün iqtidarı 1992-ci ildə Ulu Öndərə qarşı sərt mövqe, münasibət göstərirdilər. Çevriliş etməyə qalxırdılar. Onlar Daxili İşlər Nazirliyini, televiziyanı ələ keçirdilər, amma Heydər Əliyev öz qətiyyətindən, fikrindən dönmədi. Dedi ki, mən xalqım, millətim üçün hər şeyə varam. O illərdə də mən öz yaxın ətrafımla- qardaşlarımla, bir qrup idmançılarla onun müdafiəsinə qalxdıq. Mənə hər zaman Heydər Əliyevin mühafizəçisi olmağımla bağlı sual ünvanlayırlar. Səmimi, açıq etiraf edim ki, mən onun qanuni, şəxsi mühafizəçisi olmamışam. Könüllü dəstək vermişəm, şəxsiyyətə xidmət etmişəm. Bu xidmətim bizim münasibətlərimizə, onun bizə güvənməyinə də zəmin yaratdı. Belə ki, münasibətlərimiz çox yaxşı oldu və mən ulu öndərin bölgədə inandığı, güvəndiyi şəxslərdən birinə çevrildim. Ulu öndərin Şərurda bir-iki tapşırığı olmuşdu, o tapşırıqları layiqincə yerinə yetirmişdim. Sonra Bakıya gəldim. O vaxt bilsəydilər ki, Heydər Əliyev prezident olacaq, heç bizi Naxçıvana buraxmazdılar. Bütün dövrlərdə bu təməlli, köklü, ləyaqətli insanlar üçün fərq etmir. Əgər onlar bir insana bağlıdırsa, şərtlər nə olursa-olsun ordan dönüş yoxdur. Amma tramplinin üstündə duranlar da çoxdur. Gözləyirlər ki, görsünlər hansı qrup qalib gəlir, on tərəf yıxılsınlar. Amma biz hər zaman onun yanında olduq, mövqeyimizi dəyişmədik. Heydər Əliyev Bakıya gəldi. Artıq ona qarşı təhlükələr başlamışdı. Şəxsi mühafizənin rəhbərindən tutmuş müavinləri, növbə rəislərinə qədər bütün işçilərlə mənim dostluq əlaqələrim o illərdən başladı. Hər dəfə Bakıya gələndə onların ziyarətinə gedib görüşürdüm. 1994-cü ildə yenə bir təhlükə yarandı. Sürət Hüseynov çevriliş etməyə cəhd göstərmişdi. Ulu öndər xalqa müracitə etdi. Mən də artıq bu təhlükəni öncədən hiss etmişdim. Ona görə də öz ətrafımla Bakıya gəldim. İnanın ki, iynə atsaydınız yerə düşməzdi. Gecə ilə prezident aparatının qarşısında yaşlı insanlar, uşaqlar, ahıllar bir sözlə onu sevən xalq bu maneəni aradan qaldırdılar. 1995-ci il hadisələrində də Ulu Öndərin yanında olduq. Prezidenti o vaxt çox güclü mühafizə sistemi qoruyurdu. Mən demirəm ki, biz nəsə etdik.. Sadəcə olaraq sədaqətimizi göstərdik ki, nə zaman ehtiyac olarsa biz də varıq. Şübhəsiz ki, Azərbaycanın bu günki günlərə gəlməyi Heydər Əliyevin nüfuzu sayəsində, uzaqgörən siyasəti nəticəsində oldu. Ulu Öndər o illərdə Naxçıvana gəlməsəydi, Naxşıvan da Qarabağ kimi işğal oluna bilərdi. Onun diplomatik görüşləri, xarici ölkə televiziyalarının jurnalistlərinə verdiyi müsahibələr, uzaqgörən siyasəti o vaxt blokada şəraitində olan, suyu, qazı, elektrik enerjisi olmayan Naxçıvanı xilas etdi. Ulu öndərin o vaxtkı Türkiyə prezidenti Süleyman Dəmirəllə çox gözəl münasibətləri var idi. Qısa müddətdə “Ümid” körpsü inşa olundu. O körpü naxçıvanlıların şəraitinin daha da yaxşılaşmasına zəmin yaratdı. Ondan sonrakı illərdə Heydər Əliyev Naxçıvana, ümumi Azərbaycana qayğısını, diqqətini əsirgəmədi. 
 
-Ölkənin prezidentini mühafizə etməyin nə kimi çətinlikləri var idi?
 
-Bilirsiniz ki, prezident ölkənin rəhbəridir. Tarixə də nəzər salsaq görərik ki, ölkə liderlərinə qarşı hər zaman təxribatlar, sui-qəsdlər olub. Amma Heydər Əliyevin ən böyük silahı xalq idi. O xalqa güvənirdi. Heydər Əliyev elə bir dahi şəxsiyyət idi ki, insana baxanda içində bəlli edirdi ki, bu insan xəyanətkardır yoxsa sağlamdır. Xalqla çox yaxın təmasda idi. Onu hər kəs bir üzük qaşı kimi dövrəyə alırdı. Çətin dövrlərdə Allah Heydər Əliyevi qoruyurdu. Əlbəttə ki, onun qorunmasında o illərdəki mühafizə sisteminin də böyük rolu var. Ali Baş Komandan, cənab prezident İlham Əliyev bu gün dünyada ən güclü qorunan 3-4 prezidentdən biridir. Bu gün onun mühafizəsi elə möhkəm qurulub ki, bizim kimi könüllülərə ehtiyac yoxdur. Amma yenə də bizə ehtiyac olarsa, canımızla, qanımızla xidmət etməyə hazırıq.
 
 
-O illərdə Ulu Öndərə qarşı hansı təhdidlər var idi?
 
-Siyasətdə onun kölgəsində qalan insanlar qısqanclıqdan onu devirmək istəyirdilər. Hətta Heydər Əliyevi devirmək üçün xarici xidmət orqanlarından kömək istəyənlər də var idi. Onlar sadəcə bir şeyi başa düşmürdülər ki, Allahın yüksəklərə qaldırdığı insanı heç kim zirvədən endirə bilməz. Onun şəninə yazılan mahnıda deyildiyi kimi.. “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”. Belə də oldu. O da sonuna qədər xalqın yanında oldu, xalqı dəstəklədi. Çox təəssüf hissi ilə deyə bilərəm ki, bənzərsiz bir lider idi, amma aramızdan tez getdi. 
 
-Biz arxiv görüntüləri izləyəndə Heydər Əliyevin nə qədər kövrək qəlbli insan olmağının şahidi oluruq. Onu nə kövrəldə bilərdi?
 
-Heydər Əliyevin ən çox kədərləndiyi illər ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanı itirdiyi zaman olub. Ən böyük zərbəni onda aldı. O vaxt qaçqınlarla görüşə gedəndə, döyüş bölgələrində insanlarla görüşərkən oradan böyük üzüntü ilə ayrılırdı. Dolurdu, kövrəlirdi. Sanki həyatında çatışmayan nəsə var idi. Arzusu bu idi ki, bir an Azərbaycanın işğalda olan torpaqlarını azad etsin, insanları yurd-yuvalarına qaytarsın, ölkənin rifahını qaldırsın. Bu hallarda o kövrəlməyib, duyğulanmaya bilməzdi. Çox təəssüf ki, Heydər Əliyev Azərbaycanın bu günlərini görmədi. Hər zaman deyirdi ki, mənim üçün xalqıma xidmət etməkdən böyük vəzifə ola bilməz. Allah ona rəhmət etsin, ruhu şad olsun ki, İlham Əliyev kimi bir şəxsiyyəti öz məktəbində hazırladı. O da düşündüyümüzdən də daha çox xalqı ağır böhrandan çıxartdı, torpaqlarımızı azad etdi.. Bizim ökədə heç vaxt müxalifət iqtidarla razılaşmayıb, amma 44 günlük müharibədə təxminən onların 95 faizi İlham Əliyevi, xalqı təbrik etdilər. İlham Əliyev son 200 ildə azad olunmayan torpaqlarımızı 44 günlük müharibədə azad etdi. Belə qalibiyyət bəşər tarixində hələ olmayıb.
 
-Ulu Öndərlə bağlı həyatınızda iz qoyan ən səmimi xatirə hansıdır?
 
-Onunla bağlı bir çox xatirələrim var. İşlə əlaqədar olaraq Türkiyəyə gedib-gəlirdim. Görürdüm ki, orada insanların hamısının yaxasında Atatürkün şəkili olan yaxa sancağı, döş nişanı var. Bir gün fikirləşdim ki, onların babasının yaxa sancağı var, bizim babamızın niyə yoxdur ki? İlk dəfə Heydər Əliyevin fotosu həkk olunan döş nişanını mən hazırladıb Azərbaycana gətirdim və ona hədiyyə etdim. Özü də çox bəyənmişdi. Başqa bir xatirəm də odur ki, görüşlərimizin birində də mənə ki, “Mübariz, mən sənə hər zaman etimad göstərmişəm”. Mən də dedim ki, cənab prezident, bütün varlığımla sizin etimadınızı doğrultmağa hazıram! 
 
-Ulu öndərin ölüm xəbərini necə aldınız?
 
-2003-cü ilin dekabrın 12-də ailəmlə televizora baxırdım. Gecə saat 12-yə 15 dəqiqə qalırdı. Türk kanalında, “Kanal D”-də ekranda alt hissədə yarımbaşlıq getdi ki, “Azərbaycan cumhurbaşkanı Heydər Əliyev dünyasını dəyişdi”. Mən çox narahat oldum. Övladlarım balaca idi. Bir söz işlətdim ki, “belimiz qırıldı”. Bu sözü 30 saniyənin içərisində dedim. Mən 10 il müddətində fəxri xiyabana ancaq gecələr gedirdim. Övladlarım balaca idi, onları da aparırdım. Gündüz getmirdim ona görə ki, səni nə qədər çox istəyən varsa, bir o qədər də istəməyən, qısqanan, xidmətsiz adamlar var idi. Deyəcəkdilər ki, işsiz qalıb gəlib fəxri xiyabanın qabağını kəsdirib. Bu sözdən ehtiyyat edirdim. Buna görə də gecə gedirdim. Bu gün artıq işimin başındayam. Əməkdaşlarımızla, işçilərlə hər il doğum və anım günlərində gedib Ulu Öndəri ziyarət edirəm. Allah ona rəhmət etsin. Bu gün həyatda nə qazanmışamsa onun sayəsində olub. Mən sadə, zəhmətkeş bir ailədə böyümüşəm. Ailəmiz də böyük idi. 7 qardaş, iki bacı olmuşuq. Qardaş-bacılarımın oxumasını, təhsil almasını mən həyata keçirmişəm. Hər zaman da ümumilli liderimizə arxalanmışam. Bilirdim ki, mənə dayaq olan, qoruyan dahi bir şəxsiyyət var. Onu tanıyandan sonra həyatımda hər şey büstübtün dəyişib. 2003-cü il dekabr ayının 12-dən aramızda yoxdur, amma onun adına görə bu gün hər kəs mənə hörmətlə yanaşır. Amma bunların içində xidmətsiz nakorlar da var. Sanki bu gün məni tanımırlar. Amma Ulu Öndərin vaxtında mənimlə ikiəlli görüşürdülər. Köklü insanlar heç vaxt belə addım ata bilməzlər. Bu gün artıq onların hamısının maskası düşüb, pis vəziyyətdə qalıblar. İnsanları artıq bir-birindən ayıra bilirəm. Ulu Öndər rəhmətə  gedəndən 2 ay sonra məni xidmətdən uzaqlaşdırdılar. Mən Bakıya gəldim. Bakıda 10 il işsiz qaldım, amma mövqeyimi dəyişmədim. Övladlarımın tərbiyəsi, məktəbi ilə məşğul oldum. 10 ildən sonra məni vəzifə ilə təmin etdilər. Heç bir dünya malı, vəzifə məni fikrimdən döndərə bilməz. Döndərmədi də. Şükürlər olsun ki, İlham Əliyevin də yanında cəsur işçilər var. Onların bəziləri ilə şəxsi münasibətlərim var. Ulu Öndərin vaxtında onlarla bir o qədər də yaxın münasibətim olmasa da, mənə bu gün o qədər böyük qucaq açırlar ki, bəzi hallarda utandığımdan xəcalət çəkirəm. 
 
-Siz Naxçıvanın ictimai-siyasi həyatında da mühüm işlər görmüsünüz.
 
-Öz xidmətimdən çox qürur duyuram. Naxçıvanda işlədiyim müddətdə şəhid büstləri, xəstəxana, məktəblər, idman ocaqları, stadionla tikdirmişəm, şəhid ailələrinə, qazilərə qayğı göstərmişəm. Ordubaddan Sədərəyə qədər yaşayan insanların 100-də 80-i ilə çox gözəl münasibətim var. 20 ildir Naxçıvandan kənardayam. Ara-sıra gedirəm. İnsanların göstərdiyi səmimi münasibəti mənə böyük qürur verir. Demək ki, bölgəsdə izim itməyib. Mən də bununla qürur duyuram. Həyatda bundan böyük varlıq ola bilməz. Gənc yaşlarımda idmanla məşğul olmuşam. 5-6 dəfə Azərbaycan çempionu olmuşam, SSRİ ölkələrində nailiyyətlərim olub. Naxçıvan Futbol Federasiyasının prezidenti olmuşam, bir çox çempionatlar təşkil etmişəm. Məqsədim də o idi ki, dağda müharibə gedir, bizim gənclər möhkəm olmalı, pis vərdişlərdən uzaq durmalıdırlar. Ukrayndan 1991-ci ildə öz şəxsi hesabıma Naxçıvana idman trenajorları, idman qurğuları gətizdirmişəm. Əhali gəlib orada təmənnasız idman edirdi. Əhalinin 100-də 80-i kasıb idi, idmana büdcə ayırmağa imkanları yox idi. Amma mən onu da  elə edirdim ki, pulsuz şəkildə gəlib onlar idmanla məşğul olurdular.
 
 
 
Oxşar xəbərlər
14:14, Bu gün
Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul etdi - YENİLƏNİB
14:08, Bu gün
Şəhid ailəsinin evinə BASQIN EDİLDİ
14:01, Bu gün
Şoyqunun müavininin cinayət işində adı keçən şəxs müəmmalı şəraitdə dünyasını dəyişib
13:55, Bu gün
Paşinyan Gürcüstanın müdafiə naziri ilə görüşdü
13:50, Bu gün
Ermənistan Rusiyadakı səfirini geri çağıracaq?
13:44, Bu gün
“Erməni komendant bu mahnıya görə atamı yataqxanadan qovmuşdı”
13:37, Bu gün
Sahibkarlar Qida Təhlükəsizliyi Agentliyindən niyə narazıdır? – Gərgin müzakirə - VİDEO
13:31, Bu gün
Yuxuda sevgilini aldatmaq nə vəd edir?
13:29, Bu gün
"Qiymətlərimiz yuxarı qalxır, amma liftlərimiz qalxa bilmir, yarı yolda qırılır...-SƏBƏB?.."
13:23, Bu gün
DİN bu uşaq bağçası ilə bağlı yayılan məlumatları nəzarətə götürdü
13:16, Bu gün
Qubada qanunsuz tikili söküldü - FOTO/VİDEO
13:10, Bu gün
Türkiyədə turist avtobusu qəzaya uğradı: Ölən və yaralananlar var
13:05, Bu gün
Azərbaycan XİN Monteneqronu milli bayram münasibətilə təbrik etdi - FOTO
13:00, Bu gün
Barışıq əli vaxtında sıxılmayanda... yumruğa çevrilir! – 26 illik danışıqlar dərs olmadı?  
12:54, Bu gün
Sabah bəzi yerlərdə qısamüddətli yağış yağacaq - PROQNOZ
12:48, Bu gün
Qarabağı turizm cənnətinə çevirmək istəyiriksə... - ARAŞDIRMA + FOTO
12:42, Bu gün
Ermənistan sərhədçiləri azərbaycanlı sürücünü öldürdü - VİDEO
12:32, Bu gün
Bakıda dənizdə batan qardaşların və digər yeniyetmənin cəsədi tapıldı - YENİLƏNİB + VİDEO
12:27, Bu gün
YAP Mərkəzi Aparatında müşahidəçilər üçün təlim keçirildi - FOTO
12:22, Bu gün
Sumqayıt sakinində bir bıçaq və sursatlar aşkarlandı
12:17, Bu gün
Qarabağ Universitetində müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ
12:12, Bu gün
“Əsla Messi kimi olmayacağam” - Yamal
12:07, Bu gün
"Ayaqlarından öpəndə bütün yorğunluğum gedir" - FOTO
12:02, Bu gün
İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi
12:00, Bu gün
Lənkəranda mağazada kişi meyiti tapıldı
11:54, Bu gün
Rusiya Ukraynanı Kiyev SES-də "terror aktına" hazırlıqda riyakarcasına  ittiham edib
11:50, Bu gün
Bəzi rayonlara leysan yağdı - FAKTİKİ HAVA
11:44, Bu gün
Çəkiliş zamanı operatorun qətlində ittiham olunan Alek Bolduinlə bağlı qərar verildi - FOTO/VİDEO
11:40, Bu gün
Yeni müharibə riski: Noyabrdan sonra nə baş verəcək? - Kritik gəlişmə
11:36, Bu gün
Nazirlik rəsmisindən restoran sahiblərinə ÇAĞIRIŞ
11:33, Bu gün
Azərbaycan şahmatçıları V Avropa Universitet Oyunlarında birinci yeri tutublar
11:31, Bu gün
Kürdəmirdə ağır yol qəzası olub, bir nəfər ölüb
11:30, Bu gün
Dövlət Vergi Xidməti ilə ADA Universiteti Anlaşma Memorandumu imzaladı - FOTO
11:26, Bu gün
Şəkidə 18 yaşlı qız YOXA ÇIXDI
11:21, Bu gün
Göyçayda yeniyetmələrin mübahisəsi zamanı qan töküldü
11:16, Bu gün
Baş nazirdən ödənişli yollarla bağlı QƏRAR
11:10, Bu gün
Oğuzda tapılan küp qəbirlərdə NƏ VAR? - VİDEO
11:03, Bu gün
Ötən gün Xalq artisti Miri Yusifin konsertinin ilk günü baş tutub
10:51, Bu gün
İyulun 13-nün ULDUZ FALI: Yaxınlarınızla ünsiyyətdən qaçın
10:45, Bu gün
Ölkədə ən çox onun mahnıları oxundu - VİDEO
10:40, Bu gün
Azərbaycanlı sürücü Ermənistan sərhədində döyüldü - VİDEO
10:37, Bu gün
“Pakistanın Vətən müharibəsindəki siyasi-mənəvi dəstəyini heç zaman unutmayacağıq”
10:36, Bu gün
Azərbaycanda iyul ayında sutkalıq kirayənin orta qiyməti açıqlanıb
10:31, Bu gün
İran səfiri ermənilərin Qarabağdan könüllü köçmədiklərini iddia etdi...
10:30, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
10:26, Bu gün
Bu ərazilərdə marşrut azdır - Avtobuslar köhnədir, həcmi azdır
10:20, Bu gün
Məktəbdə yoxlamalar aparıldı - Direktor işdən çıxarıldı
10:15, Bu gün
Yeni qaydalar təsdiq olundu: Kimlərin pensiyası artacaq?
10:10, Bu gün
Avropanın ən yaxşı və ən bərbad aviaşirkətləri açıqlandı
10:06, Bu gün
Xankəndi və Şuşada xeyli silah-sursat aşkarlanıb
09:58, Bu gün
Kitab kimi Adam - Məktəb kimi Adam...
09:55, Bu gün
Dövlətdən mənzil almaq üçün YENİ ŞƏRTLƏR 
09:49, Bu gün
Çində başında əkiz bacısını gəzdirən qız öldü
09:40, Bu gün
Bakıda dənizdə müəmmalı şəkildə boğulan yeniyetmələrin FOTOları
09:35, Bu gün
Böyrəklərimizi "öldürən" qidaların SİYAHISI
09:30, Bu gün
Bakıda ağır qəza: 7 nəfər yaralandı
09:25, Bu gün
Bayden tez-tez səhvlərə yol verdiyini və bəzən adları qarışdırdığını etiraf edib
09:21, Bu gün
Bilet alarkən pula necə qənaət edək? - Bir ay əvvəldən... 
09:20, Bu gün
Bazar ertəsi bu rayonlarda qaz olmayacaq
09:14, Bu gün
Dünya hələ belə toy görməmişdi: 320 milyon dollar, 120 təyyarə... - FOTO
09:12, Bu gün
Trampın sosial media hesabları BU SƏBƏBDƏN BAĞLANIBMIŞ 
09:09, Bu gün
Elektromobil zəhər mənbəyidir? – Mafiya hərəkətə keçdi
09:03, Bu gün
Bağ sahələrində narkotik tərkibli bitkilər yetişdirən Lerik sakinləri saxlanılıb
08:58, Bu gün
Evinizdə varsa, dərhal atın! - Bu tualet kağızlarını heç vaxt almayın
08:56, Bu gün
Bakıda daha bir binanın lifti qırıldı, xəsarət alanlar var – DETALLAR
08:50, Bu gün
Peruda güclü zəlzələ baş verdi
08:47, Bu gün
Bitki yağınını kərə yağı ilə qatmayın... - SƏBƏB
08:38, Bu gün
Rusiya Xarkov istiqamətində bütöv bir diviziya itirdi...-Briqada komandirinin müavini
08:22, Bu gün
Bağçada şiddət görən azyaşlı danışmağı belə, bacarmırmış
08:15, Bu gün
Yaponiya parlamentindən qərar: Sakinlərə hər gün gülmək tapşırıldı
08:09, Bu gün
Evlərdəki əsl mikrob yuvası: Tualetdən 17 min dəfə daha çirklidir
08:01, Bu gün
Bakıda dənizdə boğulan yeniyetmələrin GÖRÜNTÜLƏRİ
07:54, Bu gün
Pendirlə yeyə bilməyəcəyiniz 4 QİDA
07:51, Bu gün
Rusiya vətəndaşı "Qarabağ Ermənistanındır" ifadəsinə və Azərbaycan xalqını təhqir etdiyinə görə üzr istədi...-VİDEO
12 Jul 2024 | 23:00
2025-ci ildə bu telefonların istehsalı yığışdırılacaq
12 Jul 2024 | 22:55
Bakı-Qazax yolunda qəza: Doqquz nəfər xəsarət alıb
12 Jul 2024 | 22:50
2 yerdən qatlanan telefon buraxılacaq – Dünyada ilk
12 Jul 2024 | 22:44
Tramp onu Harrislə qarışdıran Baydeni ələ saldı: "Əla işdir, Co!"
12 Jul 2024 | 22:36
Oğuza babasıgilə qonaq gedən 2 yaşlı uşaq kanala düşərək ölüb
12 Jul 2024 | 22:28
Sumqayıtda marşrut avtobusu TIR-la toqquşdu - FOTO-YENİLƏNİB
12 Jul 2024 | 22:20
Ərdoğan: Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır
12 Jul 2024 | 22:13
Anar Ağakişiyevə qarşı DƏLƏDUZLUQ
12 Jul 2024 | 22:05
Türkiyə Rusiya və Ukrayna ilə taxıl dəhlizinin yenidən açılmasını müzakirə edib
12 Jul 2024 | 22:00
Gənc qalmaq üçün İsveç iliyi transplantasiyası — FOTO
12 Jul 2024 | 21:50
Türkiyədə bu il ən bahalı təyyarə bileti 15 min, ən ucuzu isə 22 manata satılıb
12 Jul 2024 | 21:44
ABŞ Gürcüstana yardımı dondurub
12 Jul 2024 | 21:37
Türk diceyə görə Bakıda 7 km-lik tıxac - FOTO
12 Jul 2024 | 21:29
Bayden: “Trampı bir daha məğlub edəcəm”
12 Jul 2024 | 21:22
Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı “Youtube” platformasından silinib
12 Jul 2024 | 21:20
Kəlbəcər adlı təbiət muzeyini qoruyaq - FOTO
12 Jul 2024 | 21:15
İranda zəlzələ oldu
12 Jul 2024 | 21:10
İlham Əliyev İslamabadda hərbi sərgi ilə tanış oldu
12 Jul 2024 | 21:00
Dünyada cəmi 3 nəfərin başına gəlib: nəfəs borusu partladı və... – FOTO
12 Jul 2024 | 20:56
“Tovuz döyüşləri Azərbaycanın geosiyasi üstünlüyünü ortaya qoydu” — Ədalət Verdiyev
12 Jul 2024 | 20:49
Elgiz və Qorxmaz Əlili Rövşanədən üzr istədilər
12 Jul 2024 | 20:41
Sabahın havası ilə bağlı daha bir XƏBƏRDARLIQ
12 Jul 2024 | 20:38
“Express Bank”dan 30 milyondan çox depozit geri çəkildi: Aktivlər azalıb
12 Jul 2024 | 20:30
PSJ onun üçün 200 milyon ödəməyə hazırdır
12 Jul 2024 | 20:24
Bayden Parisdə keçiriləcək Olimpiadaya getməyəcək
12 Jul 2024 | 20:17
Bu söz insanları yola gətirməyə məcbur edir – Strateji vasitə
GÜNLÜK
12 Jul 2024 | 17:03
Sarı və narıncı XƏBƏRDARLIQ - Güclü külək olacaq...
12 Jul 2024 | 14:31
Kondisionerli qatarlarda niyə qan-tər içində işə çatırıq? - Metropolitendən absurd CAVAB
12 Jul 2024 | 15:42
"Ərimlə məni bir oğlan müğənni ayırdı"
12 Jul 2024 | 22:28
Sumqayıtda marşrut avtobusu TIR-la toqquşdu - FOTO-YENİLƏNİB
12 Jul 2024 | 16:35
Ermənistan Azərbaycanla sərhəddə 3 metrlik divar tikir
12 Jul 2024 | 14:42
Ülfətin çimərlikdəki görüntüləri GÜNDƏM OLDU - VİDEO
12 Jul 2024 | 15:29
“Azərbaycandan gələn xəstələrin müşküllərinin həllinə məhz doktor Pezeşkian dəstək verdi...”
12 Jul 2024 | 15:00
Pezeşkian prezident seçildiyi gün qəbir üstünə getdi - VİDEO
12 Jul 2024 | 18:54
Ayın ortalarında 4 bürcün həyatındakardinal dəyişikliklər olacaq
12 Jul 2024 | 16:55
Müharibə ilə bağlı bu tədqiqat təlaş doğurdu: Qadın hərbçilər üçün əlillik təhlükəsi!
HƏFTƏLİK
08 Jul 2024 | 00:00
Marketlərdə satılan bu yağlar ömrü qısaldır: “Bir çox ölkələrdə satışı qadağan olunub”-ARAŞDIRMA+ÖZƏL
07 Jul 2024 | 09:12
Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO
11 Jul 2024 | 09:15
“Ronaldo soyunub-geyinmə otağımıza gəldi, mənə dedi ki…”- Arda Gülər
07 Jul 2024 | 21:26
Varlanması asan olan 3 bürc
07 Jul 2024 | 15:07
“Polisə silahlı müqavimət göstərməyə görə cəza  sərtləşdirilməlidir”
08 Jul 2024 | 12:53
Azərbaycanlılar Gürcüstana axın edir- 2 mindən başlayan maaş...
08 Jul 2024 | 12:25
14 qurdun ABŞ parkında yaratdığı möcüzə - Dünya heyrətdə
09 Jul 2024 | 18:00
Bakı Türk Liseyinin məzunu dünya birincisi oldu
06 Jul 2024 | 17:58
Şuşada TDT dövlət başçılarının Zirvə görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNİB + FOTO/VİDEO
09 Jul 2024 | 14:07
38 yaşlı kişi qaynı arvadına videoları göndərdi, gecə evinə girdi... – ŞOK TƏFƏRRÜAT
AYLIQ
12 Jul 2024 | 17:03
Sarı və narıncı XƏBƏRDARLIQ - Güclü külək olacaq...
12 Jul 2024 | 14:31
Kondisionerli qatarlarda niyə qan-tər içində işə çatırıq? - Metropolitendən absurd CAVAB
12 Jul 2024 | 15:42
"Ərimlə məni bir oğlan müğənni ayırdı"
12 Jul 2024 | 22:28
Sumqayıtda marşrut avtobusu TIR-la toqquşdu - FOTO-YENİLƏNİB
12 Jul 2024 | 16:35
Ermənistan Azərbaycanla sərhəddə 3 metrlik divar tikir
12 Jul 2024 | 14:42
Ülfətin çimərlikdəki görüntüləri GÜNDƏM OLDU - VİDEO
12 Jul 2024 | 15:29
“Azərbaycandan gələn xəstələrin müşküllərinin həllinə məhz doktor Pezeşkian dəstək verdi...”
12 Jul 2024 | 15:00
Pezeşkian prezident seçildiyi gün qəbir üstünə getdi - VİDEO
12 Jul 2024 | 18:54
Ayın ortalarında 4 bürcün həyatındakardinal dəyişikliklər olacaq
12 Jul 2024 | 16:55
Müharibə ilə bağlı bu tədqiqat təlaş doğurdu: Qadın hərbçilər üçün əlillik təhlükəsi!