Haqq aşiqliyi...
Ədəbiyyat
Oxunub: 4643
11 Aug 2015 | 01:00
Haqq aşiqliyi...
 AMEA Folklor İnstitutunun doktorantı Cəmilə Çiçək (İsbəndiyarova) "Haqq aşiqliyi" adlı müəllif yazısını Moderator.az - a təqdim edib, onun ikinci-sonuncu hissəsini oxuculara təqdim edirik:                                   
Birinci hissə bu linkdə---- moderator.az/index.php?xeber=89896

Burada “ələst aləmi”, “dərvişlik”, “dəlilik” kimi anlayışlar təsəvvüflə əlaqəlidir və bu cəhət müəllifi orta yüzilliklərin aşıqlarına daha da yaxınlaşdırır. Sadəcə olaraq Aşıq Ələsgərin (eləcə də Aşıq Alının, Növrəs İmanın, Aşıq Şəmşirin və b.) musiqiçi-sənətkar olmaqları onların “dəlilik”lərini, “dərvişlik”lərini üstələyir ki, buradan da aşağıdakı qənaət hasilə gəlir: “Aşıqlığın birinci mərhələsində dərviş keyfiyyətinin ”“ dini-ruhani vəzifə icraçılığının qabarıq və öndə olduğu, ikinci mərhələsində sufi-dərviş keyfiyyətinin musiqiçi-sənətkar keyfiyyəti ilə bərabərləşdiyi, daha sonra isə, yəni üçüncü mərhələdə ikinci keyfiyyətin birincini üstələdiyi və ön plana keçdiyi qənaətinə gəlmək mümkündür”

Yeri gəlmişkən, “aşiq” və “aşıq” sözlərinin etimologiyasına da diqqət yetirək. Əvvəlcə onu qeyd edək ki, filoloji fikirdə bu ifadələrin, xüsusən “aşıq” ad-titulunun mənşəyi ilə bağlı bir sıra oxşar və bəzi fərqli mülahizələr mövcuddur. Bunlardan böyük əksəriyyəti aşıq sənətinin tarixi mənzərəsinə əsaslanaraq, “aşıq” adının ərəbcədəki “eşq-aşiq” ifadələrinə söykəndiyi fikrini irəli sürür
Lakin bununla yanaşı, xeyli fərqli münasibətlər, mülahizə və iddialar da mövcuddur. Bunlardan ən maraqlısı Məmmədhüseyn Təhmasibin irəli sürdüyü variantdır. Əvvəla onu deyək ki, adıçəkilən müəllif əvvəlcə özü də “aşıq” ad-titulunun ərəblərin “eşq” sözü ilə bağlılığına şübhə etmədiyini bildirir. Mülahizəsinin davamındasa aydın olur ki, bu bağlılığı o, heç də “aşıq” sözünün ərəb dilindəki “eşq” sözündən yarandığı anlamında qəbul etmək fikrində deyil. Odur ki, özünün fərqli variantını irəli sürərək yazır: “Aşiq”in kökü, yuxarıda da deyildiyi kimi, ərəbcənin “eşq”i, “aşığ”ın kökü isə, bizcə, türkcənin indi artıq tamamilə arxaikləşmiş olan qədim “aş”ıdır. Bu sözün öz fikrini, məqsədini, istəyini başqalarına təlqin etmək mənasında işlədilən “aş-ı-la-maq” forması bu saat da dilimizdə işlənməkdədir. Lakin görünür ki, bu “aş” sözü çox da uzaq olmayan keçmişdə həm də nəğmə mənasında işlənmiş, buradan “aşulamaq”, yaxud “aşılamaq” ”“ nəğmə demək mənasını daşımış, buradan da “aşula-aşıla” şəklində yenə “nəğmə” mənasında işlədilmiş, indi isə özbəklərdə “aşu-la-çı” şəklində nəğməçi, müğənni mənasında işlənməkdədir” 
Qeyd edək ki, görkəmli alimin bu mülahizəsində problem tarixi aspektdən ciddi araşdırılmadığı, irəli sürülən fikirlər daha çox ehtimallara söykəndiyindən bir o qədər də dəqiq görünmür. Və ehtimal olunan iddia nə qədər ağlabatan, milli təəssübkeşlik, heysiyyət baxımından ürəkaçan olsa da, elmi mühitdə özünü tam doğrulda bilməmişdir. Eynilə akademik V.A.Qordlevskinin türkcə “işıq” ”“ “od” və ərəbcə “aşiq” ”“ “ilahi eşqlə alışıb-yanan” sözlərinin kontaminasiyası nəticəsində “aşıq” ad-titulunun həmin sözlərin qovuşuğundan yaranıb-formalaşmasını iddia edən mülahizəsində də bu kontaminasiyanın linqvistik və sosial-estetik səbəbləri inandırıcı dəlillərlə açıqlanmamışdır.

Lakin bununla yanaşı, fikrimizcə, elə türkcədəki “işıq” ”“ “od” sözü ilə ərəbcədəki “aşiq” ifadəsi mahiyyətcə tam eyni olmasa da, olduqca yaxın, bənzər anlamları daşıyır. Qədim inanclarımızdakı odun, ocağın, günəşin, ildırımın, ümumiyyətlə işıq saçan hər şeyin müqəddəsliyini xatırlasaq, buna əmin ola bilərik. Digər tərəfdən, diqqət yetirsək görərik ki, ən qədim əfsanə və rəvayətlərdən tutmuş klassik məhəbbət dastanlarımıza qədər hər yerdə “aşiq” ad-titulunu daşıyan, özlərini aşiq adlandıran əksər şəxslər və obrazlar qabaqcıl fikirli, zəkalı, işıqlı, ziyalı insanlardır.
Onlar − istər vəhdəti-vücuda çatmaq, mütləqə yüksələrək Tanrıda ərimək arzusuna bütün həyatlarını həsr edən təkkə şairləri, istərsə də sevgilərinə, butalarına qovuşmaq uğrunda mübarizə aparan Haqq aşıqları, dastan qəhrəmanları olsun, fərqi yoxdur. Bu mənada aşiqlik həm də, bir növ, ziyalılıq, aydınlıq, mütəfəkkirlik anlamları daşıyır desək, yəqin ki, səhv etmərik. Bizcə, “işıq”la “aşiq”liyin mahiyyətcə eyniliyini, bu eyniliyinsə əski türk mifik inanclarından gələrək, İslam mədəniyyəti mərhələsində fəlsəfi-irfani məzmuna çevrildiyini irəli sürən mülahizə də öz elmiliyi, ağlabatanlığı ilə olduqca qiymətlidir. Bu mülahizə getdikcə folklorşünaslığın, filoloji fikrin diqqətini daha çox cəlb etməkdədir. Hesab edirik, konkret məntiqi dəlil və izahatlara söykənərək, güclü tarixi-nəzəri zəmin üzərində dayanan bu elmi mövqe “aşıq” ad-titulunun öz mənşəyini hansı mənbədən götürdüyünü dəqiq müəyyənləşdirmək işində növbəti tədqiqatçılara yaxından yardımçı olacaqdır. Hələliksə onu da qeyd etmək lazımdır ki, bünövrəsi şaman kompleksinə dayanan aşıqlığın yaranıb formalaşması və təşəkkülü prosesi, əsasən, orta əsrlərdə getmişdir. Həmin dövrdə isə ərəb mənşəli “aşiq” sözünün türk etnik-mədəni mühitində ad-titul kimi qəbul edilməsi məntiqli görünə bilər. 

Professor Məhərrəm Qasımlıya görə, “təkkə ocağında təriqətə qulluq edən, məxsusi mərasimlər keçirərək və  “vəhdəti-vücud”a çatmaq −  Tanrıya qovuşmaq istəyində olan sufi dərvişlər özlərini “aşiq” ”“ “ilahi eşqin aşiqi”, “haqq aşiqi” sayır və bu adla da çağırılırdılar”.

Qeyd edək ki, sonralar artıq tamamilə müstəqil bir zümrə kimi formalaşmış aşıqlar yeni ictimai-siyasi və mədəni mühitin öz daxilindən, necə deyərlər, bətnindən doğulmuşdular. Aparıcı siyasi qüvvənin, hətta XVI əsrdən etibarən dövlətin mövqeyindən çıxış edirdilər. Eyni zamanda, dini və siyasi qüvvələr, dövlətin, hakimiyyətin özü aşığı himayə eləyirdi. Vəziyyət bu qədər qəlizləşdiyi halda ozanlar, istər-istəməz, ya aşıqlığı qəbul etməli, ya da baş götürüb tarixin arxivinə getməli idilər. Qeyd edək ki, bunu qaçılmaz edən səbəblərdən biri də həmin vaxtlardan etibarən siyasi hakimiyyətin və dini təriqətlərin güclü təbliği, təsiri nəticəsində artıq xalq arasında da ozana həqarətli münasibətin formalaşıb ifrat həddə çatması idi. “Bu zaman aşıqlığı qəbul etməyən ozanlar geniş arenadan, mərkəzlərdən yığışaraq ucqarlara ”“ dini-siyasi təsirin az duyulduğu ucqar tayfalar arasına çəkilmişlər. Ola da bilsin ki, məhdud ucqarlığın çərçivəsinə düşdükdən sonra ozan-varsaq, ozan-yanşaq əvəzlənmələri getmişdir və ozanlar bir müddət həmin adlar altında fəaliyyət göstərmişlər”.

Qeyd edək ki, ozanın ucqarlarda daşıdığı yeni ad-titulları həmin tayfaların yaşadıqları yerlərin adları idi. Bu ərazilərdə yaşayan tayfalar maldarlıqla məşğul olduqları, atlı-köçəri həyat tərzi keçirdikləri üçün onları İslamın ciddi qanun-qaydaları ilə buxovlayıb, tam təsir dairəsinə salmaq çətin idi. Müsəlmanlığı qəbul etmiş olsalar da, daha çox əski adət-ənənələrlə yaşayırdılar. Lakin ozanlar burada da öz sənətlərini uzun müddət davam etdirə bilmirlər. XVII yüzillikdən sonra ozanla bərabər varsaq və yanşağa da həqarətli münasibət geniş yayılır. Xalq arasında “varsaq-varsaq danışma”, “yanşıma”, “yanşaqlıq eləmə”, “aşıqsan, yoxsa yanşaqsan?” və s. kimi deyimlər formalaşır. Lakin buna baxmayaraq, “Aşıq islamiyyətdən öncəki şaman  mədəniyyətinin yaratdığı ozan-baxşı sənəti ilə sıx bağlıdır və ondan qopmamışdır”.
Hesab edirik ki, orta yüzilliklərdə ozanların (eləcə də yanşaq və varsağın) uzun-uzadı danışıb, zəhlətökən, özündən əfsanələr, yalanlar uydurub, zəvzəklik eləyən lazımsız, mənasız şəxslər kimi qələmə verilməsinin kökündə aşıqlığı qəbul etməməsi ilə yanaşı, birbaşa dini ideologiya və siyasi hakimiyyət dayanırdı. Bu, xilafətin kütləvi ərəbləşdirmə siyasətinin bir təzahürü idi və bütün türk xalqlarını türklükdən qoparıb, İslam bayrağı altında ərəbləşdirməyə hesablanmış məqsədyönlü addımlardan idi. Aşıqlıq onsuz da türklükdən qopuq halda formalaşmış bir sənət növü idi; qeyd edildiyi kimi, o, saraya xidmət eləyirdi. Demək, məqsədə çatmaq üçün xalqı ozandan aralayıb, aşığın arxasınca yönləndirmək vacib idi. Odur ki, öz qədim köklərindən, türklüyündən qopmaq istəməyən ozanları xalqın gözündən salmaqla siyasi hakimiyyət geniş kütləni qazanmış, onu öz iradəsinə asanlıqla tabe etmiş olurdu. Qeyd etdiyimiz kimi, “repertuarında türk mifologiyasının şah əsərləri olan oğuznamələri yaşadan” ozanlar siyasi hakimiyyətin islami-ərəbist ideologiyasını yaymaq işinə ciddi maneələr yaradırdılar. Ona görə də həmin dövrdə təriqət, xüsusən sufilik axarından kənarda dayanan qədim folklor ənənələrini yaşadan oğuznamələr dolayısı ilə də olsa, qadağan edilmişdi.
“İlkin çağların mifik təsəvvürləri və oğuzların islamaqədərki epik ənənələri ilə bağlı olan, qalibiyyətli türk yürüşlərini təbliğ və tərənnüm edən ozan dastanlarının ideya-estetik mövqeyi yeni dini-siyasi iqlimə uyğun gəlmirdi. Buna görə də onların qarşısını almaq və bu qəbildən olan folklor örnəklərini istisnasız şəkildə gözdən salıb sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edilirdi”.
Onu da deməliyik ki, qədim ozan sənətinin sıradan çıxması türk xalqları, xüsusən də Qafqaz və Anadolu türkləri üçün böyük mənəvi itki oldu. Ozanların repertuarındakı oğuznamələr türkləri öz milli yaddaşına, saysız qəhrəmanlıqlar və şücaətlərlə dolu şərəfli keçmişinə bağlayırdı. Onların itkisindən sonra yaranan boşluq sonrakı dövrlərdə uzun zaman hiss olundu və milli özünüdərk, özünəqayıdış proseslərini ləngidərək, bütövlükdə türk mənəviyyatına ağır zərbə vurmuş oldu. Bununla da bir böyük mədəniyyət sıradan çıxaraq, yerini digər bir böyük mədəniyyətə − islami ideologiyaya ötürdü.  
Ozan sənəti kimi köklərinin başlanğıcı ta gedib qam-şaman kompleksinə dayanan və ozan sənətinə nisbətən daha təkmil bir sənət növü olan aşıqlıq isə get-gedə islami dəyərlər sisteminə daha çox uyğunlaşaraq, daşıdığı məna yükünü zənginləşdirməkdə davam etdi. Nəticədə bu sənət növü inkişaf eləyib, o qədər püxtələşdi ki, özü müstəqil halda az qala İslam dini ilə yanaşı dura biləcək konsepsiyalar sisteminə çevrilmiş oldu. Və “xüsusi bir zümrə kimi seçilən aşıqların mədəniyyət tarixində ən böyük xidmətləri (bizcə, xidmətlərindən biri ”“ C.İ.) haqq aşiqliyinin dastan tipini yaratmaqla təsəvvüfü tamamilə xalqın malına çevirmələri oldu”. Fikrimizcə, bundan sonra yavaş-yavaş “aşiq” ad-titulu “aşıq” formasına düşməyə başladı. Bunun da, ola bilsin, əsas səbəbi klassik məhəbbət dastanlarındakı buta almış qəhrəmanların əksəriyyətinin (əslində hamısının) qeyri peşə sahibləri deyil, ustad aşıqlar, saz çalıb, bədahətən şeirlər söyləmək qabiliyyətinə malik vergili insanlar olması idi. Onların hər biri həm aşiq, həm də aşıq olduqları üçün xalqın şüurunda “aşiq” və “aşıq” ifadələri eyni anlamda birləşərək sinonimləşmiş və çox güman ki, sonralar “aşıq” “aşiq”i üstələyərək, sinonimsiz işlənməyə başlamışdır. 
Beləliklə, məlumdur ki, Haqq aşığı vergisi olan, uca Haqqın dili ilə danışan, meydanda heç vaxt məğlub edilməyən sənətkardır. Ona vergi ”“ istedad, yəni saz çalıb, bədahətən söz qoşmaq bacarığı ilahi qüvvələr tərəfindən verilir. Buna görə də Haqq aşıqları el arasında müqəddəs, toxunulmaz, kəramət sahibi olan insanlar kimi tanınırlar. “Bədahətən çalıb-çağırmaq, sinədən söz söyləmək, qaibdən xəbər vermək, Tanrı dərgahından soraq gətirmək, müşkül mətləbləri yüngül eləməyə qadir olmaq kəramət sahibinin ”“ Haqq aşığının əsas əlamətləridir” 
Haqqın nəzəri daim onların üstündə olduğu üçün Haqq aşıqları bütün ən dəhşətli təhlükələrdən belə asanlıqla xilas ola bilirlər. Həyatlarına edilən sui-qəsdlərdən əvvəlcədən xəbər tuturlar və s. Məsələn, “Abbas və Gülgəz” dastanında əsərin qəhrəmanı Abbas Haqq aşığıdır. Qaibdən xəbər vermək, görücülük qabiliyyətlərinə malikdir. Həm də “ağa”sının, yəni Haqqın nəzəri daim onun üstündədir. Buna görə də o, həyatına edilən bütün sui-qəsdlərdən möcüzəvi şəkildə xilas olur. Yuxuda ikən Tufarqanlı Abbasa buta verib, onu Haqq aşığı eləyən həzrət Əli həmişə dadına çatır. Dastanın bir yerində nəql olunur ki, Təbrizdən Aşıq Abbasın sevgilisi ”“ butası, həm də nişanlısı Gülgəz Pərini zorla Şah Abbasın hərəmxanasına aparan karvan gəlib Xoca Yaqub quyusunun yanında dayananda Haqq aşığını burada görürlər. Onu hiylə ilə aldadıb, quyuya sallayandan sonra kəndirini kəsib, quyunun ağzını bərk-bərk qapayıb gedirlər. “Bu vaxt Abbas nə gördü? Darda qalanların dadına yetən Şahi-mərdan (yəni həzrət Əli ”“ C.İ.) budu gəldi. O saat əlini atıb, quyunun ağzındakı daşı götürüb atdı bir tərəfə, dedi:  
”“ Abbas, qorxma, səbr elə, nicat taparsan.
Bunu deyib, əlini uzatdı, Abbası quyudan çıxarıb qoydu kənara”. Quyudan çıxarılıb xilas edilən Abbas piyada Təbrizdən İsfahana doğru hərəkət etməyə başlayır. Məlum məsələdir ki, o, bu qədər uzun məsafəni təkbaşına, ac-susuz, karvansız, dəvəsiz, atsız-ulaqsız qət eləyə bilməz və yollarda məhv olardı. Lakin Haqqın nəzəri üstündə olduğundan, “ağa”sı yenidən dadına çataraq, dastanda Abbası bu təhlükədən də xilas eləyir. Belə ki, dastan qəhrəmanı quyunun yanında Xoca Yaqubla görüşüb, xudahafizləşib ayrılandan sonra bir müddət yol gedib, yorğun düşür. Taqətini tamam itirərək yıxılıb yuxuya gedir. Birdən “aləmi-röyada gördü ki, bir adam ona deyir: 
”“ Abbas, qalx! Yatmaq vaxtı deyil! 
Abbas yuxudan sərsəm ayılıb, gördü göy əmmaməli, göy atlı bir adam onun yanında durub. 
Göy atlı dedi:  
”“ Abbas, bu atın rikabınnan (yəni üzəngisindən ”“ C.İ.) yapış, gözlərini də yum! Havaxt desəm aç, onda açarsan.  
Abbas atın rikabınnan yapışıb, gözlərini bərk yumdu. Bir az sonra atlı dedi:  
”“ Abbas, gözlərini aç!  
Abbas gözlərini açdı, gördü İsfahan şəhərindədir. Yanında da heç kəs yoxdu”. Demək, Abbasın bir anın içindəcə gözlərini yumub, qət etdiyi məsafəni Şah Abbasın göndərdiyi dəm-dəstgahlı karvanla Dəli Becangil qırx günə qət eləyib İsfahana yetişirlər.
Dastanda süjet xətti boyunca bu cür hallar təkrar-təkrar yenə baş verir. Şah Abbas Aşıq Abbası zəhər quyusuna atdıranda, quyudakı zəhərli su gülaba, yeri zərrin otağa çevrilir. Sonra yenə gözünü yumub-açınca özünü Pəri xanımın bağının qabağında görür. Yaxud, Şah Abbasın onu üstündən yeriyərkən kəsib-doğrayıb-zəhərləyib öldürməkçün ağzı yuxarı düzdürdüyü zəhərli qılınclar bir bənd söz oxuyan kimi hamısı yastısına yerə düşür. Daha sonra Haqq aşığı ona verilən almaya zəhər daxil edildiyini, gedib Şah Abbasın ətəyindən yapışaraq “mən buna ərə gedirəm” deyənin Gülgəz Pərinin özü deyil, onun paltarının geyindirilib, üzü örtülmüş qarı olduğunu Abbasın görücülük qabiliyyəti nəticəsində tapa bilməsi kimi möcüzəvi səhnələrin hamısı həmin dövrlərdə cəmiyyətdə, xalq arasında islami möcüzələrə güclü inamla yanaşı, el sənətkarına, istedadlı sənətkara ”“ Haqq aşığına sevginin son dərəcə böyüklüyünün, tükənməzliyinin göstəricisidir. Tarixi həqiqətdir ki, xalq həmişə öz qəhrəmanlarını, inandığı, sevdiyi böyük şəxsiyyətləri, görkəmli sənətkarları daha da ucaldıb şişirtməyi, əfsanələşdirməyi, onların haqqında cürbəcür qeyri-adi, inanılmaz, ağlasığmaz rəvayətlər, əhvalatlar, əfsanələr, nağıllar, o cümlədən dastanlar yaratmağı xoşlayır. Hesab edirik ki, “Abbas və Gülgəz”, eləcə də digər klassik məhəbbət dastanlarımızdakı bu cür utopik səhnələrin yaranma, uydurulma səbəbi bir tərəfdən o dövrün təsəvvüf anlayışı ilə bağlıdırsa, digər tərəfdən xalqın öz istedadlı sənətkarlarına olan saf və sadəlövh sevgisi, heyranlığı və qədirbilənliyidir. Bütün bunlar bir daha bu cür klassik məhəbbət dastanlarımızın dastanın qəhrəmanı rolunda çıxış edən ustad aşığın özü tərəfindən yaradılmadığını, bu barədəki elmi mövqelərin yanlışlığını isbat eləyir.  
Qeyd edək ki, Haqq aşığının cəmiyyətdə, xalq arasında daha da çox sevilməsinin, hörmət-izzətlə alqışlanmasının ən öncül səbəblərindən biri onların İslam dininə, İslam elminə, İslam fəlsəfəsinə dərindən bələd olmaları, bütövlükdə aşıq sənətinin İslama sıx bağlılığı, əks istiqamətdənsə İslam dininin, onun ən geniş yayılmış təriqətlərinin və İslam bayrağı altında hökmranlıq edən siyasi hakimiyyətin, yuxarıda da qeyd edildiyi kimi, bu sənət növünün arxasında dayanması, onun təbliği, müdafiəsi və inkişafı ilə ciddi maraqlanması idi. Hətta bu hörmət, inam və sevgi o yerə qədər yüksəlmişdi ki, Haqq aşıqlarının bir çoxu dünyasını dəyişəndən sonra da onların qəbirləri müqəddəs ziyarətgaha çevrilirdi. Xalqın aşıqlara olan bu böyük sevgi və inamındansa siyasi hakimiyyət həm məharətlə bəhrələnə bilir, həm də ehtiyat edirdi. Ona görə də bu sənət növünün inkişafı, daha geniş yayılması birbaşa dövlətin himayəsində və nəzarətində idi. Beləliklə, “Anadolu ələviləri arasında və onlara rəğbət bəsləyən bəktaşi ocağında, digər qonar-köçər türk tayfaları arasında da aşıqlıq bir təşkilat kimi qurulmağa doğru ilk addımlarını atdı. Aşıqların rəisi seçildi. Aşıqların dövlətin nəzarəti altında təşkilatlanması, çayxanalarda, bəktaşı təkkələrində, varlı türk bəylərinin evlərində, toy-düyünlərdə çalıb-oxumaları bir tərəfdən onların artıq XVI-XVII əsrlərdə güclü bir zümrə olduğuna, o biri tərəfdən də dövlətin onları nəzarətdə saxlamaqda nüfuzlarından qorxduğuna işarədir”.
Oxşar xəbərlər
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:28, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:17, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:43, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
GÜNLÜK
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 15:59
Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO
17 May 2024 | 16:10
Əri Rusiya gözəlini şantaj edir – “İndi öldürün” - FOTO
17 May 2024 | 16:04
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 16:12
Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi
17 May 2024 | 16:31
Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO
17 May 2024 | 16:25
Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 15:59
Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO
17 May 2024 | 16:10
Əri Rusiya gözəlini şantaj edir – “İndi öldürün” - FOTO
17 May 2024 | 16:04
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 16:12
Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi
17 May 2024 | 16:31
Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO
17 May 2024 | 16:25
Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər