Paşinyan təsadüfən rastlaşdığı sakinlərin problemləri barədə dərhal  müavininə səsli mesaj göndərdi...-İBRƏTAMİZ
Ekskluziv
168
08:08, Bu gün

Paşinyan təsadüfən rastlaşdığı sakinlərin problemləri barədə dərhal  müavininə səsli mesaj göndərdi...-İBRƏTAMİZ

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan "Vətəndaş sazişi" partiyasının nümayəndələri ilə birlikdə seçki kampaniyasını İrəvanın Davtaşen inzibati rayonunda davam etdirib. Bir qrup vətəndaş ölkə liderinə yaxınlaşaraq onları narahat edən məsələ barədə məlumat verib.
 
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, erməni Baş nazir dərhal müavini Tiqran Xaçatryana zəng edib və sonra ona səsli mesaj da göndərib.
 
"Cənab Xaçatryan, Mikoyan 64 ünvanındayıq. Vətəndaşlar maraqlanır. Telefon nömrəsini verəcəyəm. Onlarla əlaqə saxlayın ki, insanlar nə etdiyimizi, hara çatdığımızı və problemin həlli üçün hansı müddət nəzərdə tutduğumuzu bilsinlər.
 
Problem belədir: insanlar evlərinə mülkiyyət şəhadətnaməsi almalıdırlar, bubir. İkincisi, ərazi yaşıllıqlarla təmin edilməlidir ki, binalar yaşıllıqlarla əhatə olunsun və üçüncüsü, torpaqların ortaq mülkiyyəti məsələsi prokurorluq tərəfindən həll olunur, bu məsələ həll olunmalıdır", - deyə Baş nazir bildirib və sonra vətəndaşdan telefon nömrəsini, adını və soyadını telefonuna yazmasını və göndərməsini istəyib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər