Süni intellektdə
Ekskluziv
375
14:49, Bu gün

Süni intellektdə "dünya modeli" nədir? - Yeni texnologiya

 
Yeni yanaşma generativ süni intellektin məhdudiyyətlərini necə aşır...
 
Bir çox elmi mərkəzlər və startaplar "dünya modelləri" adlanan yeni süni intellekt texnologiyasını araşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "techinsider.ru" nəşri yazıb.
 
Yeni texnologiyanın mahiyyəti
 
Bu yanaşma bu gün geniş yayılmış generativ süni intellektin məhdudiyyətlərini aradan qaldırmağa yönəlib. Ənənəvi sistemlərdən fərqli olaraq, "dünya modelləri" real məlumatlar və simulyasiyalar əsasında öyrədilir. Bu isə robotların, avtonom agentlərin və pilotsuz sistemlərin təhlükəsiz və sürətli şəkildə interaktiv mühitdə təlim keçməsinə imkan yaradır.
 
Generativ süni intellekt ilə əsas fərqlər
 
Generativ süni intellekt ilə "dünya modelləri" arasındakı əsas fərq reallığın necə emal olunmasıdır. Klassik generativ süni intellekt növbəti kadrın hər pikselini bərpa etməyə çalışdığı halda, dünya modeli obyektlərin və onların vəziyyətlərinin konseptual təsvirindən istifadə edir.
 
Məsələn, Yupiterin 100 ildən sonrakı hərəkətini proqnozlaşdırmaq üçün terabaytlarla video emal etməyə ehtiyac yoxdur - cəmi altı dəyişən kifayətdir. Bu yanaşma daha enerji səmərəlidir və robotların idarə olunması üçün daha uyğun sayılır.
Böyük dil modelləri mətn, şəkil və video yaratmaqda güclü olsa da, fiziki prosesləri proqnozlaşdırarkən tez-tez səhvlər edir. Bu səbəbdən tədqiqatçılar fizika qanunlarına əsaslanan interaktiv 3D mühitlər yaradan "dünya modelləri"ni alternativ kimi irəli sürürlər.
 
JEPA və texniki xüsusiyyətlər
 
Bu sahədə diqqət çəkən yanaşmalardan biri Yan Lekun tərəfindən rəhbərlik edilən "AMI Labs" şirkətinin hazırladığı JEPA arxitekturasıdır. Bu model obyektlərin hərəkətini piksel səviyyəsində deyil, konseptual səviyyədə proqnozlaşdırır.
Alimlərin fikrincə, bu yanaşma daha az hesablama resursu ilə daha dəqiq nəticələr əldə etməyə imkan verir. 2025-ci ildə Harvard Universitetində etdiyi çıxışda Lekun bildirib: "Yupiterin 100 ildən sonrakı mövqeyini proqnozlaşdırmaq üçün bütün detalları bilmək lazım deyil... cəmi altı ədəd kifayətdir".
 
Dünya modelləri adi dil modellərindən onunla fərqlənir ki, onlar növbəti sözü və ya pikseli təxmin etmək əvəzinə, məkanın daxili "gizli" təsvirləri ilə işləyir. Bu da məlumatı sıxlaşdırmağa və yalnız əsas konseptual dəyişənləri, məsələn, obyektin mövqeyi və istiqamətini ayırmağa imkan verir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər