Ekskluziv
1729
14 Apr 2026 | 17:58

"Əraqçinin İslamabaddakı istehzalı təbəssümünün arxasında bu dururdu...” -MÜSAHİBƏ

“Bir şey də aydındır, əgər İran rəhbərləri Trampın alverçi hay-küyündən qorxub çəkilsələr, bu günədək əldə etdikləri qələbəni itirəcəklər...”
 
“Amerika liderinin sülh danışıqlarına getməsinin digər səbəbi İran səmalarında ABŞ-ın “stels”, yəni radarlara görünməyən təyyarələrinin vurulması oldu...”
 
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün budəfəki söhbətimizdə əsasən bu günlərdə İslamaabadda baş tutmuş ABŞ-İran danışıqlarının səbəb və nəticələrindən danışdıq.
-Tahir müəllim, İslamabadda ABŞ və İran nümayəndələrinin rəsmən nəticəsiz başa çatmış danışıqları zamanı sizi cəlb edən əsas məqamlar hansılar oldu? 
 
-Neçə gündür ABŞ-Israil Iran müharibəsinin  Donald Tramp tərəfindən dayandırmasının və Pakistan paytaxtında sülh danışıqlara getməsinin səbəbləri bu saat çoxlarını düşündürür. İran diplomatlarının, ilk növbədə onun başçısı, yəni xarici işlər naziri Əraqçinin soyuqqanlılığı, ABŞ-ın təhdidlərini gülüşlə qarşılaması, dünya mətbuatında geniş müzakirəyə səbəb olmuşdur. Bütün dünya analitikləri “Bu istehzalı təbəssümün arxasında nə durur?” - deyə fikir  yürütmək istəyirlər, ancaq  İran xarici işlər nazirinin gülümsəməsi o qədər müəmmalıdır ki, heç cür cavab tapa bilmirlər. “Hardandır Əraqçidəki bu arxayınçılıq və özünəinam ? - deyə onlar heyran qalıb nəticə çıxarırlar. Nəticə indidən bəllidir, Əraqçinin bu cür qürurlu davranışı- İranın Amerika və İsrail qarşısında geri  çəkilməyəcəyinə dəlalətdir... 
 
-Siz necə düşünürsüz, İranın baş diplomatındakı bu arxayınçılıq nədən xəbər verir?
 
-Hər şeydən əvvəl bütün regionu nüvə təhlükəsi və Üçüncü dünya müharibəsi qarşısında qoymuş ABŞ və İsrail üzərində qələbə çalacaqlarına əmin olmasından... 
 
Biz anlamaq istəmək istəmirik ki, İran onun  xeyrinə yaranmış  geo-siyasi vəziyyətdən məharətlə istifadə edib, sözün həqiqi mənasında bu iki aqressiv ölkəni diz üstündə qoymuşdur. Bir şey də aydındır, əgər İran rəhbərləri Trampın alverçi hay-küyündən qorxub çəkilsələr, bu günədək əldə etdikləri qələbəni itirəcəklər. İranın qələbəsini isə indi bütün dünya istəyir. Və İranın bu qələbəsi ilə ABŞ-ın fövqəldövlətliyinə, İsrailin də  bütün regionda ağalığına son qoyulması, hətta dağılması və yaxud tam məğlubiyyəti prosesi  gözlənilir...
 
-Niyə?
 
-Çünki bütün dünya dövlətləri ABŞ-dan uzaqlaşmaq və onun satelliti olmamaq arzusundadırlar. İran müharibəsinin qurtarması ilə dünya iki və üç düşərgəyə bölünəcək. Bəşəriyyət  III Dünya müharibəsini II Soyuq müharibə ilə əvəz edəcək. Bu, insanlığın yeganə xılas yoludur... 
 
Trampın isə NATO-dan əl götürməsinin arxasında  bu təşkilatı  maliyyələşdirən ABŞ-ın iqtisadi problemləri durur. Bundan əlavə, NATO ölkələri hiss etdilər ki, ABŞ bir az da güclənsə, onları ayaqaltı edəcək. Odur ki, Avropa İttifaqının heç bir ölkəsi anti-İran müharibəsinə qoşulmadı... Əgər düşünürsünüzsə ki, bunu Avropa ölkələri hər şeyi ölçüb-biçəndən sonra etmirlər- yanılırsınız. Avropa İttifaqı gördü k, ABŞ nyuproteksionist siyasəti nəticəsində gücləndikcə  Qrenlandiyanı, Kubanı və başqa ölkələri işğal etməyə çalışacaq. Venesuelaya girib həmin ölkənin Prezidentini əsr götürməsi, bu günə qədər mövcud olmuş beynəlxalq hüququn tamlığı ilə pozulmasıdır və İrana qarşı aqressiv müharibənin arxasında da təcavüzkar siyasət durur. Odur ki, ABŞ və İsraili İranla üzbəüz qoydular...
 
-Bəs ABŞ və İsrail hər şeyi ölçüb-biçəndən sonramı getdi bu savaşa?
 
-40 günlük hərbi əməliyyatlar göstərdi ki,  hər iki təcavüzkar ölkə yanılıb. Amma əvvəldən aydın idi ki, ABŞ və İsrailin  İrana təcavüzkar müharibəsinin arxasında bu ölkənin sərvətlərinə sahib durmaq və İranı Çindən və Rusiyadan uzaqlaşdırmaq siyasəti durur. Ancaq istər ABŞ, istərsə də İsrail gözləmirdi ki, İran onların birgə güclü avia və raket zərbələrinə tab gətirə bilər. İran isə səbir və təmkinlə davranaraq əvvəlcə bütün köhnə raketlərindən istifadə etdi. Sonra yeni, hiper-səs raketləri ilə regionda olan 13 ABŞ bazasını yerlə-yeksan etdi və ardınca İsraili aramsız şəkildə vurmağa başladı. Az sonra İsrailin atom elektrik stansiyaları olan şəhərlərini vurdu. Bu xəbərdarlıq idi. Əgər bu raketlərdən biri elektrik stansiyasına düşsəydi, İsraili darmadağın olacaq və region radiasiya ocağına  dönəcəkdi... Bundan qorxuya düşən Tramp dala çəkildi, ancaq düşdüyü tələdən çıxa bilmədi. Və nəticədə sülh danışıqlarına getdi...
 
-Trampın atəşkəs elan edərək İranla sülh danışıqlarına getməsinin başqa səbəbləri nə oldu?
 
-Amerika liderinin sülh danışıqlarına getməsinin digər səbəbi İran səmalarında ABŞ-ın “stels”, yəni radarlara görünməyən təyyarələrinin vurulması oldu. Müharibə gedəndən bir-iki həftə ərzində İran səmasında ABŞ və İsrail təyyarələrini vura biləcək bir dənə də olsun, hava hücumundan müdafiə silahı qalmamışdı. Odur ki, bu ölkələrin təyyarələri səmada ağalıq edirdilər.  Son həftələrdə İranda birdən-birə ard-arda ABŞ-ın “stels” təyyarələri vurulmağa başladı. Tramp hiss etdi ki, müharibəni dayandırmasa, Amerikanın regiondakı  təyyarələrinin hamısı vurulacaq və bir dənə də təyyarəsi qalmayacaq. Reallıq indi belədir...
 
Yadınıza  1999-cu ildə ABŞ-ın Yuqoslaviyanı bombalamasını salın. Həmin ölkənin səmasında da ABŞ təyyarələri ağalıq edirdi. Bir “stels” təyyarəsinin  vurulması müharibəni dayandırdı. İndi İranda Yuqoslaviyadakı kimi tarix təkrar olunur. Odur  ki, Tramp sülh danışıqlarına getməli oldu...
 
İndi ABŞ-la İran arasında sülh sazişinin bağlanması Trampın əsas problemlərindən biridir. İran göstərdi ki, tək deyil, ağlı başında olan dövlət başçıları onun  köməyinə gələcək. İran baş diplomatı Əraqçinin İslamabaddakı istehzalı təbəssümünün arxasında bu dururdu. O, yaxşı bilir ki, İran dünyaya qan udduran iki aqressiv dövlətə qalib gəlməsi üçün tək deyil və onun ölkəsi bu saat dünyanın taleyini həll edir... 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər