“Gənc istedadlar” liseyinin şagirdləri Respublika fənn müsabiqələrində böyük uğur qazanıblar
Elm və Təhsil
1689
15 Jun 2024 | 16:27

“Gənc istedadlar” liseyinin şagirdləri Respublika fənn müsabiqələrində böyük uğur qazanıblar

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 13 şagirdi Respublika fənn müsabiqələrində böyük uğur qazanıb.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Bildirilib ki, liseyin şagirdləri Alikamal Həsənov, Sulduz Hacıyev, Mehdi Şeydalı, Saleh Həsənli Respublika fənn müsabiqələrində I, Yusif Fətullayev, Akif Qurbanov II, Tamerlan Heydərov, Ülvi Süleymanlı, Fidan Həşimova, Aysu Abbasova, Ayxan Məmmədli, Tayfun Məhərrəmli və Ağasəlim Musayev III yerə layiq görülüblər.
Respublika fənn müsabiqələri ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə təşkil edilir. Müsabiqənin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindir.
 
Link kopyalandı!
Son xəbərlər