Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilən “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
Yəni, bu 3 ixtisas üzrə xaricdə təhsil alan şəxslər diplomlarını tanıtmaq üçün DİM bazasında imtahan verməli olublar. İmtahanlar kompüter vasitəsilə keçirilib. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.
İmtahanda 149 nəfər iştirak edib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ərizəçiyə imtahanın nəticələrinə dair arayış təqdim olunub. 75 namizəd müəyyən olunan keçid balını toplayaraq uğur qazanıb.
Xaricdə oxuyub diplom alan şəxslərin az qala, tən yarısının bu imtahandan keçə bilməməsi həddindəna artıq acınacaqlı haldır. Doğrudur, burada müxtəlif səbəblər ola bilər. Məsələn, götürək elə müəllimlik ixtisasını... Bu ixtisas üzrə xaricdə oxuyan və diplomunu təsdiqlədə bilməmənin bir neçə səbəbi ola bilər. Birinci səbəb təbii ki, namizədin imtahan tələblərinə lazımı qaydada cavab verə bilməməsi, sualların öhdəsindən gəlməməsi, bir sözlə, nəzəri hazırlıqsızlığıdır. İkinci səbəb, oxuduqları universitetin diplomu ölkəmizdə tanınmır. Üçüncü səbəb isə, namizədin oxuduğu universitetdə müəllimlik ixtisası üzrə aldığı təhsil, öyrəndiyi tədris proqramı DİM-in imtahan sualları ilə tərs mütənasiblik təşkil edir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi müəllimlik ixtisası üzrə diplomlarını təsdiq etdirmək istəyən namizədlərə aşağıdakı mövzular üzrə suallar ünvanlayır:
Biologiya fənni üzrə:
Kök, gövdə, yarpaq. Quruluşu, vəzifələri, formaları, şəkildəyişmələri.
Bitkilərin çoxalması – vegetativ, qeyri-cinsi və cinsi çoxalma.
Ali bitkilərdə nəsil növbələşməsi.
Çiçək, çiçək qrupları. Meyvə, meyvənin qrupları. Toxum.
Ali bitkilərin sistematikası
Mamırkimilər (Bryophyta), qıjıkimilər (Pteridophyta), çılpaqtoxumlular (Gymnospermae), örtülütoxumlular və ya
çiçəkli bitkilər (Angiospermae və ya Anthophyta) şöbələrinin və maqnolid, hamamelidid, kariofillid, dillenid, rozid,
asterid, alismatid, liliid, aresid yarımsiniflərinin təsnifatı və səciyyəvi xüsusiyyətləri.
ƏDƏBİYYAT
1. İbrahimov A.Ş., Əliyev Ə.H., Bəşirov R.İ., Qarayeva A.Q. Botanika (dərslik). Sumqayıt: SDU-nun nəşri, 2004.
2. Qədirov N.М., Quliyev V.Ş. Ali bitkilər sistematikası. Bakı: Maarif, 1986.
3. Qurbanov E. M. Ali bitkilərin sistematikası. Bakı: BDU nəşriyyatı, 2009.
4. Еленевский А.Г., Соловьева М.П., Тихомиров В.Н. Ботаника высших или наземных
растений. М.: Академия, 2000.
5. Комарницкий Н.А., Кудряшов Л.В., Уранов А.А. Ботаника и систематика растений.
М.: Просвещение, 1975.
6. Тутаюк В.Х. Анатомия и морфология растений. М.: Высшая школа, 1989.
7. Хржановский В.Г. Курс общей ботаники. М.: Высшая школа, 1976.
ZOOLOGİYA
Zoologiya – heyvanat aləminin mənşəyi, inkişafı, biosferdə və insan həyatında (tibbdə, baytarlıqda, kənd təsərrüfatında
və s.) rolu haqqında kompleks elm kimi. Zoologiyanın əsas inkişaf mərhələləri. Müasir zooloji təsnifat.
Onurğasızlar zoologiyası
Birhüceyrəlilərin (sarkodinlər, qamçılılar, sporlular, knidosporidilər, mikrosporidilər və infuzorlar) ümumi
xarakteristikası, təsnifatı və əhəmiyyəti. Süngərlər, bağırsaqboşluqlular və qurdların (kirpikli qurdlar, sorucular,
monogeneylər, lentşəkilli qurdlar, nemertinlər, nematodlar, rotatorilər, çoxqıllı, azqıllı qurdlar və zəlilər) ümumi
xarakteristikası, inkişaf tsikli və praktiki əhəmiyyəti.
Buğumayaqlılar (xərçəngkimilər, çoxayaqlılar, cücülər, hörümçəkkimilər), molyusklar (xitonlar, qarınayaqlı
molyusklar, ikitaylılar, başıayaq molyuskalar) və dərisitikanlıların (dəniz ulduzları, dəniz kirpiləri, holoturilər və s.)
ümumi xarakteristikası və təbiətdə rolu.
Onurğalılar zoologiyası
Kəlləsizlər yarımtipi: quruluş icmalı, təsnifatı və xarakteristikası.
Tunikalılar yarımtipi: xarakteristikası, quruluş icmalı və təsnifatı.
Onurğalılar yarımtipi. Su onurğalıları: quruluş icmalı və təsnifatı. Quru onurğalıları: quruluş icmalı, təsnifatı və
əhəmiyyəti.
ƏDƏBİYYAT
1. Abbasov H.S., Mustafayev Q.T., Məmmədova S.Ə., İsmayılov R.Ə. Onurğalılar zoologiyası. Bakı: Bakı
Universiteti nəşr., 1999.
2. Ağayev B.İ. Onurğasızlar zoologiyası. Praktik məşğələlər. Bakı, 2001.
3. Ağayev B.İ., Dadaşova Z.P. Onurğalılar zoologiyası. Bakı, 2000.
4. Dogel V.A. Onurğasızlar zoologiyası. Bakı, 2007.
5. Mustafayev Q.T., Tağıyev Ə.N., Sadıqova N.A. Onurğalılar zoologiyası. Bakı, Bakı Universiteti nəşr., 2009.
6. Догель В.А. Зоология беспозвоночных. М.: Высшая школа, 1981.
7. Наумов Н.П., Карташев Н.Н. Зоология позвоночных. Ч. I, II. М.: Высшая школа, 1979.
Göründüyü kimi, əsasən biologiya müəllimliyi üzrə xaricdə təhsil alan müəllimlər üçün diplomun tanıdılması imtahanı keçirilib. Amma təəssüf ki, bir çox müəllimlər bu sınaqdan üzüağ çıxa bilməyiblər.