BMT Rusiyanı
2256
23 Jun 2023 | 12:07

BMT Rusiyanı "rüsvayçılıq siyahısı"na salıb...

"Rusiyalı hərbçilər tərəfindən 2022-ci ildə Ukraynada 136 uşaq qətlə yetirilib, 91 körpə canlı qalxan kimi istifadə edilib, 518 uşaq yaralanıb..."
 
"Ölkənin "rüsvayçılıq siyahısı"na salınması BMT Təhlükəsizlik Şurasının mümkün sanksiyalarını nəzərdə tutur..."
 
BMT Ukrayna uşaqlarının qətlinə görə Rusiyanı "rüsvayçılıq siyahısı"na salıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi təşkilatın baş katibi Antoniu Qutterişin BMT Təhlükəsizlik Şurası üçün tərtib etdiyi xüsusi hesabata istinadən məlumat yayıb.
 
Hesabatda deyilir ki, 2022-ci ildə rusiyalı hərbçilər tərəfindən Ukraynada 136 uşaq qətlə yetirilib, 91 körpə canlı qalxan kimi istifadə edilib, 518 uşaq yaralanıb.
 
Həmçinin xəstəxana və məktəblərə 480 dəfə hücum olub. BMT-nin fikrincə, bu, Rusiyanın Ukraynada qlobal cinayətlərini genişləndirir.
 
Ölkənin "rüsvayçılıq siyahısı"na salınması Təhlükəsizlik Şurasının mümkün sanksiyalarını nəzərdə tutur. Lakin Rusiya əvvəlkitək Təhlükəsizlik Şurasının üzvüdür və onun səsi olmadan heç bir qərar qəbul edilə bilməz.
 
Hesabatda deyilir ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən 2022-ci ildə 80 uşaq qətlə yetirilib, 175 uşaq yaralanıb, xəstəxana və məktəblərə 212 dəfə hücum edilib.
 
Qutterişin Təhlükəsizlik Şurasına uşaqlar haqqında illik hesabatı qətllər, şikəstlik, seksual zorakılıq, oğurluq və ya uşaqların cəlb edilməsi, yardımdan imtina, məktəblərə və xəstəxanalara hücumları özündə ehtiva edir. 
 
Hesabat Qutterişin uşaqlar və hərbi münaqişələr üzrə xüsusi nümayəndəsi Virciniya Qamba tərəfindən tərtib edilib.
 
Otən ay Qamba Ukrayna və Rusiyaya səfərlər edib. Rusiyada uşaqların hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova ilə görüşüb, onun və Rusiya prezidenti Vladimir Putinin hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbslərinə order verilib.
 
"Reuters" yazır ki, Moskva Ukraynadan uşaqların Rusiyaya zorla deportasiya edilməsini gizlətmir, bunu yetim uşaqların və döyüş əməliyyatları zonasında olan uşaqların müdafiəsi üzrə humanitar aksiya kimi tədqim edir.
 
Nəşr həmçinin qeyd edir ki, Qutterişin hesabatında təkcə Rusiya ilə Ukrayna deyil, həm də Səudiyyə Ərəbistanı və İsrail də xatırlanır.
 
Hər iki ölkəyə iradlar var, lakin yəhudi dövləti heç vaxt "rüsvayçılıq siyahısı"na salınmayıb, Səudiyyə Ərəbistanı isə bu siyahıdan 2020-ci ildə çıxarılıb.
 
Hesabatda deyilir ki, 2022-ci ildə İsrail tərəfindən 42 uşaq qətlə yetirilib, 933 uşaq yaralanıb.
 
Ümumilikdə, hesabatda 2022-ci ildə uşaqlara münasibətdə 24 300 pozuntu qeydə alınıb. Ən çox bunlar Konqo Demokratik Respublukası, İsrail, Somali, Suriya, Ukrayna, Əfqanıstan və Yəməndə qeydə alınıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər