Bizi sosial şəbəkələrdən izləyin:
"New York Post" qəzetinin " Axios" a istinadla verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı yəhudi dövlətinin "Hizbullah"a qarşı hərəkətlərini sərt şəkildə tənqid edib .
Moderator.az xəbər verir ki, bu haqda "Əl-Cəzirə" kanalı məlumat yayıb.
Mənbələrə görə, söhbət tez bir zamanda gərginləşib. Deyilənə görə, bir məqamda Tramp qışqırıb:
"Nə edirsən axı?"
"Axios" -un həmsöhbətlərindən biri prezidentin sözlərinin məzmununu daha sərt şəkildə çatdırdı:
"Sən lənətə gəlmiş dəlisən. Mən olmasaydım, həbsxanada olardın. Mən səni xilas edirəm. İndi hamı sənə nifrət edir."
Mənbələr həmçinin iddia edirlər ki, Tramp son dərəcə qəzəbli olub və "yüksək tonda danışaraq" faktiki olaraq İsrail baş nazirinə təzyiq göstərib.
Eyni mənbələrə görə, Netanyahu buna cavab olaraq diplomatik ton saxlamağa çalışıb və İsrail şəhərlərinə hücumlar dayandırılmadığı təqdirdə İsrailin "Hizbullah"a qarşı hərəkətlərinə davam edəcəyinə əminlik verib.
Netanyahunun ofisi İsrailin mövqeyinin dəyişmədiyini açıqlayıb: əgər "Hizbullah" atəş açmağa davam edərsə, Beyrutdakı hədəflərə zərbələr endiriləcək və Livanın cənubundakı hərbi əməliyyatlar planlaşdırıldığı kimi davam edəcək.
Moderator.az xatırladır ki, Amerika liderinin İsrail baş nazirinin üstünə qışqırması haqda oxşar xəbərlər 2025-ci ilin avqustunda yayılmışdı. Həmin vaxt Tramp Netanyahunun Qəzza zolağında aclıq olmadığı barədə dediklərinə kəskin reaksiya vermişdi...
S.Laçın