Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın Baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" partiyasının lideri, milyarder Samvel Karapetyanın ona ünvanladığı son açıqlamalardan birinə cavab verib.
Moderator.az xəbər verir ki, bu haqda "Armenian Times" nəşri məlumat yayıb.
Samvel Karapetyan sözün əsl mənasında bildirib ki, "Paşinyan Çində səfərdə olarkən orada restoranlardan birində hallüsinaisya yaradan göbələk yeyib. Və xoşu gəldiyinə görə Ermənistana 1 ton həmin halüsinogen göbələkdən gətirib. O, onlardan hər gün yemək seansından əvvəl yeyir".
"Mənə Kaluga oliqarxının bir ton halüsinogen göbələk haqqında axmaq açıqlaması göstərildi. Təbii ki, mən məhkəməyə verəcəyəm və sözün hüquqi mənasında Kaluga oliqarxına bir ton halüsinogen göbələk yedirəcəyəm. Lüğətimə görə bağışlayın, amma artəq hər şeyin öz həddi var", - deyə Baş nazir bəyan edib.
S.Laçın