Xuraman Muradova: "15 iyun Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə Günəş kimi parladığı gündür..."
Oxunub: 2226
15 Jun 2024 | 09:57
Xuraman Muradova:
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb.
 
 
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
 
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
 
 
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
 
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
 
 
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
 
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. 
İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi.
İyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
 
 
Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi.
 
Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Heydər Əliyevin görmək istədiyi Azərbaycan bugünkü Azərbaycandır.
 
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 
 
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
 
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
 
Oxşar xəbərlər
19:33, Bu gün
Bağçada işləmək istəyənlərin nəzərinə!
19:28, Bu gün
Antalyada yaxtada həbs edilən azərbaycanlı kimdir?
19:23, Bu gün
Bu ölkə Çinə qarşı Çin filosofunun ideyaları ilə mübarizə aparır
19:17, Bu gün
Elnur Valehin məzarından GÖRÜNTÜLƏR YAYILDI - VİDEO
19:12, Bu gün
Bakıda 15 günlük körpənin başına gəlməyən qalmadı
19:07, Bu gün
Sumqayıtda bir nəfər dənizdə batıb
19:02, Bu gün
Bakıda çimərlikdə gürzə ilanı - VİDEO
18:57, Bu gün
Kirayə evdə gizli kameranın olmasını harada yoxlamaq olar? - Şəxsi detektivdən məsləhət
18:52, Bu gün
Yataqda siqaret çəkən kişi faciəvi şəkildə öldü
18:47, Bu gün
ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB
18:42, Bu gün
Qızının adını "onbir" qoydu, peşman oldu
18:31, Bu gün
Zelenski: Ukraynada uzaqmənzilli raketlər hazırlanır
18:24, Bu gün
İsveçdə pəncərələrə pərdə taxmaq qadağandır – Səbəb təəccübləndirəcək
18:18, Bu gün
İbrahim Tatlısesin xəstəxanadan buraxılması görüntüləri – VİDEO
18:12, Bu gün
Yuxuda ayrılıq görmək nə deməkdir?
18:07, Bu gün
Qəzaya düşən Peşəkar Futbol Liqasının prezidenti yeriməyə başlayıb
18:03, Bu gün
İspaniya və Türkiyədən sıçrayış, Azərbaycan mövqeyini qoruyacaq
18:00, Bu gün
Xəstəxanada vəfat edən Ramiz Taxvelinin məhkəmə prosesi davam etdiriləcək
17:58, Bu gün
Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul etdi - FOTOLAR
17:55, Bu gün
Kamal Abdullanın “Seçmələrin-seçməsi-Qranulalar” kitabı nəşr olunub
17:52, Bu gün
Şəkil çəkdirən cütlük qatarın altında qalmamaq üçün körpüdən tullandı - VİDEO
17:49, Bu gün
“Qəhrəman əsgərlərimizin Şuşanı işğaldan azad etməsi müharibənin taleyini həll etdi...”-TARİX
17:48, Bu gün
Azərbaycanlı alpinistdən yeddinci fəth - FOTO
17:44, Bu gün
İmran Xan yeni ittihamlarla həbs edildi
17:41, Bu gün
Qarabağ Universitetində ingilis dili müəllimi vəzifəsi üzrə vakansiyaya müraciət müddəti uzadılıb
17:38, Bu gün
Vətənə xəyanət edən gəmi kapitanına HÖKM OXUNDU - FOTO
17:35, Bu gün
Şahruddin Məhəmmədəliyev Azərbaycan klublarının təkliflərini qəbul etməyib
17:31, Bu gün
Oğlunu əsgər yola saldı, özünü asdı - FOTO
17:27, Bu gün
Bu ərazilərdə bayrağımız dalğalandı: Ermənilər təşvişə düşdü - Polkovnik detalları açıqladı
17:21, Bu gün
Dünyada "meteohəssas" diaqnozu yoxdur, şişirdilib... - Şok açıqlama
17:16, Bu gün
"Qəzza bölgəsində müharibənin davam etməsinə görə HƏMAS məsuliyyət daşıyır" - Mahmud Abbas
17:11, Bu gün
Boris Titov: "COP29 qlobal gündəmin əsas mövzusudur"
17:07, Bu gün
Bazar günü hərbi liseylərə qəbul imtahanı keçiriləcək
17:03, Bu gün
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşdü - FOTO
16:59, Bu gün
Bakıda şəkər xəstəsi insulindən öldü
16:56, Bu gün
Bu ölkənin ən zəngin ailələrindən biri itinə qulluqçulardan daha çox pul xərcləyir - FOTO
16:53, Bu gün
261 nəfərin namizədliyi irəli sürüldü
16:50, Bu gün
Ərdəbildə türk adlarına qadağa qoyuldu
16:47, Bu gün
İrandan Azərbaycana maye halında narkotik keçirdilər - ƏMƏLİYYAT + FOTO/VİDEO
16:43, Bu gün
Daha bir klinikaya qaraciyər və böyrək transplantasiyası üçün icazə verildi
16:42, Bu gün
"Trampa qarşı sui-qəsd də Kennedinin qətlə yetirilməsi kimi qaranlıq qalacaq…"-Analitik
16:39, Bu gün
Seçkilərdə yekun protokolların hazırlanması qaydası təsdiqləndi
16:33, Bu gün
10 min insan Röya üçün gəlir - FOTO/VİDEO
16:28, Bu gün
Azad olunan ərazilərdə daha 147 mina zərərsizləşdirildi
16:24, Bu gün
İTV efirdəki problemlə bağlı açıqlama yaydı: "Təəssüf ki..."
16:20, Bu gün
Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
16:15, Bu gün
"Biz ukraynalılar üçün heç də düşmən deyilik" - Lukaşenko
16:09, Bu gün
"Azər Mirzəyevi laqeydlik öldürdü"
16:04, Bu gün
Yeni Şuşanın köhnə ab-havası... - VİDEO
15:58, Bu gün
Vətəndaşlar mağazalarda BELƏ ALDADILIR 
15:52, Bu gün
Təbiəti yandırmayın - ekosistemin pozulmasının fəsadları ağır olur
15:47, Bu gün
Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO
15:42, Bu gün
Azərbaycanda "Tütün və tütün məmulatı haqqında" qanun dəyişdi
15:37, Bu gün
"Ukrayna hakimiyyəti NATO sammitindən məyusdur" - Bild" nəşri 
15:32, Bu gün
Eyni mənzili başqa şəxslərə satan MTK rəhbərinin cinayət işi məhkəməyə göndərildi
15:26, Bu gün
Azərbaycanın adından borc alınması və zəmanət verilməsi Qaydası dəyişdi
15:24, Bu gün
BDU-da hibrid nanonaqillərin sintezi və tətbiqi üzrə tədqiqatlar davam edir - FOTO
15:21, Bu gün
Qırğızıstanda təbii fəlakət: Selə düşən altı yaşlı qızın cəsədi qonşu ölkədə tapıldı - FOTO/VİDEO
15:15, Bu gün
"Yaddaş 15 İyul" muzey-kompleksi: Türkiyə xalqının qəhrəmanlıq abidəsi - FOTO/VİDEO
15:10, Bu gün
“Zirə” - “Şerif” matçının mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşdi
15:05, Bu gün
İrandakı səfirliyimiz fəaliyyətə başladı, münasibətlər yeni mərhələyə qədəm qoyur - RƏYLƏR
15:00, Bu gün
Dövlət Komitəsində geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt yaradılıb - FOTO
14:57, Bu gün
Mirzoyan Nyu-Yorka getdi
14:55, Bu gün
AVRO-2024-də iştirak edən komandaların qazancları bəlli oldu
14:52, Bu gün
Bir Millət, Bir Səhnə: Türk və Azərbaycan Ulduzları Parladı! - FOTO
14:50, Bu gün
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdi
14:45, Bu gün
"Sumqayıt" - "Fehervar" matçının biletləri satışa çıxarıldı
14:40, Bu gün
Bakıda imtahanda qeyri-adi hadisə: Telefonu görün harada gizlədib... - VİDEO
14:35, Bu gün
Şahin Bağırov Qaxda vətəndaşları qəbul edəcək
14:30, Bu gün
"Trampın qana boyanan sifəti onu qəhrəmana çevirəcək" - "The Sunday Times"
14:25, Bu gün
Azyaşlıların Aşura mərasimlərinə cəlbi onların psixikasına mənfi təsir edə bilər - ŞƏRH
14:20, Bu gün
"Cavanşir" körpüsü bu tarixdə açılacaq - RƏSMİ
14:15, Bu gün
Nəcməddin Sadıkov təkcə armudu stəkanla çaxıra 29 min xərcləyib
14:10, Bu gün
Əmisi oğlu çobanın arvadını qaçırdı: "Mən də onun arvadını alacam..." – ŞOK
14:04, Bu gün
Narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanıldı
13:58, Bu gün
Bilgəh qəsəbəsində dənizdə batan məktəbli imiş... - YENİLƏNİB + VİDEO
13:53, Bu gün
“Azərbaycan Türk dünyasının mərkəzinə çevrilib” – Qüdrət Həsənquliyev
13:48, Bu gün
Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edildi
13:44, Bu gün
Prezident daha bir Sərəncam imzaladı
13:40, Bu gün
Azərbaycan və Qırğızıstan arasında imzalanmış iki saziş təsdiqləndi
13:35, Bu gün
Daşkəsənin yeni icra başçısı kimdir? - DOSYE
13:30, Bu gün
Prezident İlham Əliyev Sərəncam imzaladı
13:25, Bu gün
Ramin Məmmədovun iki müavini İŞDƏN ÇIXARILDI
13:20, Bu gün
Ali məktəblərə ixtisas seçimi nə zaman başlayacaq?
13:16, Bu gün
Prezident Daşkəsənə icra başçısı təyin etdi
13:12, Bu gün
Estoniyanın Baş naziri istefa verdi
13:07, Bu gün
Həm kommunist, həm də nasist partiyasının üzvü olan general – həmkarları onu “şeytanın hakimi” adlandırıblar...  
13:02, Bu gün
Özəl sektorda muzdlu işçi sayının artmasının səbəbləri nələrdir?
12:57, Bu gün
Qubada qadının çantasını zorla əlindən almağa çalışan şəxslər tutuldular
12:52, Bu gün
Sabah 40 dərəcə isti olacaq - PROQNOZ
12:47, Bu gün
İspaniya klubları və millisi 2002-ci ildən bəri böyük turnirlərin finalında uduzmur
12:45, Bu gün
İlham Əliyev Nərimanov parkının açılışında iştirak edib - YENİLƏNİB + FOTO
12:42, Bu gün
Vüqar Əliyev: “COP29 zamanı “Sədərək” gömrük postunda qonaqlara operativ xidmət göstəriləcək” - MÜSAHİBƏ
12:37, Bu gün
Bakıdan ilk həmlə: Pezeşkiyan elə etməlidir ki... - Politoloq AÇIQLADI
12:34, Bu gün
Bu texnikalar yanğın təhlükəsi yaradır - FHN
12:30, Bu gün
Azərbaycanda yeni mənzillər bahalaşıb
12:26, Bu gün
Dünya şöhrətli korifey sənətkar Rəşid Behbudovun brilyantlarını belə oğurlayıblar – SENSASİON TƏFƏRRÜAT
12:23, Bu gün
“Yay aylarında yetərincə maye qəbul etməliyik və orqanizmi istilənməkdən qorumalıyıq”
12:18, Bu gün
Bakıda evdən dəyəri 10 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlandı
12:15, Bu gün
Lənkəranda arvadının və övladının həsrətinə dözməyən kişi intihar etdi
GÜNLÜK
14 Jul 2024 | 21:54
Əməkdar artistdən ölüm xəbərinə sərt reaksiya - FOTO
11:23, Bu gün
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
00:04, Bu gün
Aİ-95 markalı benzin ucuzlaşdı
14 Jul 2024 | 20:46
Sənədsiz evlərin qeydiyyat məsələsi nə vaxt həllini tapacaq? - Tarix açıqlandı
14 Jul 2024 | 22:53
Nabranda istirahət mərkəzində FACİƏ
14 Jul 2024 | 20:50
Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
14 Jul 2024 | 19:55
Trampa qarşı sui-qəsd öncəsi maraqlı detallar
14 Jul 2024 | 19:36
"Qərb Ukraynaya qalib gəlməyə deyil, döyüşməyə kömək edir" - "Foreign Policy"
14 Jul 2024 | 19:50
Rafael İsgəndərovdan ölüm xəbərini yayanlara CAVAB
14 Jul 2024 | 19:59
"Biz tam qələbəyədək mübarizə aparacağıq" - Netanyahu
HƏFTƏLİK
11 Jul 2024 | 09:15
“Ronaldo soyunub-geyinmə otağımıza gəldi, mənə dedi ki…”- Arda Gülər
14 Jul 2024 | 09:49
Pisixoloq Nərmin Şahmarzadə ÖZÜNÜ ASIB? - FOTO
09 Jul 2024 | 18:00
Bakı Türk Liseyinin məzunu dünya birincisi oldu
14 Jul 2024 | 11:51
“Qaraca qız” filminin Xədicəsi: “Həmin görüşə Sevil gəlmədi, illər sonra...”- FOTOLAR
09 Jul 2024 | 14:07
38 yaşlı kişi qaynı arvadına videoları göndərdi, gecə evinə girdi... – ŞOK TƏFƏRRÜAT
11 Jul 2024 | 11:25
Xalq artistinin qızının kirayədə qalmağa pulu yoxdur: “Ev yiyəsi dedi ki, otağı boşalt, borclarım çoxdur”- FOTO + ÖZƏL
08 Jul 2024 | 21:27
Pezeşkian parlament sədrini Azərbaycan dilində qarşıladı - VİDEO
12 Jul 2024 | 14:12
Bakıda ŞOK: Qadından ərinin gözü qarşısından onunla getməyi tələb etdi – TƏFƏRRÜAT
13 Jul 2024 | 14:32
Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş - YENİLƏNİB
11 Jul 2024 | 10:38
Hava kəskin DƏYİŞİR - Dövlət xidməti xəbərdarlıq etdi
AYLIQ
14 Jul 2024 | 21:54
Əməkdar artistdən ölüm xəbərinə sərt reaksiya - FOTO
11:23, Bu gün
Nuran Abdullayev: Biz yola inananlarla davam edirik - MÜSAHİBƏ
00:04, Bu gün
Aİ-95 markalı benzin ucuzlaşdı
14 Jul 2024 | 20:46
Sənədsiz evlərin qeydiyyat məsələsi nə vaxt həllini tapacaq? - Tarix açıqlandı
14 Jul 2024 | 22:53
Nabranda istirahət mərkəzində FACİƏ
14 Jul 2024 | 20:50
Müdafiə Nazirliyi MÜHÜM MƏLUMAT yaydı - VİDEO
14 Jul 2024 | 19:55
Trampa qarşı sui-qəsd öncəsi maraqlı detallar
14 Jul 2024 | 19:36
"Qərb Ukraynaya qalib gəlməyə deyil, döyüşməyə kömək edir" - "Foreign Policy"
14 Jul 2024 | 19:50
Rafael İsgəndərovdan ölüm xəbərini yayanlara CAVAB
14 Jul 2024 | 19:59
"Biz tam qələbəyədək mübarizə aparacağıq" - Netanyahu