![“Türklərin irsi” ümumtürk və ümumbəşəri əhəmiyyət kəsb edən unikal layihədir”](https://moderator.az/cphoto/670x420/2024/05/22/1716391579_58f9b5a6e94ec.jpg)
Xəbər verdiyimiz kimi, Türkiyə Prezident Administrasiyasının dəstəyi çərçivəsində həyata keçirilən “Türklərin İrsi” layihəsinin işçi qrupu Azərbaycanda fəaliyyətə başlayıb.
Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən layihə 17 cildlik toplu və 18 sənədli filmdən ibarətdir. Dünyanın 53 fərqli ölkəsində həyata keçirilən layihə mədəniyyət, incəsənət, təhsil və elm kimi mövzuları əhatə edir və memarlıq nümunələrinin inventarını çıxarmağı hədəfləyir. Sənədli film üçün Azərbaycan alimləri ilə müsahibələr, Azərbaycan Muzeylərində birgə tədqiqatlar aparılacaq.
Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov “Türklərin irsi” layihəsinin əhəmiyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Türklərin irsi” layihəsi bütün türk dövlətlərinin mədəniyyətinin tədqiq edilməsi, araşdırılması, onlardakı ümumi və fərqli cəhətlərin üzə çıxarılması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Bu layihə hər bir türk dövləti kimi Azərbaycanın da qədim mədəniyyətini, bu mədəniyyətin ümumtürk və ümumdünya mədəniyyətindəki yerini və rolunu dünya ictimaiyyətinin diqqətinə çatdırır.
Hazırda Azərbaycanda həyata keçiriləcək bu layihə xalqımızın qədim mədəni irsinin yeni elmi yanaşmalar əsasında araşdırılmasına, bu zəngin irsin beynəlxalq miqyasda təbliğinə töhfə verəcək.
Bildiyiniz kimi, Azərbaycan yalnız türk dövlətləri arasında deyil, bütün dünyada öz zəngin mədəniyyəti ilə diqqət çəkir. Xalqımız bugünə qədər dünya sivilizasiyasına böyük töhflər verib, dəyərli incilər, unikal əsərlər, nəhəng şəxsiyyətlər bəxş edib. Bu mənada “Türklərin irsi” layihəsi çərçivəsində Azərbaycan mədəniyyəti ilə bağlı son dərəcədə maraqlı məqamların ictimaiyyətə təqdim ediləcəyinə əminəm.
Mən belə bir gözəl layihəni ölkəmizdə gerçəkləşdirdiyi üçün “Türklərin irsi” layihəsinin kollektivinə, o cümlədən Türkiyə Prezident Administrasiyasına, həmçinin, bu layihəyə dəstək verən Azərbaycanın Mədəniyyət Nazirliyinə təşəkkür edir, layihədə yer alan hər bir əməkdaşa uğurlar arzulayıram”.
Qeyd edək ki, “Türklərin İrsi” layihəsinin baş redaktoru professor Osman Eravşar, layihə koordinatoru İbrahim Divarcı və prodüser Tamer Yiğitdir. Layihə çərçivəsində çəkilişlər Bakı, Şəmkir, Qəbələ, Qobustan və Gəncədə çəkiləcək.
Seymur ƏLİYEV
![Səhərlər bu mürəbbəni yeyənlər xəstəlik üzü görmür - İmmuniteti gücləndirir](https://moderator.az/photo/213x120/2024/06/15/1718477713_2024-06-14-00-36-14zwhyxmgzglxijdjaqk3g_file.jpg)
![Azərbaycanda bədbəxt hadisə: metal qarmaq ürəyinə batdı](https://moderator.az/photo/213x120/2024/06/15/1718477734_kur.jpg)
![Qərbi Azərbaycan Xronikası: “Aşıq Ələsgər yurdunun tarixi və irsi” - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/06/16/1718482329_3.jpeg)
![Qurban bayramını sağlam keçirmək üçün 10 kritik qayda](https://moderator.az/photo/213x120/2024/06/15/1718477600_2024-06-13-22-57-41cfa0aotnxl4g6udkxnf1_file.jpg)
![Kürdə dəhşət: qayıq yandı, çox sayda xəsarət alan var](https://moderator.az/photo/213x120/2024/06/15/1718480070_2.png)
![](https://moderator.az/photo/213x120/2024/06/15/1718479822_1.jpg)
![Atəşkəs pozulur: Bakıya bu təklifi verməyə hazıram - Paşinyan](https://moderator.az/photo/213x120/2024/06/15/1718477436_pasinyan_2024x.jpg)
![Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH](https://moderator.az/photo/213x120/2024/06/15/1718478944_1718446183631022747_1200x630.jpg)
![Səni nə gözləyir? - Bu şəkillərdən birini seç](https://moderator.az/photo/213x120/2024/06/15/1718477388_1211998.png)
![Gövhər Ağa məscidindən sonra Şuşada bu məscidlər inşa ediləcək](https://moderator.az/photo/213x120/2024/06/15/1718476467_shusha-yeni.jpg)
![Diliniz sarıdırsa, bunu qətiyyən içməyin](https://moderator.az/photo/213x120/2024/06/15/1718476318_203d42bec1dd754bfb048270a03d9858.jpg)
![Babası yaşında kişi ilə evləndi - Dünyanı heyrətləndirən CÜTLÜK](https://moderator.az/photo/213x120/2024/06/15/1718476223_d0e136828007135db5cf6abf347f7986.jpg)
![Azərbaycanlı həkimin hotel tikdirmək arzusu ürəyində qaldı - 333 min manat necə mənimsənildi?](https://moderator.az/photo/213x120/2024/06/15/1718474884_dilbr_hsnliyeva.png)
![Almaniya Avropa çempionatından nə qədər qazanacaq? - Fantastik MƏBLƏĞ](https://moderator.az/photo/213x120/2024/06/15/1718474978_1152563636.jpg)
![Türkiyənin 2 universiteti ilk 10-luğa daxil oldu](https://moderator.az/photo/213x120/2024/06/15/1718475526_666dd7176752b666dd7176752d1718474519666dd71767525666dd71767528.jpg)
![Rusiya da iştirak etsəydi, daha yaxşı olardı - Fidan](https://moderator.az/photo/213x120/2024/06/15/1718475407_hakan-fidan-yeni.jpg)
![Ölüm riskini 33% AZALDAN PƏHRİZ - Xərçəngin inkişaf riskini də aşağı salır](https://moderator.az/photo/213x120/2024/06/15/1718474730_pehriz.jpg)
![Qazaxda 26 yaşlı oğlanı cərəyan vurub öldürüb](https://moderator.az/photo/213x120/2024/06/15/1718474200_tok.jpg)
![Sağlamlığın keşiyində duran çay - 7 faydası](https://moderator.az/photo/213x120/2024/06/15/1718473812_2024-06-14-14-42-33fugmehbyebhh9ef3kvry_file.jpg)
![Bakıda binalar niyə rənglənir?](https://moderator.az/photo/213x120/2024/06/15/1718473449_08adb644b74852ae7bb5959fef19977b.jpg)
![Kartla ödəniş qəbul etməyən taksi sürücüləri barədə VACİB AÇIQLAMA - Bundan sonra…](https://moderator.az/photo/213x120/2024/06/15/1718472918_d6ef0e5e82cc2ba3d0d5e5699e3a2d7f.jpeg)
![İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib - FOTO](https://moderator.az/photo/213x120/2024/06/15/1718472234_prezident_22_2022.jpg)
![Vaxtından əvvəl qarpızın yeyilməsi BU XƏSTƏLİKLƏRƏ SƏBƏB OLUR](https://moderator.az/photo/213x120/2024/06/15/1718470331_photo_50550.jpg)
![Hansı heyvanlardan qurban kəsmək olar?](https://moderator.az/photo/213x120/2024/06/15/1718470066_qoyun_1_qg116o93kshn4595lkgfn8l2evnfgh5m2xg7z1t40w1718089416.jpg)
![Çimərliklərdə qiymətlər yenə qalxdı: Giriş 30 manat...](https://moderator.az/photo/213x120/2024/06/15/1718469530_746901.jpg)
![Məlahət Abbasovanın ailəsinə ağır itki - FOTO](https://moderator.az/photo/213x120/2024/06/15/1718469105_melahet_abbasova_a.jpg)
![Ərdoğan Azərbaycan xalqını təbrik edib](https://moderator.az/photo/213x120/2024/06/15/1718469243_6ffd6d89-8023-36b7-966c-2a6a8acf02b3_850.webp)
![Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarılıb](https://moderator.az/photo/213x120/2024/06/15/1718468880_edl.jpg)
![](https://moderator.az/photo/213x120/2024/06/15/1718468573_78777706665e39a491f8.jpg)
![Kənd ərazisindən insan kəlləsi tapıldı](https://moderator.az/photo/213x120/2024/06/15/1718468101_666d8f2da0e53666d8f2da0e541718456109666d8f2da0e4e666d8f2da0e50.webp)