Dünən ölkəmizdə səfərdə olan Ukraniyanin prezidenti Volodimir Zelenski ilə birlikdə mətbuata açıqlama verən Prezident İlham Əliyev iki ölkə arasında birgə hərbi istehsalın münkünlüyünü vurgulayib.
Mövzu ilə baglı Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov belə bir əməkdaşlıgın tamamilə münkün və perespektivli olduğunu qeyd edib:
“Azərbaycan və Ukrayna arasında humanitar və iqtisadi sahədəki əməkdaşlığın hərbi sahədə davam etdirilməsi iki ölkənin maraqları çərçivəsindədir. Məsələ ondadır ki, müasir hərb sahəsinin inkişafı və yeni nəsil silahların, xüsusilə dron texnikasının inkişafı sahəsindəki proseslər bu sahədə təcrübə və istehsal sahələrinə sahib ölkələrin əməkdaşlığını labüd edir.

Ukrayna Rusiya ilə apardığı uzunmüddətli müharibə nəticəsində dron və qanadlı raketlərin neytrallaşdırılması sahəsində böyük təcrübə əldə edib. Buna da özünün istehsal etdiyi dron texnologiyası sahəsində nail olub. Azərbaycan isə dünya hərb tarixində dron texnikasını ilk dəfə real hərb meydanında tətbiq etməklə və qələbə qazanmaqla bu sahənin geniş şəkildə yayılmasına şərait yaratdı.
Dünya orduları öz hərbi konsepsiyalarını, hərbi sənayelərini buna görə yenidən qurmağa çalışırlar. İnkişaf bir yerdə dayanmır. Hər gün müxtəlif yeniliklər kəşf edilir. Bu baxımdan da Azərbaycan və Ukraynanın hərbi sənayedə və təcrübədəki əməkdaşlığı iki ölkənin hərbilərini gücləndirməklə yanaşı, onlara bu sahədəki uğurlarını müxtəlif dost ölkələrlə paylaşmağa kömək edə bilər. Hesab edirəm ki, bu əməkdaşlıq heç kimə qarşı yönəlməyib. Sadəcə, bu, zamanın tələbidir”.
Seymur ƏLİYEV