Husilər Bab əl-Məndəb boğazını da bağladı...- Xameneinin müşaviri
Ekskluziv
385
06:42, Bu gün

Husilər Bab əl-Məndəb boğazını da bağladı...- Xameneinin müşaviri

"Bab əl-Məndəbin təhlükəsizliyi artıq Ənsarullahdakı qardaşlarımızın(Husilərin) əlindədir".
 
Moderator.az xəbər verir ki,  aprelin 19-dan 20-ə keçən gecə Bakı vaxtı ilə saat 1-2 radələrində İran telegram-kanallarında yayılan məlumatlara görə bunu İranın ali rəhbəri Müctəba Xameneyinin müşaviri Əliəkbər Vilayəti bildirib.
 
"Hörmüz boğazının və Bab əl-Məndəb boğazının təhlükəsizliyi gücümüz və strateji tərəfdaşlarımızın gücü sayəsində qorunur", -deyə müşavir əlavə edib. 
 
Xatırladaq ki, Husi hökumətinin xarici işlər nazirinin müaviniHüseyn əl-Əzzi  bazar günü xəbərdarlıq edib ki, ABŞ prezidenti Donald Tramp sülhə mane olan siyasətini davam etdirərsə, qrup Yəmən sahillərindəki Bab əl-Məndəb boğazını bağlaya bilər.

O, "X"-də verdiyi açıqlamada bildirib ki, "Əgər Səna Bab əl-Məndəbi bağlamaq qərarına gəlsə, bütün bəşəriyyət və cinlər onu açmaqda tamamilə aciz qalacaqlar".

“Və buna görə də, Tramp və onunla əlaqəli dünyanın sülhə mane olan bütün təcrübələrə və siyasətlərə dərhal son qoyması və xalqımızın və millətimizin hüquqlarına hörmət göstərməsi ən yaxşısıdır”, - deyə o, əlavə edib.

Bundan əvvəl Hörmüz boğazının çıxışını günlərdir blokadaya almış ABŞ qüvvələri İranın ərazidən keçmək istəyən nəhəng bir gəmisini ələ keçirib. "SEPAH" qisasla hədələyib.

Zəruri arayış:

Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və dəniz nəqliyyatını Süveyş kanalına yönəldən mühüm qlobal gəmiçilik körpüsüdür.

Bu, dəniz məhsulları, xüsusən də Körfəzdən Aralıq dənizinə xam neft və yanacaq daşınması, eləcə də Rusiya nefti də daxil olmaqla Asiyaya gedən mallar üçün dünyanın ən vacib dəniz yollarından biridir.  Bütün dəniz neft ticarətinin təxminən 12%-i və dünyadakı mayeləşdirilmiş təbii qazın 8%-i boğazdan keçir(qazeta.ru)...

S.Laçın

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər