Müasir dünyamızda ballistik raketlərin hərbi baxımdan ən inkişaf etmiş ölkələr üçün belə böyük təhdid təşkil etdiyi birmənalıdır.
Moderator.az xəbər verir ki, ABŞ ballistik silahlara qarşı mübarizə məqsədilə yeni hərbi yeniliyə imza atmaq niyyətindədir. Söhbət müasir döyüş təyyarələrində quraşdırılacaq lazer silahlarından gedir. Hərbi mütəxəssislər hesab edir ki, təyyarələrdə quraşdırılacaq lazer silahı ballistik raketləri effeltiv şəkildə neytrallaşdıra bilər. Lakin bu, kifayət qədər mürəkkəb proses olduğu üçün təyyarələrin lazer silahı ilə təchiz edilməsi prosesinin hələ bir müddət davam edəcəyi gözlənilir.
Ekspertlərin qənaətincə, ABŞ dünyada heç bir dövlətin bacarmadığı bu yeniliyə tətbiq edə bilsə, o zaman bütün hərbi bazaların təhlükəsizliyini böyük ölçüdə təmin edə, ballistik raketərə qarşı etibarlı sipər yarada biləcək.
Seymur ƏLİYEV