Nədən insanlarımız minaya düşür?.. - Obyektiv və subyektiv amillər...-ARAŞDIRMA
Ekskluziv
Oxunub: 9771
22 Oct 2022 | 16:12
Nədən insanlarımız minaya düşür?.. - Obyektiv və subyektiv amillər...-ARAŞDIRMA
“İşğaldan azad torpaqlarda 1991-1994-cü illərdən bəri qızğın döyüşlər aparılmış, dəfələrlə əldən-ələ keçmiş yaşayış məntəqələri və ətraf ərazilər ən yüksək təhlükəli zonalar kimi xüsusi xəritələrdə işarələnməli və müvafiq rəsmi və qeyri-rəsmi qurum rəhbərliklərinə çatdırılmalıdır...”
 
Son 31 ildə - Birinci Qarabağ savaşından bəri minlərlə hərbi və mülki Azərbaycan vətəndaşı minaya düşərək ya həlak olub, ya da ağır və ya yüngül dərəcəli xəsarətlər alıblar. Rəsmi məlumata görə, yalnız 44 günlük İkinci Qarabağ savaşı bitəndən bəri Azərbaycanda 262 nəfər minaya düşüb, onlardan 44 nəfəri həlak olub...
 
Hərbçilər adətən döyüş və ya döyüş mövqeyindəki xidmət şəraitində obyektiv səbəblərdən minaya düşürlər. Bəs mülki vətəndaşlar hansı səbəblərdən minaya düşür? Buna şərait yaradan obyektiv və subyektiv amillər hansılardır?..
 
Məlum olduğu kimi, işğaldan yeni azad olunmuş torpaqlarımıza yalnız xüsusi icazəsi olan vətəndaşlar buraxılır. Bunlar hökumət və dövlət adamları, müxtəlif nazirlik, komitə və qurum əməkdaşları, deputatlar, media mənsubları, jurnalistlər, həmçinin həmin ərazilərdə xüsusi lisenziyalı özəl təsərrüfatla, heyvandarlıq, arıçılıq və s. ilə məşğulolan və s. şəxslərdir. Bu günədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda minaya düşən vətəndaşların xeyli hissəsi həmin ərazilərə icazəsiz gedən və ya icazə ilə getsə də, qadağan olunmuş minalı ərazilərə keçən şəxslərdir. Amma belələri arasında müxtəlif yol-inşaat, tikinti, enerji, kommunikasiya və s. ilə bağlı rəsmi qurum və ya özəl şirkət əməkdaşları, fəhlələri də çoxluq təşkil edir. Məsələn, oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alan və sonradan biri xəstəxanada həlak olan 2 nəfər ərazidə hansısa şirkətin əməkdaşı kimi təmir-tikinti işləri ilə məşğul olub. Təbii ki, hüquq-mühafizə orqanları hadisənin hansı şəraitdə, konkret kimin və ya kimlərin  məsuliyyətsizliyi, yaxud ehtiyatsızlığı ucbatından baş verdiyini araşdıracaq. Ancaq təbii ki, əgər hər hansı bir rəsmi qurumun və ya özəl şirkətin əməkdaşı bu və ya digər səbəbdən xəsarət alırsa, buna görə həmin qurum və ya şirkət rəhbərliyi də məsuliyyət daşımalıdır. Həmin qurum və ya şirkət rəhbərlərini isə işğaldan azad ərazilərdə təhlükəsizliyə cavabdeh olan müvafiq dövlət və hökumət qurumları məlumatlandırmalı və maarifləndirməlidir...
 
Bunun üçün ilk növbədə hər bir qurum, qrup, briqada və s. rəhbəri təsərrüfat, tikinti-təmir işləri, yol və digər kommunikasiya xətlərinin çəkilişi aparıldığı ərazilərin mövqeyi, relyefi, iqlimi, xüsusən də I və II Qarabağ savaşı zamanı həmin məkanlarda aparılmış hərbi əməliyyatların intensivliyi  və s. haqda müfəssəl məlumatlara malik olmalıdır. Əlbəttə, işğaldan yenicə azad edilmiş ərazilərdə təhlükəsiz mülki fəaliyyətin ilkin şərti o yerlərin minalardan təmizlənməsidir. Yəni hər hansı tikinti-inşaat, yaxud təsərrüfat, qazıntı işləri aparılacaq ərazi öncədən mina təhlükəsizliyi nöqteyi-nəzərindən öyrənilməlidir. Şübhəli, minadan təmizlənməmiş  bütün ərazilərə təhlükə ilə bağlı xəbərdarlıq nişanları vurulmalıdır. Əgər hər hansı bir vətəndaş, o cümlədən qurum əməkdaşı belə ərazilərə bilərəkdən daxil olursa, bu,  həmin vətəndaşın şəxsi məsuliyyətsizliyidir. Ancaq hər hansı bir qurum öz əməkdaşlarını, o cümlədən fəhlələri mina, yaxud digər təhlükəli partlayıcı olub-olmadığı yoxlanılmamış ərazidə çalışdırırsa, bu, artıq bilavasitə həmin qurum rəhbərliyinin məsuliyyətidir. Məsələn, konkret Laçın rayonundakı hadisəyə gəldikdə, rayonun Suarası kəndi ərazisində çalışan bütün müvafiq dövlət qurumları və özəl şirkət rəhbərliyi  məlumatlandırılmalıydı ki, I Qarabağ savaşı dönəmində, xüsusən 1992-1993-cü illərdə həmin kənd, o cümlədən yaxınlıqdakı Yuxarı Fərəcan, Aşağı Fərəcan, Səfyan və s. kəndləri ərazisində erməni silahlı birləşmələri ilə Azərbaycan milli ordusu və polis birləşmələri arasında qızğın mövqe döyüşləri aparılıb. Eləcə də 2020-ci ildəki II Qarabağ savaşı zamanı geri çəkilən düşmənin sözügedən əraziləri minalaması ehtimalı böyükdür. Yeri gəlmişkən, xatırladaq ki,  bu ilin aprelində Laçın rayonunun Suarası kəndinə yaxın olan Səfyan kəndində də ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan bir vətəndaşımız minaya  düşərək həlak olmuşdu... Bu fakt da dediklərimizi təsdiqləyir. Odur ki, ərazilərdə tikinti-quruculuq işləri aparılan və ya hansısa yerli, xarici nümayəndə heyətlərinin səfərləri zamanı bu faktor mütləq nəzərə alınmalıdır. Yəni, işğaldan azad torpaqlarda 1991-1994-cü illərdən bəri qızğın döyüşlər aparılmış, dəfələrlə əldən-ələ keçmiş yaşayış məntəqələri və ətraf ərazilər ən yüksək təhlükəli zonalar kimi xüsusi xəritələrdə işarələnməli və müvafiq rəsmi və qeyri-rəsmi qurum rəhbərliklərinə çatdırılmalıdır... Belə ərazilərə misal olaraq Laçın rayonunun sözügedən ərazisindən əlavə, Sarıbaba və Qırxqız dağları, Laçın və Kəlbəcər rayonlarının Ermənistanla həmsərhəd və keçmiş və indiki təmas xəttindəki kəndlərinin, həmçinin Füzulinin(məs. Aşağı və Yuxarı Seyidəhmədli, Qaraxanbəyli, Aşağı və Yuxarı Veysəlli) Ağdamın( Şelli, Yusifcanlı, Papravənd, Abdal-Gülablı və s.) 44 günlük savaşdan öncə işğalda və ya təmas xəttində olmuş kəndlərinin ərazilərini göstərmək mümkündür... 
Sonda  insanlarımızın minaya düşməsinin əsas səbəblərini aşağıdakı kimi təsnifatlandırmaq olar:
 
Obyektiv səbəblər:
 
- 1991-ci ildən bəri gedən Qarabağ savaşı zamanı işğalçı Ermənistan ordusu və digər erməni silahlı birləşmələri tərəfindən ərazilərin, yolların piyada və tank əleyhinə minalanması;
 
-Hər hansı ərazinin minalardan təmizlənməsi zamanı düşmən tərəfindən məkrli üsullarla daha dərinlikdə basdırıldığından aşkarlanmamış və texnika, yaxud insanların gediş-gəlişi zamanı üzərinə tədricən ağırlıq salınması nəticəsində müəyyən  müddət sonra partlaya bilən tank və ya piyada əleyhinə minaların mövcudluğu;
 
-Mürəkkəb dağlıq relyef şəraitində düşmənin diversiya qruplarının nəzarətdən yayınmağı bacararaq  hər hansı minadan təmizlənmiş ərazini yenidən minalaması halları...
 
Subyektiv səbəblər: 
 
-Vətəndaşların xüsusi icazələri olmadan işğaldan azad ərazilərə daxil olması və minadan təmizlənməməsi barədə xəbərdarlıq işarələrinə də məhəl qoymadan sərbəst hərəkət etmələri;
 
-Xüsusi icazəsi olduğu halda da vətəndaşların işğaldan azad ərazilərdə mina təhlükəsi nişanları olan ərazilərdə də hərəkət etməsi;
 
-artıq minadan təmizlənmiş kimi qeyd olunan hər hansı bir ərazinin təmizlənməsi zamanı müvafiq qurum əməkdaşları tərəfindən yol verilə bilmiş səhlənkarlıq;
 
-hər hansı məntəqə və ya ərazidə fəaliyyət göstərən qurum və ya şirkət rəhbərliyinin həmin ərazilərin minadan təmizləndiyinə əmin olmamış əməkdaşları o məkanlarda çalışdırması və ya konkret iş vaxtı minaaxtaranların xidmətindən istifadə etməməsi...  
 
Onu da qeyd edək ki, 1991-1994-cü illərdə müvəqqəti olaraq işğal altında olmuş və ya qızğın döyüşlər məkanı olmuş lakin son dövrlərədək minadan təmizlənmiş hesab edilən Ermənistanla sərhədyanı və yaxud Qarabağda düşmənlə təmas xəttinə yaxın ərazilərdə də bəzən təsərrüfatla məşğul olan şəxslərin çoban və ya əkinçilərin minaya düşməsi halları baş verir. Odur ki, həmin ərazilər bir daha minaxtaranlar tərəfindən yoxlanılmalıdır...
 
Beləliklə, əsas obyektiv və subyektiv səbəblər məlumdur.  Qalır onlara qarşı profilaktik tədbirlər görməklə mina, digər partlamamış qurğuların partlaması səbəbindən insan itkisinin mümkün qədər aşağı,  minumuma endirilməsi...
 
Bunun üçün  ilk növbədə yerli və xaricdən dəstək potensialını maksimum işə salmaqla işğaldan azad edilmiş əraziləri mina və digər partlamamış qurğulardan mümkün qədər tez təmizləmək gərəkdir.  
 
İkincisi,  məktəbəqədər müəssisələrdən, orta məktəblərdən başlayaraq müvafiq dərslər, dərsliklər, təşviqat nəşrləri, qəzet, sayt, radio və telekanallardakı reklam, material və verilişlər vasitəsilə əhalinin bütün təbəqələrinin daha çox maarifləndiriləməsi lazımdır.
 
Üçüncüsü,   bəhs edilən ərazilərə gediş-gəlişə icazələri tətbiq edən müvafiq qurum əməkdaşları arasında məsuliyyətsizlik və vəzifə səlahiyyətlərindən  sui-istifadə halları aradan qaldırılmalıdır
  
Dördüncüsü, işğaldan azad ərazilərə təsərrüfat, tikinti-təmir və s. işlərlə məşğul olan qurumların rəhbər və sıravi əməkdaşları yuxarıda qeyd etdiyimiz amillər də daxil olmaqla lazımi dərəcədə təlimatlandırılmalıdır.
 
Beşincisi, sözügedən ərazilərdə  işlərini təlimatlara uyğun qurmayan və nəticədə insan itkisinə və ya xəsarət almasına səbəb olan rəhbər şəxslər qanunauyğun olaraq ciddi şəkildə cəzalandırılmalıdır...
 
Xülasə, bütün sahələrdə olduğu kimi, işğaldan azad ərazilərdə aparılan tikinti, quruculuq, təsərrüfat işlərində də insan itkilərinin qarşısını almaq vəzifə və ixtisasından asılı olmayaraq hər birimizin öz işimizə həmçinin özümüzün və başqalarının həyatına məsuliyyətlə yanaşmağımızdan asılıdır...
 
Sultan Laçın
 
 
Oxşar xəbərlər
21:30, Bu gün
Arda Gülər ÇL medalı almaya bilər - SƏBƏB
21:26, Bu gün
Talıb Talenin toyudur
21:18, Bu gün
Manafın səsi batdı: Toy sahibi PULUNU TƏLƏB ETDİ – GÖRÜN NƏ OLDU
21:16, Bu gün
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin vaxtı uzadıldı
21:02, Bu gün
NATO-nun iki “qırmızı xətti”, Rusiyanın atom bombası hədəsi...- TƏHLİL
20:58, Bu gün
Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR - VİDEO
20:49, Bu gün
Keşiş Baqratın İrəvandakı mitinqində Rusiya hərbi geyimində şəxs göründü...-FOTO
20:45, Bu gün
Evdən qaçan qadınları axtarıb-tapandan sonra... - QALMAQALLI AÇIQLAMA
20:42, Bu gün
Putin hədəflərini bəyan etdi - Qərblə savaş bitməyəcək
20:41, Bu gün
Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət AÇIQLANDI
20:39, Bu gün
"İlk əlverişli geosiyasi vəziyyət yaranan kimi bu hökmən baş verəcək" – Qüdrət Həsənquliyev
20:36, Bu gün
Paşinyan kilsənin iradəsini qıracaq – Baş nazirin başqa yolu qalmayıb
20:19, Bu gün
Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı
20:14, Bu gün
Estoniyadan Rusiya ilə bağlı qadağa
20:12, Bu gün
Hacıqabulda avtomobil azyaşlını vurub
20:10, Bu gün
Rusiyalı məşhur reper axtarışa verildi - FOTO
20:00, Bu gün
Ermənistanın arxiyepiskopu Paşinyana istefa vermək üçün bir saat vaxt verdi - YENİLƏNİB + VİDEO
19:10, Bu gün
Rusiya Yaponiya və ABŞ-nin yaratdığı hərbi təhdidlərə cavab verəcəyini bildirib
19:03, Bu gün
Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA
18:44, Bu gün
Toni Kroos “Real Madrid”dən ayrıla bilər
18:43, Bu gün
Rusiya-Çin Ay stansiyası üçün nüvə enerji qurğusunun hazırlanmasına başlanılıb
18:00, Bu gün
"Manuel Noyer daha 100 il etməyəcəyi səhvə yol verdi"
17:54, Bu gün
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
17:48, Bu gün
“Borussiya”nın əfsanəsi ABŞ klubuna keçir
17:46, Bu gün
Ərdoğan Rusiya və Ukraynaya ÇAĞIRIŞ ETDİ
17:41, Bu gün
Tanınmış müğənni Niderlandda evlənir - Toyuna kraliçanı çağırdı
17:34, Bu gün
Ən ağıllı uşaqlar bu aylarda doğulanlardır
17:27, Bu gün
Rusiyanın yeni müdafiə naziri bu şəxs olacaq
17:20, Bu gün
COP29-un rəsmisi BMT-nin plenar sessiyasında çıxış edib - FOTO/VİDEO
17:17, Bu gün
PSJ Kilian Mbappe üçün vida mərasiminin hazırlıqlarına başlayıb
17:15, Bu gün
"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO
17:10, Bu gün
Dövlət qurumunun iki idarəsi birləşir
17:03, Bu gün
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqladı
16:57, Bu gün
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etdi - FOTO/VİDEO
16:50, Bu gün
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
16:44, Bu gün
Regiona düzən verən Bakı-Ankara tandemi: Kənar təsirlər necə dəf edilir? – ŞƏRH + FOTO
16:37, Bu gün
“Abzas Media” işi çərçivəsində saxlanılan üç nəfər barədə QƏRAR VERİLDİ
16:32, Bu gün
İrəvanda gərginlik artdı, şəhərə əlavə polis qüvvələri yeridildi - YENİLƏNİB + VİDEO
16:28, Bu gün
Çinli idmançı Bakıda dünya rekordunu yenilədi - VİDEO
16:22, Bu gün
“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər SAXLANILDI - VİDEO
16:19, Bu gün
Abidənin yerində anbar tikilməsinə rəsmi qurumdan AÇIQLAMA - VİDEO
16:16, Bu gün
Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının eyni vaxtda təkəri partladı - VİDEO
16:12, Bu gün
Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - TƏFƏRRÜAT
16:07, Bu gün
Təhlükə mənbəyinə çevrilən körpü - REPORTAJ
16:05, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ - FOTO
16:01, Bu gün
Zelenski Zalujnını bu ölkəyə səfir təyin etdi - YENİLƏNİB
15:58, Bu gün
Buzovna sakinləri zibil konteynerlərindən təngə gəliblər - VİDEO
15:54, Bu gün
Gədəbəydə “Yaşıl marafon" keçirilib
15:50, Bu gün
"Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir" - Rumen Radev
15:48, Bu gün
Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edildi
15:40, Bu gün
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”
15:34, Bu gün
Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi: Ön təkəri partladı - FOTO/VİDEO
15:29, Bu gün
Sülh sazişi burada imzalanacaq: Almatıda isə... - Detallar AÇIQLANDI
15:22, Bu gün
İrəvana daxil olmuş keşiş Baqratın revanşist yürüşündə cəmi 1450 nəfər iştirak edir...-FOTO
15:22, Bu gün
Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”
15:15, Bu gün
Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimləri DANIŞDILAR - FOTO
15:12, Bu gün
“Yaşadığım evi ondan hədiyyə almışam” – VİDEO
15:10, Bu gün
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
15:05, Bu gün
Sabahkı Almata görüşündə Zəngəzur razılaşması olacaq?
15:00, Bu gün
“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı
14:55, Bu gün
ARB-nin aparıcısı övladını itirdi
14:50, Bu gün
1941-ci ildə müharibənin başlanması radio ilə elan olunur: NADİR KADRLAR - VİDEO
14:48, Bu gün
Azərbaycanda qaya uçqunu olub - FOTO
14:45, Bu gün
Slovakiya-Azərbaycan əlaqələri... -  Balanslı və müstəqil siyasətin bariz nümunəsi
14:42, Bu gün
İranda Kann festivalının iştirakçısı olan rejissor azadlıqdan məhrum edilib
14:39, Bu gün
"50-55 yaşı var efirə çıxıb ərə getməkdən danışır" - VİDEO
14:37, Bu gün
“Baxışı ilə “şeytanların içindəyəm” deyirdi” - VİDEO
14:35, Bu gün
Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək
14:30, Bu gün
Siyavuş Novruzovun jurnalistlərə ev təklifi - kim nə deyir?
14:14, Bu gün
98 yaşlı veteran: “Atam müharibədən yaralı halda qayıtdı, mən getdim” - MÜSAHİBƏ + FOTO
14:09, Bu gün
Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər
14:00, Bu gün
Bakıda “Talassemiyanı işıqlandır” aksiyası keçirildi
13:57, Bu gün
İcma: "Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür"
13:53, Bu gün
İlin sonunadək Cəbrayıla yüzlərlə ailə köçürüləcək - VİDEO
13:48, Bu gün
"Kişilər yalnız dəfn olunanda qadın bilir ki, əri hara gedib" - VİDEO
13:40, Bu gün
"Mədəniyyət və təhsil sahəsində əməkdaşlıq həm Azərbaycana, həm də Britaniyaya fayda verir" - FOTO
13:31, Bu gün
Oğuz Rayon Polis Şöbəsinə rəis müavini təyin edildi
13:25, Bu gün
Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotiklə TUTULDU
13:18, Bu gün
Ağdamda 12 yaşlı uşağı ilan sancdı - FOTO
13:13, Bu gün
Böyük güclərin ticarət yolları uğrunda savaşı qızışır - Azərbaycanın mövqeyi...
13:05, Bu gün
Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - FOTO
13:00, Bu gün
Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI
12:57, Bu gün
Baqratı İrəvana çəkən səbəblər - TƏHLİL + FOTO
12:52, Bu gün
"Biz Ukraynaya yardım göstərilməsi üzrə NATO-nun ağılsız missiyasında iştirak etməyəcəyik" - Macarıstan XİN rəhbəri
12:49, Bu gün
“Bavariya” rəsmiləri hakimin üzrünü qəbul etmədilər
12:47, Bu gün
Zeynəb Xanlarovadan danışdı, sonra hönkürərək ağladı: “Ölmədən bu arzuma çatmağa kömək etsinlər” - FOTO + ÖZƏL
12:44, Bu gün
Türkiyədə ötürücü quraşdırılan şahin Azərbaycan daxil olmaqla 34 ölkədə olub - FOTO/VİDEO
12:40, Bu gün
“Tiktokeri polisə biz şikayət etməmişik” - Aygün Bəylərin ailəsindən AÇIQLAMA + ÖZƏL
12:35, Bu gün
Leysan yağışların fəsadları: “Pomidor və gilas az olacaq, qiyməti də bahalaşacaq” - ÖZƏL + FOTO
12:32, Bu gün
KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb - FOTO
12:30, Bu gün
“Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi, 70 nəfər onun sayəsində çörək qazandı” - FOTO + ÖZƏL
12:27, Bu gün
"Əsl kişi hozu olmalıdır" - VİDEO
12:25, Bu gün
“WhatsApp”da foto və VİDEO ilə bağlı möhtəşəm YENİLİK
12:23, Bu gün
Bu qadının yerini deyənə 2000 manat veriləcək – VİDEO
12:20, Bu gün
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
12:17, Bu gün
Şirazda mağaza sahibləri açıq-saçıq geyim satışı bəhanəsi ilə həbs ediliblər - FOTO
12:15, Bu gün
“Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir” - Qafarov
12:10, Bu gün
Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO
12:05, Bu gün
"NATO Ukraynaya qoşun göndərməkdən rəsmən imtina edəcək" - "Corriere della Sera"
12:00, Bu gün
Azərbaycanın voleybol millisi Sloveniyaya yollandı
GÜNLÜK
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08:49, Bu gün
“Deputat olmaq fikrim var idi” - Rasim Balayev
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08:49, Bu gün
“Deputat olmaq fikrim var idi” - Rasim Balayev
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var