"2023-cü il də bitdi... - Bu suala rəsmi cavab verilmədi: “Rusiya niyə Laçın şəhərini...?..”
Ekskluziv
Oxunub: 17474
01 Jan 2024 | 10:30
“Rusiya MN-in belə uzun bir müddətdə Laçın kimi hərbi strateji və hazırda geniş bərpa və yenidənqurma işlərinin getdiyi, minlərlə keçmiş məcburi köçkünün məskunlaşdırıldığı, böyük maliyyə və insan resurslarının xərcləndiyi bir şəhəri virtual “işğal”da saxlamasını yalnız müstəqil(!) Azərbaycan dövlətinə və xalqına müəyyən bir mesaj kimi dəyərləndirmək mümkündür...”
 
Dünya həyatımızdakı daha bir il -2023-cü təqvim ilimiz də tarixə döndü... Allaha bir daha şükürlər olsun ki, bu il Azərbaycan xalqını yenə də Yuxarı Qarabağ və Şərqi Zəngəzurla bağl sevindirən xəbərlər çox oldu. Allah şəhidlərimizə rəhmət eləsin!.. Qazilərimizə isə Yaradandan şəfa və cansağlığı diləyirik... Dövlətimiz, ordumuz məhz onların şücaəti, canı-qanı sayəsində yalnız 8 anklav kəndimiz istisna olmaqla Quzey Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etdi... 2023-cü ildə ölkə başçısının Xocalıya, Xankəndinə, Əsgərana, Xocavəndə, Ağdərəyə və s. üçrəngli bayrağımızı sancmasının sevincini yaşadıq... Yuxarı Qarabağda separatizmi də məhv etdik. Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda torpaqlarımızda dinc və təhlükəsiz yaşamlarına şərait yaradacağımız haqda rəsmi vədimizə rəğmən 32 ildən çox Kremlin himayəsində bəslənmiş separatçı rejimin tör-töküntüləri ilə birgə on minlərlə mülki erməni sakini də ərazimizi tərk etdi... 
Ancaq təəssüf ki, iki yüz ildən çox hər iki xalqın yaşadığı faciələrin əsil baiskarı olan Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti 10 noyabr üçtərəfli bəyanatı “əsas” tutaraq Yuxarı Qarabağ və Şərqi Zəngəzurun “dəhliz” adlanan hissəsində qaldı... Ümid edək ki,  işğalçı ölkə hərbçiləri də, uzağı, 2025-ci ilin noyabrında torpaqlarımızı bir dəfəlik tərk edəcəklər..
 
Bu minvalla 2023-cü il Azərbaycan xalqı üçün də bitdi... Fəqət, əvvəlki illərdə olduğu kimi, həm dünya, həm ölkəmiz üçün bir sıra suallar yenə də cavabsız qaldı...
 
Həmin sualların çoxu məhz Qarabağ və Zəngəzurla,  işğaldan azad edilmiş torpaqlarımızla bağlıdır... Məsələn: 32 “yaşlı” separatçı-terrorçu rejimin və onun üzdəniraq “müdafiə ordusu”nun bir sutkada çökdürülməsi ilə nəticələnmiş 19-20 sentyabr lokal əməliyyatlarından sonra Həkəri çayı üzərindəki “Laçın” keçid məntəqəsini cəmi neçə erməni tərk etdi?.. Azərbaycanın müvafiq rəsmi qurumları bu suala rəsmi cavab vermədi. Halbuki, müasir texnologiyalar hesabına həmin məntəqədən keçən hayların sayını dəqiq şəkildə söyləmək mümkün idi... Əvəzində ermənilər bütün dünyaya car çəkdilər ki, Azərbaycan “100 mindən çox ermənini Qarabağdan zorla çıxardı, etnik təmizləmə apardı” və s.... Və bu rəqəm və qondarma olsa da, “fakt” “Domokl qılıncı” kimi başmızın üzərindən asılı qaldı... Əslində isə Qarabağda işğal dövründə və son günlərədək uzağı, 40-50 min erməni yaşayıb... 
 
2023-cü ildə cavabsız qalan İkinci və daha çox maraqlı sual isə Azərbaycan dövlətinin suveren(!) ərazisindəki Rusiya hərbi kontingenti ilə bağlıdır: 
“Rusiya “sülhməramlı”ları 2022-ci il avqustun 26-dan rəsmən Azərbaycanın nəzarətinə keçmiş və artıq 408 keçmiş məcburi köçkün ailənin, yəni 1555 nəfərin daimi məskunlaşmasının təmin edildiyi Laçın şəhərini niyə bu günədək virtual “işğal” altında saxlayır?..”
 
 
Bu sual 2022-ci il avqustun 26-dan bəri, demək olar ki, hər həftə meydana çıxıb və bəndəniz tərəfindən Moderator.az və digər saytlarda verilib. Ona görə də bu mövzuda dekabrın 4-də təqdim etdiyim sonuncu yazımı bur daha təkrarlamağa məcburam: 
 
“Rusiyanın “sülhməramlı” sayılan hərbi qüvvələri Qarabağın dağlıq hissəsində, yəni suveren(!) ərazimizdə qalmaqla dövlətimizə qarşı ən azı virtual təxribatlarını davam etdirirlər.
 
Moderator.az-ın son araşdırmasından bəlli olur ki, əvvəlki  aylarda olduğu kimi, Silahlı Qüvvələrimizin 19-20 sentyabr əməliyyatlarından sonra da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı”lara aid bölmədə təxminən bir həftəni çıxmaq şərti ilə qalan günlərə aid dislokasiya xəritələrində Laçın şəhəri bu ölkənin hərbi qüvvələrinin məsuliyyət zonasına daxil edilir. Bu, 3 dekabr 2023-cü il tarixindəki sonuncu xəritədə də belədir. Dəqiq araşdırma aparmaq çətindir. Çünki Rusiya MN-in saytının həmin bölməsində bir neçə dəqiqə izləmə apardıqdan sonra sayta giriş bloklanır. Lakin biz gündəlik olaraq bəhs edilən saytın xəbər bülletenləri və dislokasiya xəritələrini izlədiyimizdən deyə bilərik ki, maksimum 7-8 gün istisna olmaqla son 3 aya yaxın (bu gün artıq 3 ay 12 gündür- 01.01. 2023) müddətdə Rusiya Müdafiə Nazirliyi Laçını öz “məsuliyyət zonası”dan çıxarmayıb...
Ümumiyyətlə, dəfələrlə qeyd etdiyimiz kimi, Laçın şəhəri 2022-ci il avqustun 26-dan, yəni qanunsuz məskunlaşdırılmış ermənilər həmin rayon mərkəzi, eləcə də rayonun Zabux və Sus kəndlərini tərk etdikdən  və Ali Baş Komandan İlham Əliyev özü şəxsən bu şəhərə daxil olaraq həmin məkanın da Azərbaycan dövləti və ordusunun bilavasitə nəzarətinə daxil olduğunu elan etdikdən bəri keçən müddətdə də hansı səbəbdənsə Rusiyanın “hədəf”ində olub. Və Kreml 1 il 3 aydan çox müddətdəki günlərin böyük əksəriyyətini Laçını virtual “işğal” altında saxlayıb. Artıq bunun səbəbini təsadüf, texniki səhvlə və ya Rusiya MN-in həmin xəritələri tərtib edən Moskvadakı əməkdaşlarının sərxoş  vəziyyətdə olmasıyla izah etmək çox gülüncdür. Təəssüf ki, bəhs edilən vaxt ərzində bu haqda yazdığımız xəbər və araşdırmalara, həmçinin Müdafiə Nazlirliyinə müraciətlərimizə rəğmən hərbi ekspertlər Üzeyir Cəfərov və Ədalət Verdiyev istisna olmaqla hansısa rəsmi və ya qeyri-rəsmi şəxsin bu məsələ haqda ciddi açıqlama verməsinə rast gəlməmişik. Halbuki, Rusiya MN-in belə uzun bir müddətdə Laçın kimi hərbi strateji və hazırda güclü və geniş bərpa və yenidənqurma işlərinin getdiyi, böyük maliyyə və insan resurslarının xərcləndiyi bir şəhəri virtual “işğal”da saxlamasını yalnız müstəqil(!) Azərbaycan dövlətinə və xalqına müəyyən bir mesaj kimi dəyərləndirmək mümkündür...”
Unudanlara və ya bilməyənlərə onu da xatırladaq ki, artıq 2022-ci il avqustun 31-dən etibarən Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri də daxil olmaqla 2020-ci ilin noyabrından yaradılmış və  Rusiya hərbçilərinin nəzarət etdiyi "Laçın dəhlizi" Azərbaycan dövləti hesabına çəkilmiş alternativ Xankəndi-Şuşa-Gorus yolu ətrafına keçirilib...
Qarabağ və “sülhməramlı”lar haqda Rusiya  başçısı V.Putinin son canlı mətbuat konfransında söylədikləri, həmçinin Rusiya müdafiə Sergey Şoyqunun bu günlərdə işlətdiyi çoxbaşlı ifadələr bizləri Kremlin dediyi hər bir kəlməyə, atdığı hər bir həm real, həm də virtual addıma qarşı maksimum diqqətli olmağa vadar etməlidir.
 
Ümid edirik ki, 2024-cü ildə, nəhayət, Laçın şəhəri ilə bağlı bu sualın rəsmi cavabı veriləcək...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO