Fransa Afrikada diz çökdü... -
Ekskluziv
2578
21 Jun 2023 | 17:32

Fransa Afrikada diz çökdü... - "Avropa bizimlə əməkdaşlıq formasını dəyişməlidir..."

"Bizə hörmətlə yanaşın, bizimlə atamız kimi deyil, əsl tərəfdaşlar kimi davranın..."
 
Afrikada əsas hegemon olan Paris öz təsirini itirib və "persona-non-grata"ya çevrilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" nəşri yazıb.
 
Bunu  bu yaxınlarda Çadda fransız hərbi qulluqçularının saxlanılması, Makrona Konqo liderindən tənə, Avropa diplomatlarına verilən "daimi veteran-səfir" adının ləğv edilməsi sübut edir.
 
Avropanın əsrlər boyu müstəmləkə ərazisi olan Afrika hegemon hakimiyyətin əleyhinə üsyan edib. Əlcəzair, Burkina-Faso, Mali və Mərkəzi Afrika Respublikası Fransanı ya qovub, ya da cənub qitəsini tərk etməyə vadar edib. Sonuncu belə nümunə kimi Çadın Sudanla sərhəddə icazəsiz hərəkət edən fransız hərbçilərinin həbs etməsini göstərmək olar.
 
Onilliklərlə Afrikanı istismar edən və regionda sabitliyin pozulmasının əsas günahkarı olan Fransa qitədə "persona-non-grata"ya çevrilib. Əlcəzairdən Burkina Fasoyadək bir çox ölkələrin keçmiş müstəmləkəçinin öz ərazilərində mövcudluğunun silinməsinə qərar verdiyi zaman bu günlərdə Çad Sudanla sərhəddə icazəsiz hərəkət edən fransız hərbçilərini həbs edib.
 
Sosial şəbəkələrdə yayılan kadrlarda Çad ordusunun əsgərlərinin beş fransız hərbi qulluqçusunu bir sıraya əyləşdirdiyi və onlardan silah və təchizatı götürməsi əks edilib. Hazırda Afrikanın Burkina Faso və Mali kimi bir çox ölkələrindən qovulan Fransa ilə belə davranış növbəti dəfə müstəmləkə dövlətin qitədə təsirinin zəiflədiyini nümayiş etdirib. 
 
Hərbi qulluqçular dindirilib
 
Dərc edilən videoda Çad hərbi qulluqçusu tərcüməçi vasitəsilə fransız əsgərlərindən soruşub: "Sizin vəkil edilən sənədiniz varmı?" Cavab almayan Çad zabiti rəhərliyə zəng edərək vəziyyət haqqında məruzə edib. Həm də bir fakt diqqəti cəlb edib ki, telefonla danışan Çad hərbçisi qeyd edib: "Mən vəkil edilən sənədləri olmayan, bazaya icazəsiz daxil olan fransız əsgərlərini saxlayıb onların silahını əllərindən almışam".
 
İcazəsiz soxulmağa cəhd edlib
 
Çadın təhlükəsizlik strukturlarındakı mənbələr rəsmi bəyanat verərək məlumat verib ki, fransız əsgərləri bazaya icazəsiz daxil olub. Fransa ordusunun rəsmi nümayəndəsi Pyer Qodilyer qeyd edib ki, insident iyunun 8-də baş verib və deyib: "Bu, çox aqressiv üsulla edilib".
 
Təsirin itirilməsi göstəricisi
 
"Twitter"in bəzi istifadəçiləri fransız hərbçilərinin Sudanla döyüş əməliyyatlarının getdiyi sərhəddə peyda olmasını "şübhəli" adlandırıb. Onlardan biri qeyd edib ki, əsgərlərin saxlanılması Fransa ordusunun Afrika qitəsində təsirini itirməsinin əlamətidir.
 
Malidən qovulub
 
Ötən il Fransa Bamakonun tələbilə iki ölkə arasında münasibətlərdə siyasi böhran fonunda öz qoşunlarını 2013-cü ildə yerləşdirdiyi Malidən çıxarmağa məcbur olub. Malidə 2, 3 min fransız hərbi qulluqçusu olub. 
 
Fransa ordusu regionda "Barxan" əməliyyatı çərçivəsində terrorçuluqla mübarizə üçün yerləşdirilib, bu zaman mandat müddətində terror hücumları çoxalıb. Hesab edilir ki, Fransa Malidə çoxsaylı çevrilişlərə görə məsuliyyət daşıyır.
 
Mərkəzi Afrika Respublikası fəxri adı geri alıb
 
Ötən ilin dekabrında Fransa ordusunun Mərkəzi Afrika Respublikasının (MAR) ərazisində yerləşən bütün hissələri bu ölkəni tərk etməyə məcbur olub. Burada 130 fransız hərbçisi xidmət aparıb. 
 
2022-ci ilin noyabrında MAR həmin ilin avqustunda Fransa diplomatlarına verdiyi "daimi veteran-səfir" adını ləğv edib. Bundan sonra Paris administrasiyası MAR-la hərbi sazişləri qüvvədən salıb və iki ölkə arasında mübasibətlər ciddi şəkildə kəskinləşib.
 
Konqo liderindən Makrona məzəmmət
 
Emmanuel Makronun  mart ayında Konqoya səfəri zamanı Fransa prezidenti ölkə prezidenti Feliks Çisekedi tərəfindən qınaqla üzləşib. "Fransa və Avropa öz əməkdaşlıq formasını dəyişməlidir", - Konqo lideri deyib.
 
"Bizə başqa cür baxın, hörmətlə yanaşın, bizə əsl tərəfdaşlar kimi və heç də həmişə atalıq nəzərləri olmadan baxın", - Çisekedi  əlavə edib. Onun "bizə hörmət edin, atamız kimi deyil, əsl tərəfdaşlar kimi yanaşın" sözləri Fransa liderinə "soyuq duş" kimi təsir edib.
 
Fransa Burkina Fasodan gedib
 
Bu ilin fevral ayında Burkina Fasoda dislokasiya edilən və "Qılınc" əməliyyatında iştirak edən bütün fransız hərbçiləri ölkəni tərk etməyə məcbur olub.
 
30 sentyabr 2022-ci ildə Burkina Fasoda hakimiyyətə gələn hərbi hökumət yanvarın 23-də Fransa ilə əməkdaşlıq haqqında sazişin ləğv edilməsi haqqında elan edib və fransız əsgərlərinə ölkəni tərk etmək üçün bir ay vaxt verib.
 
Uaqaduquda "Qılınc" əməliyyatı çərçivəsində yerləşdirilmiş kontingentin tərkibində Fransa xüsusi əməliyyatlar komandanlığının 400 nəfər hərbçisi olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər