“Jurnalistlərimizə ağsaqqallar kimi müraciət edirəm: Onlara güzəştə getməyin!”
Ekskluziv
353
16:42, Bu gün

“Jurnalistlərimizə ağsaqqallar kimi müraciət edirəm: Onlara güzəştə getməyin!”

“Avropa Parlamenti 30 aprel tarixli anti-Azərbayvcan qətnaməsi ilə özünü, əsl mahiyyətini ifşa etdi. Sübut etdi ki, o, heç cürə qərəz və yalandan əl çəkə bilmir”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Azərbaycan jurnalistlərinə müraciət edən professor, onları Avropa Parlamentinin ifşasında daha yaxından iştirak etməyə, faktlar, sübutlar əsasında bu qurumun yalanlarını üzə çıxarmağa səsləyib:

“Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsi sadəcə Azərbaycan əleyhinə olan bir qətnamə deyil. Bu, həm də sülh əleyhinə, beynəlxalq hüquq əleyhinə olan bir qətnamədir. Avropa Parlamenti bu qətnamə ilə sübut etdi ki, o, erməni diasporunun alətinə, onların maraqlarının təbliğat vasitəsinə çevrilib.

Mən bir ağsaqqallar olaraq jurnalistlərimizə müraciət edərək deyirəm: Onlara güzəştə getməyin! Onları sona qədər ifşa edin”.

Azərbaycan güclü dövlətdir. Onun  Prezident İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanı, böyük dövlət xadimi var. Dövlətimiz və xalqımız heç vaxt belə yalanlar qarşısında geri çəkilməyəcək. Bu cür vasitələrlə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan Avropa Parlamenti ilə bağlı öz qərarını verib və bu qərar dövlətimizin, Prezidentimizin, xalqımızın iradəsini əks etdirir. Avropa Parlamenti ölkəmizə təzyiq göstərməyə çalışan bütün digər qüvvələr kimi heç vaxt öz məqsədinə çatmayacaq, bu cür təşəbbüslər onun özünün rüsvay olması, gözdən düşməsi ilə nəticələnəcək”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər