“Ən varlı və ən güclü olmağın yolu...”- Məhəmməd Peyğəmbərdən (s.a.s.) ən yaxşı məsləhətlər
Ekskluziv
331
11:31, Bu gün

“Ən varlı və ən güclü olmağın yolu...”- Məhəmməd Peyğəmbərdən (s.a.s.) ən yaxşı məsləhətlər

"İnsanların ən varlısı olmaq istəyən, əlindəkindən daha çox Uca Allahın gücünə güvənməlidir...”
 
“Davud (əleyhissalam) oğlu Süleymana (əleyhissalam) belə deyib: "Ey oğlum, insanın təqvasının sübutu üç şeydir: hələ baş verməmiş şeylərə təvəkkül etmək, sahib olduğuna razı olmaq və itki zamanı gözəl səbir"...”
 
Moderator.az bir çox oxucuların bu mövzulara marağını nəzərə alaraq “İslam-today” nəşrində dərc olunmuş “Ən varlı olmağın yolu- Məhəmməd Peyğəmbərdən(s.ə.s.) ən yaxşı məsləhət” başlıqlı materialın tərcüməsini nəzərinizə çatdırır:
 
“Bir fəqih(İslam ilahiyyatçısı və hüquqşünası- S.L.) öz isnadı ilə Əbu Cadədən rəvayət edir: 
 
"İsa (s.a.s.) dedi: '
 
"Sabahkı gün üçün azuqəni gizlətməyin. Çünki sabahkı gün öz azuqəsi ilə gələcək. Qurdlara və onlara azuqəni kimin verdiyinə baxın. Əgər qurdların mədələrinin kiçik olduğunu deyirsinizsə, quşlara baxın. Əgər quşların qanadları olduğunu deyirsinizsə, dəniz canlılarına baxın. Təəccüblüdür ki, onların bədənləri böyükdür və hamısı yaxşı qidalanır..."
 
Bir fəqih öz isnadı ilə Əbu Məclizdən rəvayət edir ki, Ömər (r.a.) belə deyib: 
 
"Sübh tezdən sevdiyim və ya nifrət etdiyim bir şey görsəm, narahat olmayacağam. Çünki nəyin yaxşı olduğunu bilmirəm..."
 
Bir fəqih öz isnadı ilə Müttəlib ibn Xantabdan rəvayət edir ki, Peyğəmbər (s.a.s.) belə deyib: 
 
"Sizə Uca Allahın sizə əmr etdiyini əmr edirəm. Uca Allahın sizə qadağan etdiyi şeyləri sizə qadağan edirəm. Bilin ki, Cəbrayıl (əleyhissalam) mənə aşağıdakıları ilham edib: Ruhum haqqını tam alana qədər ölməz.
 
Əgər kiminsə ruzisi gecikirsə, qoy ona can atsın. Hər halda, Allahdan Ona itaət etməklə əldə edilən qədər çox şey almayacaqsınız."
 
İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "İnsanların ən varlısı olmaq istəyən, əlindəkindən daha çox Uca Allahın gücünə güvənməlidir.
 
İnsanların ən güclüsü olmaq istəyən, Uca Allaha təvəkkül etməlidir. 
 
İnsanların ən hörmətlisi olmaq istəyən, Uca Allahın qadağan etdiyi şeylərdən özünü qorumalıdır..."
 
Rəvayət olunur ki, Davud (əleyhissalam) oğlu Süleymana (əleyhissalam) belə deyib: 
 
"Ey oğlum, insanın təqvasının sübutu üç şeydir: hələ baş verməmiş şeylərə təvəkkül etmək, sahib olduğuna razı olmaq və itki zamanı gözəl səbir."
 
Rəvayət olunur ki, bir kişi Şəqiqin(Şəqiq Bəlxi- 8-9-cu əsrlərdə yaşamış xorasanlı sufi- S.L.) yanına gəlib dedi: "Mənə nəsihət ver." Şəqiq dedi: "Üç şeyi ürəyində qərarlaşdır: 
 
-Allaha ibadət et - Allah Təala səni sabitqədəm edər; 
 
-Allahın düşməni ilə döyüş - Allah Təala sənə kömək edər; 
 
-Allahın vədinə inan - Allah Təala bu vədi yerinə yetirməkdə sənə kömək edər."
 
İbn Məsuddan (əleyhissalam) rəvayət olunur ki, o deyib: 
 
"Əgər elm əhli biliklərini qoruyub başqalarına ötürsəydi, onunla öz dövrlərinin ağası olardılar. Lakin onlar bu bilikləri başqalarına dünyəvi məqsədlər üçün öyrədirdilər və beləliklə, özlərini bu dünya əhlinin qarşısında rüsvay etdilər."
 
Peyğəmbərimizin (s.a.s.) belə dediyini eşitdim: "Kim bütün kədərlərini tərk edib axirət kədəri ilə qalarsa, Uca Allah ona dünya işlərində nəyin çətinlik yaratmasında kömək edər. Amma əgər insan yalnız dünya işləri ilə maraqlanarsa, Allah onu Cəhənnəm çuxurlarının hansında cəzalandırmasına əhəmiyyət verməz."
 
Deyildi: "Tövratda yazılıb: "Ey Adəm oğlu, əlini tərpət. Əgər tərpətsən, ruzini artıracağam. Sənə əmr etdiyim şeylərdə Mənə itaət et. Mənə vəziyyətini yaxşılaşdıracaq heç nə öyrətmə."
 
Api (Allah ondan razı olsun) dedi: "İslamın dörd sütunu var: yəqin (etiqad), ədalət, səbir və mübarizə." Alimlər bu dörd prinsipi belə şərh edirlər: yəqin iki növdür: bir əməli yalnız Uca Allahın razılığı üçün səmimiyyətlə yerinə yetirmək, dünyəvi bir şey almaq və ya əməlinə görə başqalarını məmnun etmək istəyi olmadan; və Allahın ruzi vədinə iman gətirmək.
 
Ədalət iki növdür: əgər bir insanın borcu varsa, sorğu-sual olunmazdan əvvəl onu qaytarır; əgər borcu qaytarıbsa, borcluya qarşı yumşaq davranır.
 
Səbir iki növdür: Allahın vacib əmrlərini yerinə yetirməkdə səbir və Allahın qadağan etdiyi şeylərə səbir.
 
Mübarizə iki növdür: düşmən olan şeytana qarşı qəflət etməmək. Çünki siz ona qarşı qəflətdə olsanız, o da sizə qarşı qəflətdə deyil. Əgər bir canavar qoyun sürüsünə girərsə və qoyunlar ona qarşı qəflətdə olarsa, canavar həmin qoyunları ələ keçirər. Həqiqətən, insanlar arasında fitnə var-dövlət üzündən baş verir. Buna görə də aldanmamaq üçün sahib olduğunuz şeylərlə kifayətlənin...”
 
"Tənbihul-Ğafilin" kitabından”
 
Moderator.az-dan zəruri arayış:
 
"Tənbihul-Ğafilin" ərəb mənşəli ifadə olub, hərfi mənada "qafilləri (qəflətdə olanları) xəbərdar edən, oyadan və ya nəsihət verən", deməkdir.  
"Tənbihul-Ğafilin"(“Qafillərin tənbehi”) adlı əsəri görkəmli İslam alimi və fəqih Əbu'l-Leys əs-Səmərqəndi (vəfatı hicri 373 / miladi 983) qələmə alıb. Min ildən artıqdır İslam dünyasında oxunan məşhur vaaz-nəsihət və əxlaq kitabıdır.
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər