“Çox istərdik ki, xalça festivalını Şuşada keçirək” - “Azərxalça” ASC-nin sədri+FOTO+ÖZƏL
Ekskluziv
251
16:56, Bu gün

“Çox istərdik ki, xalça festivalını Şuşada keçirək” - “Azərxalça” ASC-nin sədri+FOTO+ÖZƏL

“3 il əvvəl təməli qoyulan festivalı artıq 3-cü dəfədir ki, İçərişəhərdə keçirdik. Bizə artıq festivalın başqa yerlərdə və bölgələrdə keçirilməsi də təklif olunur. Biz şad olarıq ki, bu festival Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə də baş tutsun. Həm qonaqlar, həm də doğma yurdlarına qayıdan əhali ilə birlikdə bu bayramı Şuşada keçirək”.

Bunu Moderator.az-a açıqlamasında "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov bildirib.

O daha sonra əlavə edib:

““Azərxalça” ASC-nin hədəflərindən biri odur ki, müxtəlif bölgələrimizdə xalçaçılıq sənəti daimi yaşasın. Hal-hazırda bizim 11 aktiv emalatxanamız, 500-ə yaxın toxucularımız var. Bizim toxucularımızın hamısı bölgələrdəki xanımlarımızdır. Onları bölgədə işlə təmin edirik. Bizim toxucularımız həm mədəni irsimizi qoruyur, həm də işlə təmin olunurlar” deyə o bildirib.

Qeyd edək ki, 5 may “Xalçaçı günü” kimi qeyd olunur. Bu il həm də “Azərxalça” ASC-nin 10 illiyidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər