“Həmişə mənəviyyatı maddiyyatdan üstün tutmuşam...” -Maksim Musayev -85...
Oxunub: 1741
18 Aug 2023 | 14:59
“Həmişə mənəviyyatı maddiyyatdan üstün tutmuşam...” -Maksim Musayev -85...
Bir dəfə də olsun, orden, medal almamışam, almağa könlüm də yoxdur...”

“Məni yalnız dövlətimin, vətənimin, xalqımın, övladlarımın, nəvələrimin gələcəyi düşündürür...”

“Köçəryan Xankəndindəki kombinatda işləyəndə bizə xidmət göstərirdi...”

“Hətta mənə Xankəndindəki Dram Teatrında xüsusi hökumət lojası ayırmışdılar ki, teatr tamaşalarına baxıb onların mövzusunu, ideyasını təhlil edim... Ermənilər o zaman nə baş verəcəyini bilirdilər. Və deyirdilər: “Maksimcan, bunun axırı əvvəl-axır müharibə olacaq. Sən bizimkiləri tanımırsan...”
“O çıxdı siqaret çəkməyə, mən isə Prezident kürsüsündə əyləşib başladım nazirlə danışmağa...”

Azərbaycanın son 30-35 illik kifayət qədər mürəkkəb, ağır, ziddiyyətli tarixində əvvəldən tutduğu həm mənəvi,  həm də xalqın, dövlətin bu günü, gələcəyi üçün doğru olub-olmasından asılı olamayaraq siyasi mövqeyinə daim sadiq qalan, prinsipial, istər deputat, istərsə də dövlət məmuru kimi çalışdığı dövrlərdə bir çoxlarından fərqli olaraq vicdanlı, fədakar bir insan kimi tanınmış Maksim Musayevin bu gün – 18 avqust doğum günüdür. Yaşasaydı, 85 yaşı tamam olacaqdı...

Tale elə gətirdi ki,  rəhmətliklə 2013-cü ildə telefon vasitəsilə tanış olduq. Elə Maksim müəllimdən ilk müsahibəmi də həmin il iyunun 12-də götürdüm. “Həftə içi” qəzetinin özümün müəllifi olduğum “Labirint” layihəsi üçün...

Sonradan Moderator.az saytında da sabiq deputatın çoxsaylı açıqlamalar, müsahibələrini təqdim etdim, həmçinin özünün müəllifi olduğu kitablardan siyasi gündəmə uyğun maraqlı parçaları, xatirələri dərc etməyə başladıq. Maksim müəllimin yazı və açıqlamalarında əsas hədəfi öz siyasi, ideoloji, mənəvi əqidəsinə dönük adamlar, ölkədə korrupsiyaya, rüşvətxorluğa şərait yaradan yüksək rütbəli məmurlar və ən başlıcası, Azərbaycan xalqına, türk dünyasına düşmən kəsilmiş xəstə ermənizm ideologiyası idi. Erməni dilini yetərincə bildiyindən mütəmadi olaraq Ermənistanın və Xankəndindəki telekanalların ictimai-siyasi verilişlərinə baxır və bunlarla bağlı da bizə açıqlamalar verirdi... Ermənilərin Azərbaycana qarşı siyasi fəaliyyəti haqda bir neçə dəfə saytımızın rus versiyasına da məqalələr vermişdi Maksim müəllimin...

Xatirəmizdə indiki dövrdə barmaqla sayılası gözəl insan, daim milli dövlətçilik mövqeyində dayanan millətsevər, vətənpərvər bir ictimai xadim kimi qalmış Maksim Musayevin xatirəsi münasibəti ilə onunla haqqında bəhs etdiyim ilk müsahibəmin ən maraqlı məqamlarını Moderator.az oxucularının diqqətinə çatdırırıq: 

“...“Çauşeskunun son sözü ”Lənətə gəlmiş Qarabağ!” olub...”

12.06.2013. “Həftə içi”qəzeti, hafta.az
 
Yeni qonağımızın tərcümeyi-halında doğum tarixindən üzü bəri o qədər maraqlı məqamlar var ki... Atası vaxtilə Ermənistan SSR-nin rəhbər şəxslərindən biri olub. Özü isə üç ölkədə ali təhsil almaqla gözəl kənd təsərrüfatı mütəxəssisi kimi yetişib. Və komsomoldan tutmuş Mərkəzi Komitəyə qədər yüksəlib. Qaxda I katib işləyərkən kombayn sükanı arxasına əyləşib kombaynçılara taxıl biçmək dərsi keçib. Rusiyanın keçmiş baş naziri Viktor Zubkovla tələbə yoldaşı olub. Ermənistanın sabiq prezidenti Köçəryan vaxtilə onun xidmətində durub. 1992-ci ildə qısa müddətə olsa da, prezident kürsüsündə də əyləşib...

Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak etmiş, həmin qurumun təsis konfransında çıxış etmiş üç nəfərdən hazırda həyatda qalmış yeganə şəxs, Milli Məclisin sabiq deputatı Maksim Musayev 75 yaşında olmasına baxmayaraq, “Labirint”in dolanbac yollarında 2 saatdan çox yorulmadan dolaşdı...

- Maksim müəllim, təvəllüdünüzdə (18.08.1938) 3 ədəd 8 rəqəmi var, rəqəmlərin ayrı-ayrı cəmi də 38 edir... Bununla maraqlanmamısız ki?

- Bu barədə övladlarım da çox soruşur məndən... Düzü, dərindən maraqlanmamışam. Maraqlıdır ki, övladlarımın üçü də müxtəlif illərin 12 iyul tarixində anadan olublar...

- 1958-ci ildə Ermənistanın Vedi rayonunda Kommunist Partiyasının (KP) təlimatçısı kimi işə başladınız... Səmimi deyin, kommunizm ideyalarına, Leninə məhəbbətiniz var idimi?

- Heç bir vaxt Kommunist Partiyasının üzvü olmaq fikrində olmamışam. Çünki o vaxt heç partiya nə olduğunu da anlamırdım. Ancaq atam – Talıb Musayev Ermənistan KP Mərkəzi Komitəsinin (MK) üzvü, Ermənistan Ali Sovetinin həm deputatı, həm də sədr müavini olubdu. Həmişə beynimə yeridirdi ki, sovet sistemində inkişaf etmək üçün mütləq kommunist olmalısan. Mən isə bunu qəbul etmirdim. Nəhayət, bir gün dedi ki, Kommunist Partiyasının işində yaxşı nə varsa, onları Quran ayələrindən götürüblər. Atam həqiqətən əski ərəb əlifbasını da bildiyi üçün Quranı da oxuya bilirdi. Bundan sonra mən kommunist olmağa razılaşdım... İndi Allahın işinə bax ki, KP dağılandan sonra biz Yeni Azərbaycan Partiyasını yaratdığımız zaman mən düşdüm atamın üstünə ki, gəl bizim partiyanın üzvü ol. O da imtina etdi ki, yox, mən yalnız bir partiyanın üzvü olmuşam... Sonra dedim ki, bu partiyanı Heydər Əliyev Azərbaycanı xilas etmək üçün yaradır. Bundan sonra kişini razı sala bildim. Atam Heydər Əliyevi yaxından tanımasa da, Əziz Əliyevlə Moskvada bir oxumuşdu, onu özünə ideal sayırdı...

- İllərlə ermənilərlə yanaşı yaşamısız, işləmiş bir insan kimi onlar haqqında fikriniz...

- Bu günə qədər də erməni siyasəti ilə maraqlanmışam. 1964-cü ildə Bakıya gələndə MK-da erməni və rus dilini mükəmməl bildiyimi öyrənib, məni Respublika Komsomolunda, sonra işə KP MK-da işə götürdülər. Dağlıq Qarabağdan(DQ) üç dildə: azərbaycanca, rusca, ermənicə sənədlər gəlirdi. Ermənicə sənədləri mən oxuyurdum. O zaman DQMV KPMK-nın I katibi Boris Gevorkovun partiyadan çıxarılmasının əsas səbəbi mənim Dağlıq Qarabağla bağlı verdiyim arayışlar oldu... Hazırda ermənilər haqqında kitablar yazıram, biri artıq çapdan çıxdı: “Ermənilər Amerikada”. Üç kitabı da çapa hazırlayıram. Ona görə də mən həm kitabxanalarda erməni ədəbiyyatını oxuyub lazım olanı tərcümə edirəm. Həm də gündəlik bütün erməni kanallarını izləyirəm. Yəni erməni tarixi, erməni dini, erməni mentaliteti barədə kifayət qədər məlumatlıyam. Ancaq təəssüf ki, bizdə ermənişünaslığı öyrənən dürüst bir mərkəz yoxdur. Məncə, bütün ali məktəblərimizdə ermənişünaslıq fakültəsi olsa, yaxşıdı. Çünki düşmənə qalib gəlmək üçün onu düzgün tanımaq lazımdı. Onu da deyim ki, müşahidələrimə görə, ermənilərin hazırda iqtisadiyyatı çox ağır vəziyyətdədi. Rusiya da iyunun 1-dən qazın qiymətini qaldırıb, mitinqlər başlayıb. Bu amillər onları, məğlub duruma gətirib çıxaracaq, inşallah...

- Qarabağın işğalı başlayandan sonra xarici səfərlərinizdə heç tanış ermənilərlə rastlaşmısız? Onlar arasında səmimi danışanı var idimi?

- 1988-ci ildə Qaxda birinci katib idim... Artıq Ermənistanda azərbaycanlılar qətlə yetirilərkən MK-nın II katibi Konovalovun qəbuluna girib dedim ki, orada yaşamışam, dillərini də bilirəm, xahiş edirəm məni göndərin ermənilərlə danışıqlar aparım. Onda mənə bir neçə nəfər köməkçi verdilər və mən respublika rəhbərliyini təmsil edən bir şəxs kimi getdim Ermənistana. Görüşdüyüm tanış ermənilər dedilər ki, bu məsələni Qarabağ erməniləri başlayıb. Onları xaricdən qızışdırıb bizi pis günə salıblar...
Qarabağ erməniləri də axırda gətirildi Ermənistanda hakimiyyətə. Məsələn, Köçəryanı yaxşı tanıyırdım. Mən respublika komsomolunda çalışarkən o, Xankəndində kombinatda işləyirdi. Köçəryan o zaman bizə xidmət göstərirdi...

-Nə mənada xidmət göstərirdi. Yemək-içmək mənasında, yoxsa?..

- Bu məsələni uzatmayaq, açıb-ağartmayaq... Serjik Sərkisyanı da tanıyırdım. O zaman şəhər partiya komitəsində işləyirdi... 70-ci illərdə komsomolda, MK-da kənd təsərrüfatı üzrə işləsəm də, məni müxtəlif tapşırıqlarla Dağlıq Qarabağa göndərirdilər. Sonradan mənə aydın oldu ki, o zaman Xankəndinin “KQB”si Azərbaycana yox, birbaşa Moskvaya işlədiyindən Heydər Əliyev DQ-da gedən prosesləri öyrənmək üçün belə bir sistem tətbiq edib ermənicə bilən gənclərdən yararlanırmış... Məsələn, mənə deyirdilər ki, sən ildə 160 gün olmalısan Xankəndində Vilayət Partiya Komitəsində, komsomolun iclaslarında iştirak etməlisən, muzeylərə gedib eksponatlara baxmalısan. “Sovetakan Krabax” qəzetinin erməni dilində çıxan variantını rusca müqayisə etməliydim. Bəzən fərqlər olurdu və mən bunu arayışda qeyd edirdim. Hətta mənə Xankəndindəki Dram Teatrında xüsusi hökumət lojası ayırmışdılar ki, teatr tamaşalarına baxıb onların mövzusunu, ideyasını təhlil edim... Ermənilər o zaman nə baş verəcəyini bilirdilər. Və deyirdilər: “Maksimcan, bunun axırı əvvəl-axır müharibə olacaq. Sən bizimkiləri tanımırsan...”.

- Xaricdə rastlaşdığınız erməni deputatlar, vəzifəlilər nə deyirdilər?

- Xaricdə beynəlxalq tədbirlərdə rastlaşdığım tanış ermənilər də qeyri-rəsmi görüşlərdə, məsələn, fasilədə pivə-filan içəndə özləri yavaşca məni çağırıb deyirdilər ki, ara, biz pis günə qalmışıq. Özləri can atırdılar ki, mənimlə təklikdə söhbət edib ürəklərini boşaltsınlar. Amma ikisi-üçü bir yerdə olanda bir-birinin qorxusundan mənə düşmən kimi tərs-tərs baxırdılar. Sonra hər biri ayrılıqda deyirdilər ki, bağışla, filankəsin yanında məcbur olub sənə pis-pis baxdım... Hamısı Bakıdan ötrü ölürlər. 2005-ci ildə “Ermənilər Bakıda” adlı bir kitab da buraxıblar, orada özləri də etiraf edirlər ki, erməniləri adam eləyən, savadlandıran Azərbaycan olub, Bakının nefti olub... Təəssüf ki, bizimkilər erməniləri öyrənməklə məşğul olmurlar…

- Xaricdə Qarabağla bağlı daha nələri öyrəndiniz?

- Xarici səfərlərimdən bir epizodu ilk dəfə sizə danışıram. Biz 1998-ci ildə MM üzvü Mixail Zabelinlə birgə Moskvada - Dumada olarkən deputat Baburinlə görüşdük. Zabelin ona dedi ki, Qarabağ məsələsini həll etsəydik, yaxşı olardı. Baburin onda mənim üzümə baxıb gülümsəyərək soruşdu: “Sən bilirsən, Rumıniyanın başçısı Çauşeskunu güllələyəndə o, nə deyib? Deyib: “Lənətə gəlmiş Qarabağ!”. O zaman buna inanmadım... 2000-ci ildə biz beynəlxalq bir tədbirlə bağlı Rumıniyada idik. Bizi apardılar Timaşoara şəhərində əvvəlcə 1989-cu ildə həmin ölkənin baş katibi Çauşeskunun etirazçı insanları kütləvi şəkildə güllələdiyi yerə, sonra da özünün həyat yoldaşı ilə birgə güllləndiyi bir məktəb binasına. Orada məlum oldu ki, sən demə, Çauşeskuya güllələnməmişdən öncə son söz veriblər, o da bircə kəlmə deyib: “Lənətə gəlmiş Qarabağ!”...

Yəni o zaman Çauşesku da bilirmiş ki, sosialist sisteminin, SSRİ-nin dağılmasının bünövrəsi Qarabağ məsələsi ilə qoyulub. Onu demək istəyirəm ki, bu, yalnız Azərbaycanın məsələsi deyil, bu, beynəlxalq güclərin idarə etdiyi bir məsələdir...

- Maksim müəllim, siz 1966-cı ildə Bakıya gəldiniz. Təxminən bir il sonra isə Heydər Əliyev Azərbaycan SSR DTK-nın sədr müavini təyin olundu. Onun haqqında ilk dəfə nə vaxt eşitdiniz?

- Məni elmi təcrübə üçün Əkinçilik İnstitutuna göndərmişdilər. Cavan, qaynar vaxtlarım idi. Təcrübə rəhbərimin yanında bir az odlu-alovlu hərəkət edirdim, danışırdım. Bir gədəbəyli yoldaş var idi. Dedi ki, sən bu adamın yanında niyə ucadan danışırsan. Dedim kimdi ki, bu adam. Dedi ki, Cəlal Əliyevdi. Dedim, nə olsun Cəlal Əliyevdi. Cavab verdi ki, qardaşı Heydər Əliyev “KQB”nin sədr müavinidi. Dedim, mən nə danışıram ki? Deyirəm ki, məsələn, bitkiçilikdə belə olmalıdı, suvarmada belə olmalıdı, əkinçilikdə elə olmalıdı və s. Bax, onda mən ilk dəfə Heydər Əliyev haqqında eşitmişəm. Onunla yaxından ilk görüşüm isə 70-ci illərin ortalarında mən Xalq Nəzarət Komitəsinin inspektoru işləyərkən olub. Heydər Əliyev MK-nın I katibi kimi şəxsən özü mənə medal verib. Sonra isə 80-ci ilin ortalarında məni MK-nın kənd təsərrüfatı şöbəsinə təlimatçı təyin edərkən və Qaxa I katib göndərərkən görüşmüşəm. Ancaq hələ 60-ci illərdə atam deyirdi ki, ermənilər Heydər Əliyev adlı bir “çekistimizi” yaman tərifləyirlər. Mən Heydər Əliyevi 80-ci ildən Mərkəzi Komitədə bir yerdə işləyəndən hədsiz dərəcədə işgüzar bir insan kimi tanıyırdım. Və onun bu işgüzarlığından da damla-damla özümə götürürdüm...

- 1974-cü ildə o vaxt “narodnı kantrol” kimi populyar olan Xalq Nəzarət Komitəsinin inspektoru vəzifəsində işləməyə başladınız. Yəqin ki, rüşvət almağa məcbur olurdunuz?

- Nəinki “narodnı kontrolda”, Qaxda birinci katib işləyəndə də demək olar ki, hər gün mənə rüşvət təklif olunub, pul da, qızıl da... Ancaq mən özümü murdarlamamışam... Bütün uğurlarım təmiz işləməyimə görə olubdu. Bizim ailədə əvvəldən halallıq olub. Atam 1941-45-ci illərdə birinci katib işləyirdi. O zaman çörəyi norma ilə adama 200 qram verirdilər. Mən 4-5 yaşlı uşaq idim, doymurdum. Bir gecə yenə gözləyirdim ki, atam işdən gəlsin, deyim ki, mən doymamışam... Atam gələndə anam dedi ki, Maksim acdı, yatmayıb... Atam bir kəlmə dedi ki, Maksim ac olsa da, atasını gözləyir ki, gəlsin onun yanında yatsın. O gündən mən başa düşdüm ki, balaca olsam da, kişiyəm və çətinliyə dözmək lazımdır...

- Siz 1982-ci ildə, Heydər Əliyev hələ Moskvaya getməmiş Qaxa I katib təyin olundunuz, eləmi?

- Heydər Əliyev məni 1982-ci ilin aprelin 10-da qəbul edib, tapşırıqlarını verdi. Aprelin 12-də isə II katib Puqaçov məni təqdimat üçün Qaxa apardı . O, yolda ağzından bir söz qaçırdı ki, yəqin sən Heydər Əliyevin təyin etdiyi sonuncu I katib olacaqsan. O zaman onun nə dediyini başa düşmədim. Sən demə o, bilirmiş ki, bir neçə ay sonra H.Əliyev Moskvaya göndəriləcək... O, məni Qaxa göndərərkən dedi ki, üç şeyi sənə bağışlamayacağam: “pripiska” eləməyi, rüşvət almağı və əxlaq məsələsini... Cavab verdim ki, Heydər Əliyeviç, mən sizə söz verirəm. Söylədi ki, eh, hamınız söz verirsiz, elə ki, o kürsüyə əyləşdiniz, hər şey edirsiz.... Mən də ayağa durub dedim ki, əgər mənə inanmırsızsa, çıxım gedim. Dedi ki, hara gedirsən, əyləş... Yəni hiss etdi ki, mən o birilərdən deyiləm... Heydər Əliyevlə belə geniş söhbətimiz bir də YAP-ı yaratdığımız zaman olub...

-Əbdürrəhman Vəzirovun dövründə də vəzifələrdə işləmisiz?

- Hə, işləmişəm. Bir dəfə gecə saat 11-də Vəzirov məni çağırdı ki, gəl yanıma(Bu barədə “Heydər Əliyevin qayıdışı: parlamentdə” kitabında da yazmışam). Getdim. Soruşdu ki, bilirsən səni niyə çağırmışam. Dedim ki, xeyr. Söylədi ki, deyirlər, sən Qaxda işləyəndə Heydər Əliyev sənə “pripiska”(yığılmış kənd təsərrüfatı məhsulunun çəkisini sənəddə artıq yazmaq- S.L.) etməyi tapşırıb. Cavab verdim ki, xeyr belə bir məsələ olmayıb. Dedi ki, sən nə partizanlıq edirsən. Cavab verdim ki, sizi Gəncəyə birinci katib göndərən kim olubdu? Dedi ki, bunun nə dəxli var? Mən vurğuladım ki, sizi Heydər Əliyev göndərib birinci katib. Yenə cavab verdi ki, nə olsun. Onda soruşdum ki, o vaxt Heydər Əliyev sizə dedi ki, “pripiska” et. Dedi ki, xeyr. Dedim, Heydər müəllim mənə də tapşırmışdı ki, “pripiska” etsən, basıb gözünü çıxararam. Sonra Vəzirov bir vaxt Heydər Əliyevin sağında-solunda əyləşən iki nəfərin izahatını gətirdi. Onlar geniş şəkildə yazmışdılar ki, H.Əliyev bizi “pripiska” etməyə məcbur edib. Vəzirov söylədi ki, görürsən Siyasi Büronun üzvləri yazıblar, sən isə hələ üzvlüyə namizədsən, yazmırsan. Cavab verdim ki, onlar yəqin, belə bir şey olduğunu bilirlər, mən isə bilmirəm. Dedi ki, çıx get...

O dövrdə SSRİ Baş Prokurorluğunun müstəntiqləri Qdlyan və İvanov Bakıya gəlmişdilər. Burada da Özbəkistan variantı edərək rəhbər işçiləri kütləvi şəkildə tutmaq istəyirdilər. Onda mən artıq işdən çıxmışdım, Qaxa da istintaq üçün 25 nəfər göndərmişdilər. Sağ olsun, o vaxtkı baş prokuror İlyas İsmayılov. Azərbaycanı o zaman belə bəlalardan o xilas etdi. Yoxsa hamımızı həbs edəcəkdilər... Vəzirovla görüşdən bir az sonra qohum-əqrəbamın hamısı işdən çıxarıldı. Hətta qardaşım adi zootexnik işləyirdi, onu da çıxartdılar. Bütün bunlar barədə o illərdə “Vəzirov:cinayətin anatomiyası” adlı məqalədə yazmışdım...

-1992-ci ildə siz qısa müddətə də olsa, Azərbaycan Respublikası Prezidentinin kürsüsündə əyləşməyə nail oldunuz...

-(Gülür)Hə, 5-10 dəqiqəliyə... O zaman mən Xızıda icra başçısı idim. Hacı Əbdül gəldi ki, burada böyük mitinq edəcəm... Məcbur olub prezident Əbülfəz Elçibəyin köməkçisinə zəng etdim. Elçibəy məni qəbul etdi. Məsləhət oldu ki, daxili işlər naziri İsgəndər Həmidovla danışım. Gözlənilmədən Elçibəy dəstəyi mənə uzatdı ki, gəl, mənim yerimdə otur, danış. Dedim ki, bəy, sizin yerinizdə əyləşməyə haqqım yoxdu. Cavab verdi ki, keç əyləş, indi kommunist dövrü deyil. O çıxdı siqaret çəkməyə, mən isə Prezident kürsüsündə əyləşib başladım nazirlə danışmağa...

-Əbülfəz Elçibəy sizdə hansı təəssüratları oyatdı?

-Çox sadə adam idi. Millətini sevən, türkçü bir şəxsiyyət idi. Onunla əvvəl də iki dəfə görüşmüşdüm. Mütəllibovun dövründə mən Xızıda işləyərkən Qasımkənddə 12 ev tikdirmişdum. Ermənistan, Gürcüstan qaçqınları ora getmək istəmirdilər. O zaman Özbəkistandan qovulmuş türklər gəldi oraya, ancaq yuxarıdan tapşırıq vermişdilər ki, türkləri yerləşdirmə. Mən də baxdım ki, hamısı pis vəziyyətdə, arvad-uşaq maşınların üstündə. Dedim, qoy məni çıxardırlar-çıxartsınlar, türk qaçqınların hamısını yerləşdirdim Qasımkəndə. Bunu o zaman AXC sədri olan Elçibəy eşitmişdi. Bir gün mənə “KQB”-dən zəng etdilər ki, durma, Elçibəy gedib qaçqınlarla görüşməyə, aranı qarışdıra bilər. Getdim, onunla ayaqüstü görüşdüm. Dedi ki, bəy, gəlmişəm türk qardaşlarımı yoluxmağa. O gedəndən sonra türklərdən soruşdum ki, Elçibəy nə danışdı sizinlə. Cavab verdilər ki, heç, dedi ki, möhkəm olun, biz də sizinləyik, yəqin, hökumət də sizə qayğı göstərəcək. O vaxtdan Elçibəy bildi ki, mən də sülh adamıyam...

- Deyəsən, parlamentin sabiq sədri İsa Qəmbərlə xeyli müddət qonşu olmusuz?..

-Təxminən 10-15 il eyni binada yaşamışıq. Mən parlamentə gedəndə dayanacaqda onu görürdüm, maşını saxladıb götürürdüm və maşına minən kimi də siyasi mübahisələrimiz başlayardı. Parlamentdə də mübahisəmiz davam edirdi. Səhərisi yenə onu dayanacaqdan götürürdüm(gülür)... Düzdü, o vaxt parlament sədri seçiləndən sonra mənə qarşı bir neçə dəfə sərt münasibət göstərdi. Mən də onu birbaşa tənqid etdim. İsa Qəmbər tənqidi sərt qarşılasa da, alternativ fikirlərə yer verirdi. Ona görə də gec olsa da, arabir mənim çıxışlarıma şərait yaradırdı. Spiker olarkən ölkədə yaranmış vəziyyətlə bağlı məni iki dəfə çox mədəni, yüksək səviyyədə qəbul edib... Ümumiyyətlə, mən heç vaxt yıxılana balta çalmamışam. Rəsul Quliyevi spiker işləyərkən o qədər sərt tənqid etmişəm ki... Ancaq Rəsul gedəndən sonra onun ardınca bir kəlmə də danışmadım. Nə qədər təkid etsələr də, heç nə demədim...

- Amma 1992-ci il 18 mayda Ali Sovetin sədri məsələsi müzakirə olunanda siz qonşunuz İsa Qəmbərə yox, Etibar Məmmədova səs verdiniz... Bəlkə aranızda soyuqluq o vaxtdan başlayıb?

- Bəli, o zaman Etibar Məmmədova səs verdim... İsa Qəmbərin özünə qalsa, mənə pis münasibət bəsləməzdi. Onun ətrafındakı Arif Hacıyev kimi adamlar qızışdırırdı...

- Maksim müəllim, deyirəm, bəlkə adınız ötən əsrin əvvəllərində ən yaxşı avtomatik atəş açan, daha çox SSRİ məkanında Vətəndaş müharibəsində məşhur olan “Maksim” pulemyotunun şərəfinə qoyulub?...

- Yox, onunla əlaqəli deyil. Adım yunan mənşəlidir. “Maksimum”(son hədd) sözünün köküdür. Türkiyədə də rast gəlinir bu ada. Dəfələrlə mənə təklif ediblər ki, bu adı dəyiş, dəyişməmişəm. Hətta bir dəfə MM-də mən müxalifəti tənqid edərkən Mirmahmud Fəttayev söylədi ki, bu Maksim müəllim adını nə vaxt dəyişəcək, bizə uyğun gəlmir. Cavab verdim ki, nə vaxt Mirmahmud saqqalını qırxsa, mən də onda adımı dəyişəcəyəm. Amma mənim Mirmahmuda hörmətim var. Həmin iclasda fasiləyə çıxanda dedim ki, ay Mirmahmud, sənin mənim adımla nə işin vardı ki, mən də sənin saqqalına irad tutam...

-1991-ci ildə parlamentdə belə bir çıxışınız olub:”Biz çoxuq və bizimlə hesablaşmayan kimsə Azərbaycanda nə hakimyyətdə qala bilər, nə də hakimiyyətə gələ bilər”. Deyilənə görə, “çoxluq” deyərkən qərbi azərbaycanlıları nəzərdə tutmusuz...

- Belə çıxış mənim yadıma gəlmir. Ola bilməz ki, mən ermənistanlıları nəzərdə tutub bu sözü deyəm. Demişəmsə də, yəqin ki, YAP üzvlərini, yaxud əqidə dostlarımı nəzərdə tutmuşam...

- Bu çıxışı 1991-ci ildə - Ayaz Mütəllibovun dövründə etmisiz, onda hələ YAP yaranmamışdı...

- Mütəllibovun dövründə heç cür belə danışa bilməzdim, çünki Ayaz müəllim yerlibaz deyildi. O, hakimiyyətə gələn kimi bir sıra ermənistanlıya vəzifə verdi. Gərək haqqı danmayasan. Mütəllibovun Azərbaycan üçün xidmətləri çox olub. Niyə? Çünki ən ağır günlərdə - SSRİ-nin, Kommunist partiyasının dağıldığı, yenicə müstəqilliyin qazanıldığı keçid dövründə respublikanın bütün yükünü Mütəllibov qəbul elədi. Mütəllibov qədər yuxarıdan, aşağıdan, sağdan, soldan, irəlidən, geridən zərbə alan olmadı. Hamı tüfəngini tuşlamışdı ona. Ona görə də mən o vaxt onu tənqid etməzdim. İtkilər hesabına olsa da, respublikanı o dövrdə qoruyub saxlaması böyük işdir...

- Maksim müəllim, uzun müddət icra başçısı və deputat olmusunuz, Maddi durumunuz necədir?

- 20 ildir ki, bir dəfə də olsun orden, medal almamışam, almağa könlüm də yoxdur. Bir dəfə də olsun, mənzil almamışam, kirayənişin kimi yaşayıram...

-Deməli, sizin şəxsi mənziliniz yoxdu?

- Oğlumun mənzilində yaşayıram. Xızıda öz evim vardı. Maddi problemlər ucbatından satdım... Ümumiyyətlə, mən həmişə mənəviyyatı maddiyyatdan üstün tutmuşam... İstəyirəm ki, Heydər Əliyevin siyasətinə uyğun işlər görülsün. Heydər müəllim deyirdi ki, nöqsanları gördünüz, aradan qaldırın ki, müxalifətə pay düşməsin. Kifayət qədər vəzifələrdə işləmişəm. Məni yalnız dövlətimin, vətənimin, xalqımın, övladlarımın, nəvələrimin gələcəyi düşündürür...”

12 iyun 2013-cü il. “Həftə içi”qəzeti, hafta.az

Sultan Laçın

Oxşar xəbərlər
N.Tusi adına Klinika
00:10, Bu gün
KİV: Xabi Alonso gələn mövsüm “Real Madrid”in baş məşqçisi olacaq
25 Sep 2023 | 23:54
Diyetoloq payızda şəkər istehlakını azaltmağı məsləhət görüb
25 Sep 2023 | 23:45
Azərbaycan Xankəndi şəhərinə tibbi yardım göndərdi - FOTO
25 Sep 2023 | 23:43
"Kişi yeddi dəqiqəlik kliniki ölüm keçirib və öz hissiyyatlarını bölüşüb..."
25 Sep 2023 | 23:41
"Ukrayna Silahlı Qüvvələri hansı şəraitdə cənubda xeyli irəliləyişə nail ola bilər?" -ISW
25 Sep 2023 | 23:41
“Əl-Cəzirə” telekanalında Qarabağda yaşayan ermənilərin reinteqrasiyası tədbirlərindən danışılıb
25 Sep 2023 | 23:40
“Özünü, nəslini tanımayan müğənnicik, “oxuyan” toy tutmaq üçün...”-xanəndə qəzəbləndi - FOTOLAR
25 Sep 2023 | 23:32
Almaniyanın müdafiə naziri: “Baltikyanı ölkələrdə təhlükəsizliyi təmin etməyə hazırıq”
25 Sep 2023 | 23:24
Xankəndində idarəetmə BELƏ OLACAQ – Polis və digər qurumlar bu tarixdən...
25 Sep 2023 | 23:23
Rafiq Hüseynov: "Qarşıda bizi daha 4 lisenziya gözləyir"
25 Sep 2023 | 23:14
Cəlilabadda ağır yol qəzasında sürücü yanaraq ölüb
25 Sep 2023 | 23:10
Bakıda üstünə qaynar su tökülən kişi öldü
25 Sep 2023 | 23:04
İraqın təhlükəsizlik xidmətləri İŞİD komandirini saxlayıb
25 Sep 2023 | 23:02
İcra Hakimiyyəti Rəsilə Arifqızı ilə bağlı xəbəri təkzib etdi - YENİLƏNİB
25 Sep 2023 | 23:01
Kəmalə Paşayeva: "Qənirə Paşayevanın ölməsi ilə bağlı xəbərlər yalandır" 
25 Sep 2023 | 22:50
Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülh üçün dəstəyi davam etdiririk
25 Sep 2023 | 22:30
Qəzaya görə "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq yaranıb
25 Sep 2023 | 22:22
Nəcməddin Sadıkova hər sifarişdən nə qədər pul çatıb?
25 Sep 2023 | 22:10
Qardaşından Qənirə Paşayeva ilə bağlı AÇIQLAMA
25 Sep 2023 | 22:07
"Qəbələ"nin baş məşqçisi: "Məğlub olmaya bilərdik"
25 Sep 2023 | 22:02
"Mən Putinin oxşarının mövcud olmasına inanmıram..."
25 Sep 2023 | 22:00
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
25 Sep 2023 | 21:45
Komaya düşdü, özünə baş daşı düzəltdi – Hüseyn Dərya ilə niyə əlbəyaxa oldu?
25 Sep 2023 | 21:43
Qurban Qurbanov: "Emosiyalarımı saxlaya bilmədim"
25 Sep 2023 | 21:37
250 qadınla münasibətdə olan, üçtəkərli velosipedi kəşf edən yazıçı - O, fahişələri niyə öldürürdü?
25 Sep 2023 | 21:34
İğdır-Naxçıvan qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilib
25 Sep 2023 | 21:30
Azərbaycan və Türkiyə liderləri Naxçıvanda hərbi kompleksin açılışında iştirak ediblər
25 Sep 2023 | 21:28
Epidemioloq qripə qarşı peyvəndin təsir müddətini açıqladı
25 Sep 2023 | 21:21
BMT rəsmisi: "Ermənistan və Azərbaycan arasında baş verənləri yaxından izləyirik”
25 Sep 2023 | 21:12
Gürcüstan prezidenti yenidən hökumətdən icazəsiz səfərə gedib
25 Sep 2023 | 21:10
Qarabağın erməni sakini: "Azərbaycanlılarla birgəyaşayışa çox müsbət yanaşıram"
25 Sep 2023 | 21:00
ADNSU-da Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
25 Sep 2023 | 20:53
Qərbi Azərbaycan Xronikası: “Ermənistan xristian türklərin abidələrini mənimsədi”
25 Sep 2023 | 20:47
"Biz Yeni ilədək Putini bitirməliyik" - rusiyalı müxalifətçi
25 Sep 2023 | 20:44
"Azərbaycan dövlət suverenliyini bərpa edib"
25 Sep 2023 | 20:43
Şimali Koreya hökuməti növbəti nüvə sınağına hazırlığı başa çatdırıb
25 Sep 2023 | 20:37
Ankarada partlayış: Ölən var
25 Sep 2023 | 20:28
“Şuşa İslam mədəniyyətinin əsas mərkəzlərindən biri olub və hər zaman belə qalacaq”
25 Sep 2023 | 20:20
Rusiyalı politoloq: “Erməni məsələsində pul qazanan, manipulyasiyalar aparan lobbi məğlub oldu” - VİDEO
25 Sep 2023 | 20:15
Xankəndi yaxınlığında güclü partlayış olub: Çox sayda yaralı var
25 Sep 2023 | 20:13
Kadırov məhbusu döyən oğluna haqq qazandırdı - VİDEO
25 Sep 2023 | 20:07
Baş prokuror Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransında iştirak edəcək
25 Sep 2023 | 20:02
İrəvanda hökumətə qarşı kütləvi etiraz aksiyası başlayıb
25 Sep 2023 | 19:57
TDT ölkələri regional ərzaq təhlükəsizliyi ehtiyatı sisteminin yaradılması imkanlarını müzakirə edib
25 Sep 2023 | 19:50
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın bugünədək olan siyahısı açıqlanıb
25 Sep 2023 | 19:41
Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 Sep 2023 | 19:35
Cənubi Koreya övladlığa götürmə qanununa görə “yetim ixracatçısı” adlandırıldı
25 Sep 2023 | 19:30
"Açıq mikrofon” həftəlik işinə Xaçmazdan başladı - FOTO
25 Sep 2023 | 19:27
Azərbaycan Premyer Liqası: X və XI turun oyun cədvəli açıqlanıb
25 Sep 2023 | 19:25
"Şəhidlərimizi anarkən İlyas İsmayılovun o kəlamını xatırladım: “Azərbaycanın ən qiymətli sərvəti onun insanıdır”..."
25 Sep 2023 | 19:15
İranda ata qızını qəddarlıqla öldürdü: “Sözümə qulaq asmırdı” - FOTO
25 Sep 2023 | 19:10
İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilib
25 Sep 2023 | 19:02
Türkiyə Prezidenti Naxçıvandan Ermənistana çağırış edib
25 Sep 2023 | 19:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi nahar verilib
25 Sep 2023 | 18:50
Blinken: “Rusiya-Şimali Koreya hərbi əməkdaşlığı bütün dünyanı təhdid edir”
25 Sep 2023 | 18:47
Cənubi Koreya və ABŞ donanmaları birgə hərbi təlimlərə başlayıb
25 Sep 2023 | 18:35
Bolqarıstanın Burqas vilayətindən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub
25 Sep 2023 | 18:30
Bakının Zığ qəsəbəsində su kəsiləcək
25 Sep 2023 | 18:25
Qarabağın erməni sakini: "Şəxsən mənə azərbaycanlılardan heç bir ziyan dəyməyib"
25 Sep 2023 | 18:20
Himayədar ailələrə müavinətlər proaktiv qaydada təyin olunacaq
25 Sep 2023 | 18:15
Qənirə Paşayeva bütün orqanlarını bağışlayıb - "Bu mənim dünyaya son faydam olar"
25 Sep 2023 | 18:13
ABŞ və Ukrayna enerji sisteminin möhkəmləndirilməsi barədə memorandum imzalayıb
25 Sep 2023 | 18:10
Ramil Şeydayev Tailand klubunda məhsuldar ötürmə verib
25 Sep 2023 | 18:08
Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin ev-muzeyinin açılışı olub - FOTO
25 Sep 2023 | 18:05
“Financial Times”: “İranda robotlar fətvaların verilməsinə kömək edə bilər” - FOTO
25 Sep 2023 | 18:02
"Fransa Qarabağdakı antiterror tədbirlərini həzm edə bilmir" - RƏY
25 Sep 2023 | 18:00
ADP İdarə Heyəti növbəti toplantısını keçirib
25 Sep 2023 | 17:57
Qarabağda yeni qan: Kimdir müqəssir? - VİDEO
25 Sep 2023 | 17:53
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı - FOTO
25 Sep 2023 | 17:52
Rusiya XİN Paşinyanın müstəqilliklə bağlı bəyanatlarına münasibət bildirib
25 Sep 2023 | 17:50
Ölkədə son bir həftədə 229 nəfər COVID-19-a yoluxub, 19 nəfər ölüb
25 Sep 2023 | 17:47
Vəkil qurumlarında təcrübə keçən tələbələrin sayı açıqlandı
25 Sep 2023 | 17:44
Azərbaycan və Türkiyə liderləri Naxçıvanda hərbi kompleksin açılışında iştirak ediblər
25 Sep 2023 | 17:41
Bu rayonlara leysan yağdı - FAKTİKİ HAVA
25 Sep 2023 | 17:38
Qarabağın erməniəsilli vətəndaşları ilə görüşə dair bəyanat
25 Sep 2023 | 17:35
Prezident: “Bu gün Azərbaycan-Türkiyə əlaqələri ən yüksək zirvədədir”
25 Sep 2023 | 17:32
İlham Əliyev: “Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir”
25 Sep 2023 | 17:28
“Böyük bacı”nın “himayəsi” buraya kimi imiş: Paris Qarabağın erməni sakinlərinin qəbulundan imtina etdi - FOTO
25 Sep 2023 | 17:24
Gəncəli futbolsevərlər üçün şad xəbər: Klub başçısı da təsdiqlədi
25 Sep 2023 | 17:20
Türk Hava Yollarına məxsus təyyarənin nasazlığı səbəbindən 500-dən çox insan Vnukovo hava limanında qalıb
25 Sep 2023 | 17:17
Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edildi - VİDEO
25 Sep 2023 | 17:15
Əliyevdən Ərdoğana: “BMT-də Azərbaycanın maraqlarını ifadə edən bəyanatlarınız növbəti qardaşlıq addımıdır”
25 Sep 2023 | 17:11
Azərbaycan cəmiyyəti sülh müqaviləsini dəstəkləyir - FOTO
25 Sep 2023 | 17:06
“Qarabağ” müraciət etdi, PFL oyunun yerini dəyişdi
25 Sep 2023 | 17:01
“Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi uğurla gedəcək”
25 Sep 2023 | 16:58
Ermənistana qayıdan Qarabağ erməniləri “Laçın” postunda Baku TV-yə danışdılar - VİDEO
25 Sep 2023 | 16:55
“Qarabağda yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarıdır”
25 Sep 2023 | 16:52
Prezident İlham Əliyev: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etdi”
25 Sep 2023 | 16:50
Rusiyanın Kursk vilayətindəki "Xalino" hava limanına hücum edilib
25 Sep 2023 | 16:48
Azərbaycan Prezidenti: “Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları var idi”
25 Sep 2023 | 16:44
Baku TV-nin jurnalisti Qarabağı könüllü tərk edən erməni sakinlərlə həmsöhbət olub - VİDEO
25 Sep 2023 | 16:40
Prezident İlham Əliyev: “İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi əlaqələrimizə yeni təkan verəcək”
25 Sep 2023 | 16:37
Əliyev və Ərdoğan mətbuata bəyanatla çıxış edir - CANLI
25 Sep 2023 | 16:36
Naxçıvanda Azərbaycan-Türkiyə sənədləri imzalandı
25 Sep 2023 | 16:34
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində - CANLI YAYIM
25 Sep 2023 | 16:32
Rusiya DİN Beynəlxalq Cinayət Məhkəməsinin sədrini axtarışa verdi
25 Sep 2023 | 16:30
Xəzər dənizi, Mingəçevir su anbarı və Katex çayında qanunsuz ov edən şəxslər cəzalandırılıblar
25 Sep 2023 | 16:28
Astarada torpaq sürüşməsi: Texnikalar ərazidə gücləndirmə işləri aparır - YENİLƏNİB + FOTO
25 Sep 2023 | 16:24
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO
25 Sep 2023 | 16:22
Samvel Babayan gecə saat 2-də “Laçın” sərhəd məntəqəsindən keçdi? -Bəs necə?..
GÜNLÜK
25 Sep 2023 | 07:09
“Sevimli” “sülhməramlı”lar niyə Laçın şəhərini hələ də məsuliyyət zonalarına daxil edir?..
25 Sep 2023 | 13:41
Minaya düşərək şəhid olan Əkrəm Şadmanov kim idi? - FOTO/VİDEO
25 Sep 2023 | 09:20
"Türkiyənin bu addımları Rusiyanın Güney Qafqazdan əl çəkməsini tezləşdirə bilər...” 
25 Sep 2023 | 15:05
Xocalıda erməni sakinlərlə növbəti görüş başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO
25 Sep 2023 | 16:22
Samvel Babayan gecə saat 2-də “Laçın” sərhəd məntəqəsindən keçdi? -Bəs necə?..
25 Sep 2023 | 09:15
Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar - VİDEO
25 Sep 2023 | 09:24
Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb
25 Sep 2023 | 10:43
“Bir neçə gün ərzində artsax tamamilə boşaldılacaq...”-Xankəndindən son görüntülər...
25 Sep 2023 | 12:00
Xəstəxana deputat Qənirə Paşayevanın son durumu ilə bağlı açıqlama yayıb
25 Sep 2023 | 08:59
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu həbs edilib
HƏFTƏLİK
19 Sep 2023 | 23:50
"Haydı, gəlin Yevlaxa, axı siz ora gələn yolu yaxşı tanıyırsız..."
23 Sep 2023 | 10:54
“Onları görən kimi hönkürtü ilə ağladım, inanmırdım ki...”-Meral Konrat-FOTO
21 Sep 2023 | 13:25
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş bitdi - YENİLƏNİB + FOTO/CANLI YAYIM
20 Sep 2023 | 17:50
“Azərbaycan dilini yaxşı bilmədiyimə görə təhqir olunsam da, vətənin bu günündə xarici kanallara müsahibələri mən vermişəm”-ÖZƏL
24 Sep 2023 | 22:28
Ağdərədən çıxan ermənilərin daha bir videosu - Gözlərində qəm, sifətlərində həyasızlıq - VİDEO
25 Sep 2023 | 07:09
“Sevimli” “sülhməramlı”lar niyə Laçın şəhərini hələ də məsuliyyət zonalarına daxil edir?..
23 Sep 2023 | 22:50
Azərbaycan İsrailin bu silahı ilə Qarabağda qalib gəlib
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
21 Sep 2023 | 17:02
Erməni bloqer: “Qarabağda bütün qeyri-qanuni strukturlar buraxılıb”
23 Sep 2023 | 06:05
“Sülhməramlıların Qarabağda ölümü Rusiyanın gələcək üçün bir növ siyasi resursu olacaq...”
AYLIQ
25 Sep 2023 | 07:09
“Sevimli” “sülhməramlı”lar niyə Laçın şəhərini hələ də məsuliyyət zonalarına daxil edir?..
25 Sep 2023 | 13:41
Minaya düşərək şəhid olan Əkrəm Şadmanov kim idi? - FOTO/VİDEO
25 Sep 2023 | 09:20
"Türkiyənin bu addımları Rusiyanın Güney Qafqazdan əl çəkməsini tezləşdirə bilər...” 
25 Sep 2023 | 15:05
Xocalıda erməni sakinlərlə növbəti görüş başa çatıb - YENİLƏNİB + FOTO/VİDEO
25 Sep 2023 | 16:22
Samvel Babayan gecə saat 2-də “Laçın” sərhəd məntəqəsindən keçdi? -Bəs necə?..
25 Sep 2023 | 09:15
Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar - VİDEO
25 Sep 2023 | 09:24
Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb
25 Sep 2023 | 10:43
“Bir neçə gün ərzində artsax tamamilə boşaldılacaq...”-Xankəndindən son görüntülər...
25 Sep 2023 | 12:00
Xəstəxana deputat Qənirə Paşayevanın son durumu ilə bağlı açıqlama yayıb
25 Sep 2023 | 08:59
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu həbs edilib